Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə27/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   78

eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq 
sazişinin şərtləri qərardadda göstərilməlidir. 
191.3.  Cavabdeh  tərəfindən  iddia  etiraf  edildikdə  və  bu,  məhkəmə  tərəfindən təsdiq 
edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 
191.4.  Məhkəmə  iddiaçının  iddiadan  imtina  etməsini,  cavabdehin  iddianı  etiraf  etməsini 
qəbul  etmədikdə  və  ya  tərəflərin  barışıq  sazişini  təsdiq  etmədikdə,  bu  barədə  əsaslandırılmış 
qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 
M a d d  ə  1 9 2 .  İşdə iştirak edən şəxslərin izahatları 
192.1.  İşi məruzə  etdikdən  sonra  hakim  iddiaçını  və  onun  tərəfində  iştirak  edən  üçüncü 
şəxsi,  cavabdehi  və  onun  tərəfində  iştirak  edən  üçüncü  şəxsi,  habelə  işdə  iştirak  edən  digər 
şəxsləri  dinləyir.  İşdə  iştirak  edən  şəxslər sədrlik  edənin  icazəsi  ilə  bir‐birinə  suallar  verməyə 
haqlıdırlar. 
192.2. İşdə iştirak edən şəxslərin yazılı izahatları və bu Məcəllənin 83 və 85‐ci maddələri ilə 
nəzərdə tutulan qaydada məhkəmənin aldığı sübutlar sədrlik edən tərəfindən elan olunur. 
M a d d  ə  1 9 3 .  Sübutların tədqiq edilmə ardıcıllığının müəyyən olunması 
Hakim  işdə  iştirak edən şəxslərin  izahatlarını dinləyib  onların  mülahizəsini nəzərə  alaraq, 
sübutların tədqiq edilməsinin ardıcıllığını müəyyən edir. 
M a d d  ə  1 9 4 .  İfadə  verməkdən  imtina  etmək və  bilə‐bilə  yalan  ifadə  verməyə  görə 
məsuliyyət haqqında şahidə xəbərdarlıq etmək 
194.1. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və 
vəzifələrini  izah  edir,  ifadə  verməkdən  qanunsuz  imtina  etməyə  və  bilə‐bilə  yalan  ifadələr 
verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin 
ona  izah  edilməsi  haqqında  şahiddən  iltizam  alınır.  İltizam  məhkəmə  iclasının  protokoluna 
əlavə edilir. 
194.2.  Sədrlik  edən  qanunvericiliklə  cinayət məsuliyyətinə  cəlb  olunmaq  üçün  müəyyən 
olunmuş  yaş  həddinə  çatmamış  şahidə  iş  üzrə  ona  məlum  olan  hər  şeyi  düzgün  danışmaq 
vəzifəsini izah edir, lakin ifadə verməkdən imtina etməyə və bilə‐bilə yalan ifadə verməyə görə 
məsuliyyət barədə ona xəbərdarlıq edilmir. 
M a d d  ə  1 9 5 .  Şahidi dindirmə qaydası 
195.1. Hər bir şahid ayrılıqda dindirilir. 
195.2. Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və 
işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. 
195.3.  Bundan  sonra  şahidə  suallar  verilə  bilər.  Şahidə  birinci  olaraq,  tələbi  ilə  onu 
çağırtdıran  şəxs  və  onun  nümayəndəsi,  sonra  isə  işdə  iştirak  edən  digər  şəxslər və  onların 
nümayəndələri suallar verir. 
195.4. Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. 
195.5. Məhkəmə, zəruri halda, həmin və ya sonrakı iclasda şahidi ikinci dəfə dindirə, habelə 
şahidlərin ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmaq üçün onları üzləşdirə bilər. 
195.6.  Məhkəmə  icazə  vermədiyi  hallar  istisna  edilməklə,  dindirilmiş  şahid  işin 
araşdırılması qurtarana qədər iclas zalında qalır. 


M a d d  ə  1 9 6 .  Şahidin yazılı materiallardan istifadə etməsi 
Şahid  ifadələr  verərkən,  bu  ifadələr hər  hansı  hesablamalarla  və  ya  yadda  çətin  saxlanıla 
bilən digər məlumatlarla əlaqədar olduqda, yazılı qeydlərdən istifadə edə bilər. Bu materiallar 
məhkəməyə  və  iştirak  edən  şəxslərə  təqdim  edilir  və  məhkəmənin  qərardadı  üzrə  işə  əlavə 
edilə bilər. 
M a d d  ə  1 9 7 .  Yetkinlik yaşına çatmamış şahidin dindirilməsi 
197.1. On dörd yaşına qədər olan şahidin və məhkəmənin mülahizəsi ilə on dörd yaşından 
on  altı  yaşına  qədər  olan  şahidlərin  dindirilməsi  təhsil  aldığı  müəssisənin  nümayəndəsinin 
iştirakı  ilə  aparılır.  Zəruri  halda  məhkəməyə  yetkinlik  yaşına  çatmamış  şahidin  valideynləri, 
övladlığa  götürənlər,  qəyyum  və  ya  himayəçi  də  çağırılır.  Göstərilən  şəxslər sədrlik  edənin 
icazəsi  ilə  şahidə  suallar  verə,  habelə  şahidin  şəxsiyyətinə,  verdiyi  ifadənin  məzmununa 
münasibətdə öz mülahizələrini söyləyə bilərlər. 
197.2.  Müstəsna  hallarda  işin  hallarını  müəyyən  etmək zərurəti olduqda,  işdə  iştirak  edən 
bu və ya digər şəxs, habelə iclas zalında olan hər hansı bir şəxs yetkinlik yaşına çatmamış şahid 
dindirilərkən məhkəmənin  qərardadı ilə məhkəmə iclası zalından çıxarıla  bilər.  İclas  zalından 
çıxarılmış  işdə  iştirak  edən  şəxs  iclas  zalına  qayıtdıqdan  sonra  ona  yetkinlik  yaşına  çatmamış 
şahidin  ifadəsinin  məzmunu  bildirilməli  və  onun  şahidə  suallar  verməsinə  imkan 
yaradılmalıdır. 
M a d d  ə  1 9 8 .  Şahid ifadələrinin elan edilməsi 
Bu  Məcəllənin  83,  85,  105.2  və  189‐cu  maddələri  ilə  nəzərdə  tutulan  qaydada  toplanmış 
şahid ifadələri məhkəmə iclasında elan edilir. Bundan sonra işdə iştirak edən şəxslər bu ifadələr 
üzrə izahatlar verməyə haqlıdırlar. 
M a d d  ə  1 9 9 .  Yazılı sübutların tədqiq edilməsi 
Bu Məcəllənin 83, 85‐ci maddələri, 167.1.11‐ci maddəsi ilə nəzərdə tutulmuş qaydada tərtib 
edilmiş  yazılı  sübutlar  və  ya  onların  müayinə  protokolları  məhkəmə  iclasında  elan  edilir  və 
işdə  iştirak  edən  şəxslərə,  nümayəndələrə, zəruri  hallarda  isə  ekspertlərə,  mütəxəssislərə  və 
şahidlərə təqdim edilir. İşdə iştirak edən şəxslər bundan sonra izahat verə bilərlər. 
M a d d  ə  2 0 0 .  Şəxsi yazışmaların və teleqraf məlumatlarının elan edilməsi 
Şəxsi  yazışmaların  və  teleqraf  məlumatlarının  gizliliyini  qorumaq  məqsədi  ilə  bu 
yazışmalar  və  məlumatlar  ancaq  ünvanlanan  şəxsin  razılığı  ilə  məhkəmə  tərəfindən  elan  və 
tədqiq edilə bilər. 
M a d d  ə  2 0 1 .  Maddi sübutların tədqiq edilməsi 
201.1.  Maddi  sübutlar  məhkəmə  tərəfindən  müayinə  edilir  və  işdə  iştirak  edən  şəxslərə, 
nümayəndələrə, zəruri hallarda isə ekspertlər, mütəxəssislər və şahidlərə təqdim olunur. 
201.2. Maddi sübutların təqdim edildiyi şəxslər məhkəmənin diqqətini müayinə ilə əlaqədar 
olan bu və ya başqa hallara cəlb edə bilərlər. Bu təkliflər məhkəmə iclasının protokoluna yazılır. 
201.3.  Maddi  sübutların  müayinəsinin  protokolları  məhkəmə  iclasında  elan  olunur  və 
bundan sonra işdə iştirak edən şəxslər izahat verə bilər. 
M a d d  ə  2 0 2 .  Yerində müayinə 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə