Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Azərbaycan  Respublikasının



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə3/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   2   3   4   5   6   7   8   9   ...   162

M a d d  ə 
1 1 .   Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinin 
qüvvəsi 
11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, 
inzibati  xətalar  haqqında  işlər  üzrə  qərarların  qəbul  və  icra  edilməsi  həmin  vaxtda  qüvvədə 
olan  Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinə  uyğun  olaraq  həyata 
keçirilir. 
11.2.  İnzibati  xətalara  görə  məsuliyyəti  yüngülləşdirən və  ya  onu  aradan  qaldıran 
normativ‐hüquqi  aktların  geriyə  qüvvəsi  vardır,  yəni  həmin  aktlar  onların  qəbul  edildiyi 
vaxtadək törədilmiş xətalara da şamil edilir. 
11.3.  İnzibati  xətalara  görə  məsuliyyət  müəyyən  edən və  ya  məsuliyyəti  gücləndirən 
normativ‐hüquqi aktların geriyə qüvvəsi şamil edilmir. 
İ k i n c i   f ə s i l  
İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT 
M a d d  ə  1 2 .  İnzibati xəta anlayışı 
Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan 
(qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət 
və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 
M a d d  ə  1 3 .  İnzibati xətanın qəsdən törədilməsi 
İnzibati  xəta  törətmiş  şəxs  öz  əməlinin  (hərəkətinin  və  ya  hərəkətsizliyinin)  hüquqazidd 
xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, 
yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş 
xəta hesab olunur. 
M a d d  ə  1 4 .  İnzibati xətanın ehtiyatsızlıq üzündən törədilməsi 
İnzibati  xəta  törətmiş  şəxs  öz  əməlinin  (hərəkətinin  və  ya  hərəkətsizliyinin)  zərərli 
nəticələr  verə  biləcəyi  imkanını  qabaqcadan  görmüşdürsə,  lakin  onların  qarşısını  alacağına 
yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli 
və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta 
hesab olunur. 
M a d d  ə  1 5 .  Fiziki şəxslərin inzibati məsuliyyəti 
15.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə 
cəlb olunurlar. 
15.2.  İşin  konkret  halları,  psixi  inkişafı,  həyat  şəraiti,  səhhəti  və  təhsili  nəzərə  alınmaqla 
inzibati  xəta  törətmiş  on  altı  yaşından  on  səkkiz  yaşınadək  şəxslər  yetkinlik  yaşına 
çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiyalar  tərəfindən  inzibati 
məsuliyyətdən  azad  oluna  və  onların  barəsində  ʺYetkinlik  yaşına  çatmayanların  işləri  və 
hüquqlarının  müdafiəsi  üzrə  komissiyalar  haqqında  Əsasnaməʺ  ilə  müəyyən  edilmiş  təsir 
tədbirləri tətbiq edilə bilər. 
15.3.İntizam  nizamnamələrində  bilavasitə  nəzərdə  tutulmuş  hallarda  hərbi  qulluqçular 
inzibati  xətalara  görə,  intizam  məsuliyyəti,  qalan  hallarda  isə  ümumi  əsaslarla  inzibati 


məsuliyyət  daşıyırlar.  Göstərilən  şəxslərə  inzibati  həbs  tətbiq  edilə  bilməz.  Müddətli  həqiqi 
hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz. 
15.4.  Bu  Məcəllənin  15.3‐cü  maddəsində  göstərilmiş  şəxslərdən  başqa,  intizam 
nizamnamələrinin  və  ya  intizam  haqqında  əsasnamələrin  qüvvəsinin  şamil  edildiyi  digər 
şəxslər  qulluq  vəzifələrinin  icrası  zamanı  inzibati  xətalar  törətməyə  görə  həmin 
nizamnamələrdə  və  ya  əsasnamələrdə  bilavasitə  nəzərdə  tutulmuş  hallarda  intizam 
məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. 
15.5. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu 
Məcəllənin  15.3‐cü  maddəsində  göstərilən  şəxslər  barəsində  inzibati  tənbeh  tətbiq  etmək 
əvəzinə,  inzibati  xəta  törətmiş  şəxsin  intizam  məsuliyyətinə  cəlb  olunması  məsələsinin  həll 
edilməsi  üçün  inzibati  xətalar  haqqında  işlər  üzrə  materialları  Azərbaycan  Respublikasının 
müvafiq icra hakimiyyəti orqanlarına verə bilərlər. 
15.6.  Əcnəbilər və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  ərazisində 
törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. 
15.7.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  əsasən, 
Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan 
Respublikasının  ərazisində  törətdikləri  inzibati  xətalara  görə  məsuliyyət məsələsi  beynəlxalq 
hüquq normalarına uyğun olaraq həll edilir. 
Qeyd: Bu Məcəllənin 15.3‐cü maddəsində ʺhərbi qulluqçularʺ dedikdə, Azərbaycan Respublikasının müvafiq 
icra  hakimiyyəti  orqanlarının  zabit  heyəti,  gizirləri,  miçmanları,  müddətindən  artıq  xidmət hərbi  qulluqçuları, 
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları başa düşülür. 
Bu  Məcəllənin  15.4‐cü  maddəsində  ʺintizam  nizamnaməsi  (əsasnaməsi) tətbiq  edilən  digər  şəxslərʺ  dedikdə, 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarında  öz  qulluq  vəzifələrini  icra  edən  şəxslər  başa 
düşülür. 
Bu  Məcəllənin  15.6‐cı  maddəsində  ʺəcnəbilərʺ  dedikdə,  Azərbaycan  Respublikasının  vətəndaşı  olmayan  və 
başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər başa düşülür. 
ʺVətəndaşlığı olmayan şəxslərʺ dedikdə isə Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin 
vətəndaşlığına mənsub olmayan şəxslər başa düşülür. 
M a d d  ə  1 6 .  Vəzifəli şəxslərin inzibati məsuliyyəti 
Vəzifəli  şəxslər  öz  qulluq  vəzifələrinin  yerinə  yetirilməməsi  və  ya  lazımınca  yerinə 
yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 
Qeyd:  Dövlət  hakimiyyətinin  nümayəndəsi  funksiyasını  həyata  keçirən  şəxslər,  dövlət  orqanlarında,  yerli 
özünüidarəetmə  orqanlarında,  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrində,  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə  müvafiq  surətdə  yaradılmış  başqa  qoşun  birləşmələrində,  dövlət və  qeyri‐dövlət təşkilatlarında, 
idarə  və  müəssisələrində  təşkilati‐sərəncamverici  və  ya  inzibati‐təsərrüfat  vəzifələrində  daimi  və  ya  müvəqqəti 
işləyən  şəxslər və  ya  həmin  vəzifələri  xüsusi  səlahiyyət  əsasında  həyata  keçirən  şəxslər,  habelə  hüquqi  şəxs 
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab 
edilirlər. 
M a d d  ə  1 7 .  Hüquqi şəxslərin inzibati məsuliyyəti 
Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati 
xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. 
Ü ç ü n c ü   f ə s i l  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə