Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


MƏNZİL TƏSƏRRÜFATI VƏ ABADLIQ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR



Yüklə 3,89 Mb.
səhifə12/47
tarix21.10.2017
ölçüsü3,89 Mb.
#6274
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

MƏNZİL TƏSƏRRÜFATI VƏ ABADLIQ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 193. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması


193.1. Yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, eyvanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç manatdan beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.465

193.2. Yaşayış evlərini, yaşayış sahələrini istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan yetmiş manatadək miqdarda cərimə edilir.466

193.3. Yaşayış evlərinin və yaşayış sahələrinin özbaşına yenidən düzəldilməsinə, onlardan başqa məqsədlər üçün istifadəyə, yaşayış evlərinin, yaşayış sahələrinin, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə -

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.467


Maddə 194. Özbaşına tikinti işlərinin aparılması 468


194.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.



Qeyd: Şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq alınmadan inşa etdiyi tikililərə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır. 469

194.2. Mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə-

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 195. Bağ evlərinin tikilməsi qaydalarının pozulması


Qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış layihə olmadan və ya qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla bağ evlərinin tikilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması 470

196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni:

196.0.1. xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olmağa;

196.0.2. baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edilməsinə;

196.0.3. mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikintisinin həyata keçirilməsinə;

196.0.3-1. müvafiq rəy olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;471

196.0.4. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;

196.0.5. tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydalarını pozmağa;

196.0.6. tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneçilik törətməyə və həmin orqanın qanuni göstərişlərinə əməl etməməyə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 197. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması


Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan yeddi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.472


Maddə 198. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi473


Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların hər cür zədələnməsinə, yəni tikinti işləri başlanan zaman yaşıllığı olan ayrı-ayrı sahələrin tikilişində lazımi icazə olmadan yaşıllıqların özbaşına qırılmasına və ya başqa yerlərə keçirilməsinə, yaxud öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməyə görə -

fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.474



On səkkizinci fəsil

İQTİSADİ FƏALİYYƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 199. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma


Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə, bu az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə - 475

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir. 476



Qeyd: Bu Məcəllənin 199-cu, 199–3-cü, 200-cü, 201-204-cü, 204-2-cü, 205-ci, 205-1-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.477

Maddə 199-1. Vəkil adından qanunsuz istifadə 478

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə —

fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər.479

Ma d d ə 1 9 9 - 2 . Ailə kəndli təsərrüfatının uçota durmaması

Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə -

beş manatdan on manatadək miqdarda cərimə edilir. 480

Maddə 199–3. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi481

199–3.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsinə görə -

min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

199–3.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə -

min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 200. Yalançı sahibkarlıq


Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə, bu az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə - 482

iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir.483



Maddə 200-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi484

Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə -

fiziki şəxslər yeddi yüz manat miqdarda, hüquqi şəxslər dörd min manat miqdarda cərimə edilir.

Maddə 201. Saxta müflisləşmə


Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz on manatdan iki yüz manatadək miqdarda cərimə edilir.485


Maddə 202. Qəsdən müflisləşmə


Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər altmış beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz altmış manatdan iki yüz qırx manatadək miqdarda cərimə edilir.486


Maddə 203. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi


Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.487


Maddə 204. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi


Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz qırx manatadək miqdarda cərimə edilir.488



Maddə 204-1. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması489

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə -

dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri bu əməllər min manatadək olan məbləğdə törədildikdə üç yüz manatdan beş yüz manatadək, bu əməllər min manatdan yuxarı məbləğdə törədildikdə beş yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilirlər.

Maddə 204-2. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma 490

204-2.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların və digər zəruri məlumatların vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək cərimə edilir.


Maddə 205. Əmtəə nişanlarından qanunsuz istifadə edilməsi


Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz otuz manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir.491



Maddə 205-1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı492
Nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə -

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.


Maddə 206. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulması


206.0. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulmasına, yəni:

206.0.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, yaxud emitent tərəfindən açıqlanması (dərc edilməsi) qanunla nəzərdə tutulan məlumatların açıqlanmamasına, onların açıqlanması (dərc edilməsi) qaydasına və müddətinə riayət edilməməsinə;

206.0.2. qiymətli kağızların emissiyasının keçirilməsi üçün müəyyən edilmiş tələblərin emitent tərəfindən pozulmasına və ya emitentin buraxılışı dayandırılmış qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlər bağlamasına;

206.0.3. qiymətli kağızlar sahiblərinin reyestrinə yazıların daxil edilməsindən qanunsuz olaraq imtina edilməsinə və ya reyestrə dürüst olmayan məlumatların daxil edilməsinə və ya reyestrdən çıxarışın verilməsi müddətlərinin pozulmasına, reyestr saxlayıcısının, qiymətli kağızlar sahibinin və ya onun adından fəaliyyət göstərən şəxsin, yaxud qiymətli kağızların nominal saxlayıcısının digər qanuni tələblərini yerinə yetirməməsinə;

206.0.4. gəlirlərin ödənilməsi üçün emitentin öhdəlik daşımadığı qiymətli kağızlara görə peşəkar iştirakçılar tərəfindən investora istənilən formada gəlirin vəd edilməsinə;

206.0.5. qiymətli kağızların buraxılışı zamanı emitent tərəfindən dürüst olmayan və təhrif olunmuş məlumatların göstərilməsi nəticəsində investora zərər vurulmasına;

206.0.6. qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunla müəyyən olunmuş həcmdə və qaydada elan edilməli olan məlumatları elan etməyən emitentlərin həmin qiymətli kağızları reklam etməsinə və ya investorlara təklif etməsinə;

206.0.7. buraxılışı dövlət qeydiyyatından keçməmiş qiymətli kağızların qiymətli kağızlar bazarında yerləşdirilməsinə, reklam edilməsinə və istənilən formada investorlara təklif edilməsinə, onlarla əqdlərin bağlanmasına;

206.0.8. dövlət qeydiyyatından və əlavə qeydiyyatdan keçirilməsi qanunla nəzərdə tutulan qiymətli kağızlarla bağlı əqdlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.493


Maddə 207. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarının pozulması


Qiymətli kağızların buraxılması (emissiyası), qeydiyyatı və yerləşdirilməsi qaydalarının pozulmasına görə -

vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.494


Maddə 208. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması


Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.495


Maddə 209. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması


Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulmasına görə -

vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.496


Maddə 210. Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulması


Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.497


Maddə 211. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması


Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər qırx beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.498



"Maddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə

İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -

fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Qeyd:


1. Bu Məcəllənin 212-ci maddəsində "insayder" dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu Məcəllənin 212-ci maddəsində "az miqdarda" dedikdə yeddi min manatadək olan məbləğ başa düşülür."499


Maddə 213. Hesabatın verilməsindən imtina etmə və ya yayınma


Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və ya onların fəaliyyəti barədə təqdim edilməli olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud onların təqdim edilməsi müddətinin pozulmasına görə -

vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.500


Maddə 214. Məlumatların açıqlanması qaydalarının pozulması


Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya emitent və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin, formanın və qaydanın pozulmasına görə - 501

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər doxsan manatdan iki yüz manatadək miqdarda cərimə edilir.502


Maddə 215. Sənədlərin saxlanılması qaydalarının pozulması


Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.503


Maddə 216. Qiymətli kağızlarla girov qaydalarının pozulması


Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun və digər girovun dövlət qeydiyyatına alınması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.504


Maddə 217. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulması


Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə -

vəzifəli şəxslər qırx beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.505


Maddə 218. Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin, sığorta və təminat standartlarının pozulması


Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin sığorta və təminat standartlarının pozulmasına görə -

vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.506


Maddə 219. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina etmə


Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.507


Maddə 220. Səhmdarın hüquqlarının pozulması


Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.508

Maddə 220-1. İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulması

İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulmasına görə -

vəzifəli şəxslər min manatdan min iki yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarda cərimə edilir.509

Maddə 221. Reklam haqqında qanunvericiliyin pozulması


221.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə, bu az miqdarda ziyan vurduqda - 510

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz altmış manatdan iki yüz manatadək miqdarda cərimə edilir.511

221.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə -

fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.512

221.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklamın yayılmamasına görə -513

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir. 514

221.4. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan iki yüz manatadək miqdarda cərimə edilir. 515

221.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən icazə olmadan yaşayış məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə -

bu cür reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək miqdarda cərimə edilir.



Maddə 221-1. Lotereyalar haqqında qanunvericiliyin pozulması 516

221-1.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:

221-1.0.1. keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına;

221-1.0.2. keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilmiş stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;

221-1.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə—

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.517



Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu Məcəllənin 199–3.1-ci maddəsinə və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.518

Maddə 222. Valyuta tənzimi qaydalarının pozulması

222.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.519

222.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək miqdarda cərimə edilir.520

222.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə -

vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən iyirmi faizinədək miqdarında, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən otuz faizinədək miqdarında cərimə edilir. 521

222.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığına görə -

vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək miqdarda, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək miqdarında cərimə edilir.

Maddə 223. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması


Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirlərini təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.522



Qeyd: Bu maddədə "az miqdarda ziyan vurduqda" dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür.523

Maddə 223-1. Qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması524

223-1.1. Qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -



vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.525

223-1.2. Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələr və qərarlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə -



vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.526

223-1.3. Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir.527

Qeyd: “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələrə və dövlət hakimiyyəti orqanlarının yardımlarına bu Məcəllənin 223-1.3-cü maddəsinin qüvvəsi şamil edilmir.528

Maddə 223-2. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi qaydalarının pozulması 529

223-2.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı:

223-2.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilmənin müddətləri, məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına;

223-2.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqının tutulmasına görə -

vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında cərimə edilir.

Maddə 223-3. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi

Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə -

vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında cərimə edilir. 530

Maddə 223-4. Əmanətlərin sığortalanması qaydalarının pozulması 531

Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə qanunvericiliklə müəyyən edilmiş ödənişlərin Mərkəzi Bankın müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə-

vəzifəli şəxslər min manat miqdarında cərimə edilir. 532

Maddə 223-5. Bank fəaliyyəti sahəsində qadağan olunmuş, məhdudlaşdırılmış və ya dayandırılmış fəaliyyətlə məşğul olma

Qanunda, qanuna müvafiq olaraq bank lisenziyasında qadağan olunmuş və ya bankın fəaliyyəti dövründə məhdudlaşdırılmış, yaxud dayandırılmış fəaliyyətin həyata keçirilməsinə görə -

hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək miqdarda cərimə edilir.

Maddə 223-6. Bankların fəaliyyətinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişlərinin icra edilməməsi

223-6.1. Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması barədə Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişinin vaxtında icra edilmədiyinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

223-6.2. Bu Məcəllənin 223-6.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının qanuna uyğun olaraq verdiyi digər göstərişinin vaxtında icra edilmədiyinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Maddə 223-7. Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulması

Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

Maddə 223-8. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial, maliyyə və bank statistikası hesabatlarının təqdim edilməsi qaydalarının pozulması

223-8.1. Bank statistikası hesabatlarının Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

223-8.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial və ya maliyyə hesabatların Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Maddə 223-9. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların təqdim edilməsi qaydalarının pozulması

Mərkəzləşdirilmiş kredit reyestrinə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatların tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

Maddə 223-10. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə qaydalarının pozulması

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, podratçılar və subpodratçılar tərəfindən əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarının qanunla müəyyən olunmuş nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarında, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarında cərimə edilir.533



On doqquzuncu fəsil

Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə