Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə28/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   78

202.1.  Məhkəməyə  gətirilə  bilməyən və  ya  gətirilməsi  çətin  olan  maddi  və  yazılı  sübutlar, 
olduqları  və  ya  saxlandıqları  yerdə  müayinə  və  tədqiq  edilir.  Məhkəmə,  yerində  müayinə 
aparılması haqqında qərardad çıxarır. 
202.2. İşdə iştirak edən şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında 
xəbərdar  edilirlər,  lakin  onların  gəlməməsi  müayinənin  aparılmasına  mane  olmur.  Zəruri 
hallarda ekspertlər, mütəxəssislər və şahidlər də çağırılır. 
202.3. Müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib 
olunmuş  və  yoxlanılmış  planlar,  sxemlər,  çertyojlar,  hesablamalar,  sənədlərin  surətləri, 
müayinə  zamanı  çəkilmiş  videoyazılar,  yazılı  və  maddi  sübutların  fotoşəkilləri,  habelə 
ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir. 
M a d d  ə  2 0 3 .  Səsyazma və videoyazının səsləndirilməsi və tədqiqi 
203.1.  Şəxsi  məlumat  xarakterli  səsyazma  və  videoyazının  səslənməsi,  habelə  onların 
tədqiqinə bu Məcəllənin 200‐cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. 
203.2. Səsyazma və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə 
iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq 
qurulmuş  başqa  otaqda  səsləndirilə  bilər.  Bundan  sonra  məhkəmə  işdə  iştirak  edən  şəxslərin 
izahatlarını dinləyir. 
203.3. Zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər. 
203.4. Səsyazmalar və videoyazmalar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq 
üçün mütəxəssis cəlb edilə bilər. 
Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər. 
M a d d  ə  2 0 4 .  Sübutun saxtalığı barədə ərizə 
204.1. İşdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş 
şəxs  onu  sübutlar  içərisindən  çıxarmağı və  işi  başqa  sübutlara  əsasən həll  etməyi  xahiş  edə 
bilər. 
204.2.  Məhkəmə  sübutun  saxtalığını  yoxlamaq  üçün  ekspertiza  təyin  edə  bilər,  habelə 
tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər. 
M a d d  ə  2 0 5 .  Ekspert rəyinin tədqiqi 
205.1.  Ekspertin  rəyi  məhkəmə  iclasında  elan  edilir.  Ekspertin  rəyini  aydınlaşdırmaq  və 
tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun 
nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri 
suallar  verirlər.  Məhkəmənin  təşəbbüsü  ilə  təyin  olunmuş  ekspertə  birinci  olaraq  iddiaçı  və 
onun nümayəndəsi suallar verir. 
205.2. Hakim ekspertin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. 
M a d d  ə  2 0 6 .  Əlavə və təkrar ekspertiza təyini 
206.1.  Ekspertin  rəyi  məhkəmə  iclasında  tədqiq  edilir  və  digər  sübutlarla  birgə 
qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə 
məhkəmənin  razılaşmaması  iş  üzrə  qətnamədə,  yaxud  əlavə  və  ya  təkrar  ekspertiza  təyini 
haqqında qərardadda əsaslandırılmalıdır. 
206.2. Əlavə və təkrar ekspertiza bu Məcəllənin 102‐ci maddəsində nəzərdə tutulan hallarda 
təyin edilir. 


M a d d  ə  2 0 7 .  Mütəxəssisin məsləhəti 
207.1.  Zəruri  hallarda  yazılı  və  ya  maddi  sübutları  müayinə  edərkən,  səsyazmaları 
dinləyərkən,  videoyazılara  baxarkən,  ekspertiza  təyin  edərkən,  şahidləri  dindirərkən, 
sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək 
göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, 
əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. 
207.2.  Mütəxəssisin  yazılı  formada  verdiyi  məsləhət məhkəmə  iclasında  elan  edilir  və  işə 
əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. 
207.3.  Məsləhəti  aydınlaşdırmaq  və  tamamlamaq  məqsədi  ilə  mütəxəssisə  suallar  verilə 
bilər.  Mütəxəssisin  cəlb  olunması  barədə  vəsatət  vermiş  şəxs  və  onun  nümayəndəsi  birinci 
olaraq,  sonra  isə  işdə  iştirak  edən  digər  şəxslər və  onların  nümayəndələri  suallar  verirlər. 
Məhkəmənin  təşəbbüsü  ilə  cəlb  olunmuş  mütəxəssisə  birinci  olaraq  iddiaçı  və  onun 
nümayəndəsi suallar verirlər. 
207.4. Hakim mütəxəssisin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. 
M a d d  ə  2 0 8 .  Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri 
Məhkəmə  tərəfindən işdə  iştirak  etməyə  buraxılmış  dövlət  orqanları  və  yerli  özünüidarə 
orqanlarının  rəyləri  bu  Məcəllənin  60‐cı  maddəsinə  müvafiq  olaraq  məhkəmə  iclasında  elan 
edilir. 
Hakim,  habelə  işdə  iştirak  edən  şəxslər və  nümayəndələr rəyi  aydınlaşdırmaq  və 
tamamlamaq üçün həmin orqanın nümayəndəsinə suallar verə bilərlər. 
M a d d  ə  2 0 9 .  İşə mahiyyəti üzrə baxmağın qurtarması 
209.1. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslərdən və 
onların  nümayəndələrindən  onların  məhkəmə  tədqiqatının  materiallarını  daha  nə  ilə 
tamamlamağı  arzu  etdiklərini  soruşur.  Bu  cür  vəsatətlər  olmadıqda,  sədrlik  edən iş  üzrə 
halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir. 
209.2.  İşdə  iştirak  edən  şəxslər məhkəmə  iclasında  onlara  məlum  olmuş  yeni  faktlarla 
əlaqədar  şərhlər və  əlavə  sübutlar  təqdim  etmək  üçün  işə  baxılmasını  növbəti  iclasa 
keçirilməsini xahiş edə bilərlər. Belə halda bu Məcəllənin 188‐ci maddəsi tətbiq edilir. 
209.3. İşə mahiyyəti üzrə baxılmasının  qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər 
tərəfindən  onlara  məlum  olan  hallar  və  sübutlar  təqdim  olunmamışsa,  işə  mahiyyəti  üzrə 
baxılmasının  qurtardığı  elan  edildikdən  sonra  heç  kəs məhkəmə  iclasında  araşdırılmamış 
hallara və sübutlara istinad etməyə haqlı deyildir. 
M a d d  ə  2 1 0 .  Məhkəmə çıxışları 
210.1.  Məhkəmə  çıxışları  işdə  iştirak  edən  şəxslərin,  onların  nümayəndələrinin  və 
vəkillərinin nitqlərindən ibarətdir. 
210.2.  Əvvəlcə  iddiaçı  və  onun  nümayəndəsi,  sonra  cavabdeh  və  onun  nümayəndəsi  çıxış 
edir. Artıq başlanmış prosesdə mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü 
şəxs  və  onun  nümayəndəsi  tərəflərdən və  onların  nümayəndələrindən  sonra  çıxış  edir. 
Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi, 
tərəfində üçüncü şəxsin işdə iştirak etdiyi iddiaçıdan, yaxud cavabdehdən sonra çıxış edir. İşdə 
iştirak edən şəxslərin vəkilləri də həmin ardıcıllıqla çıxış edirlər. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə