Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


İNZİBATİ MƏSULİYYƏTİ İSTİSNA



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə4/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   2   3   4   5   6   7   8   9   ...   162

İNZİBATİ MƏSULİYYƏTİ İSTİSNA EDƏN HALLAR  
M a d d  ə  1 8 .  Son zərurət 
Bu  Məcəllənin  xüsusi  hissəsində  nəzərdə  tutulmuş  əməllərin  əlamətlərinə  uyğun  gəlmiş 
olsa da, son zərurət vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya 
başqa  şəxsin  sağlamlığını,  hüquqlarını  və  qanuni  mənafelərini  qorxu  altına  alan  təhlükəni 
aradan  qaldırmaq  üçün  edilmiş  hərəkət,  əgər  bu  təhlükə  başqa  vasitə  ilə  aradan  qaldırıla 
bilməzdisə  və  əgər  vurulmuş  zərər  qarşısı  alınmış  zərərdən  daha  az  əhəmiyyətli  olmuşsa,  bu, 
inzibati xəta hesab olunmur. 
M a d d  ə  1 9 .  Zəruri müdafiə 
Bu  Məcəllənin  xüsusi  hissəsində  nəzərdə  tutulmuş  əməllərin  əlamətlərinə  uyğun  gəlmiş 
olsa da, zəruri müdafiə vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə 
edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qəsd edənə zərər 
vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət inzibati xəta hesab olunmur. 
M a d d  ə  2 0 .  Anlaqsızlıq 
Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsızlıq vəziyyətində 
olduqda,  yəni  xroniki  psixi  xəstəlik,  psixi  fəaliyyətin  müvəqqəti  pozulması,  kəmağıllıq  və  ya 
başqa  psixi  xəstəlik  nəticəsində  öz  əməlinin  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini  dərk 
etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. 
M a d d  ə  2 1 .  İnzibati xəta az əhəmiyyətli olduqda daha yüngül inzibati tənbeh tətbiq 
etmə və ya inzibati məsuliyyətdən azadetmə 
Törədilmiş  inzibati  xəta  az  əhəmiyyətli  olduqda  inzibati  tənbeh  tətbiq  etmə  hüququ  olan 
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi 
nəzərdə  tutulan  inzibati  tənbehi  daha  yüngül  inzibati  tənbeh  növü  ilə  əvəz  edə  və  ya  həmin 
şəxsi inzibati məsuliyyətdən azad edə bilər. 
D ö r d ü n c ü   f ə s i l  
İNZİBATİ TƏNBEH 
M a d d  ə  2 2 .  İnzibati tənbehin məqsədləri 
İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi 
ruhunda  tərbiyələndirmək,  habelə  həm  inzibati  xəta  törətmiş  şəxs,  həm də  başqa  şəxslər 
tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 
M a d d  ə  2 3 .  İnzibati tənbeh növləri 
23.1. İnzibati xətalar törətməyə görə aşağıdakı inzibati tənbeh növləri tətbiq edilə bilər: 
23.1.1. xəbərdarlıq; 
23.1.2. inzibati cərimə; 
23.1.3.  inzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetin ödənişlə alınması; 


23.1.4.  inzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetin müsadirəsi; 
23.1.5.  inzibati  xəta  törətmiş  fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüququnun 
məhdudlaşdırılması; 
23.1.6.  əcnəbiləri  və  ya  vətəndaşlığı  olmayan  şəxsləri  Azərbaycan  Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxartma; 
23.1.7. inzibati həbs. 
23.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 23.1.1‐23.1.4‐cü maddələrində nəzərdə tutulan 
inzibati tənbeh növləri tətbiq edilir. 
M a d d  ə  2 4 .  Xəbərdarlıq 
Xəbərdarlıq  inzibati  tənbeh  növü  olmaqla  hüquqazidd  əməlin  yolverilməzliyi  barədə 
şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. 
M a d d  ə  2 5 .  İnzibati cərimə 
25.1.  İnzibati  cərimə  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul 
məbləğidir. 
25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər: 
25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə 
obyekti olmuş predmetin dəyəri; 
25.2.2. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin 
ödənilməmiş ödənişlərin, vergilərin məbləği.

25.3.  İnzibati  xətalara  görə  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəlik  və 
konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların 
yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur. 

25.4. İnzibati xətalara görə alınan cərimənin miqdarı üç manatdan az ola bilməz.

25.5. Manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin 
miqdarı  üç  min  manatdan,  vəzifəli  şəxslərdən  alınan  inzibati  cərimənin  miqdarı  beş  min 
manatdan,  hüquqi  şəxslərdən  alınan  inzibati  cərimənin  miqdarı  əlli  min  manatdan  artıq  ola 
bilməz.
6 
25.6.  İnzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetin  dəyəri  ilə  ölçülən cərimənin 
miqdarı  həmin  predmetin  dəyərinin  yüz  faizindən,  ödənilməmiş  ödənişlərin,  vergilərin 
məbləği ilə ölçülən cərimənin miqdarı isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq 
ola bilməz. 
25.7.  Qanunla  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  inzibati  cərimə  Azərbaycan 
Respublikasının dövlət büdcəsinə keçirilir. 
M a d d  ə  2 6 .  İnzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə 
obyekti olmuş predmetin ödənişlə alınması 
26.1.  İnzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmet ödənişlə, məcburi qaydada alınır, sonra satılır və əldə edilən məbləğ həmin predmetin 
satılması ilə əlaqədar xərclər çıxıldıqdan sonra onun keçmiş sahibinə verilir. 
26.2.  İnzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetin ödənişlə alınması hakim tərəfindən tətbiq edilir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə