SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA
ƏRİZƏLƏRƏ DAİR İCRAAT
128
M a d d ə 2 9 0 . Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında
ərizələrin verilməsi
129
Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair ərizələr apellyasiya instansiyası
məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada
verilir.
130
M a d d ə
2 9 1 . Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında
ərizələrə baxılması
131
291.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş
ərizələrə məhkəmə tərəfindən 3 gün müddətinə (seçkilər günü və həmin gündən sonra daxil
olmuş ərizələrə isə ‐ dərhal) baxılır.
291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər
maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada
xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll
edilməsinə mane olmur.
291.3. Ərizəyə baxılması üzrə məhkəmənin çıxardığı qətnamə dərhal icra edilməlidir.
132
M a d d ə 2 9 2 . Məhkəmənin qərarından şikayət verilməsi
Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə 3 gün müddətində bu Məcəllə ilə
müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və
həmin gündən sonra daxil olmuş ərizələrə isə ‐ dərhal) baxılır və məhkəmənin qəbul etdiyi
qərar qətidir.
133
F ə s i l 2 6
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ
ŞƏXSLƏRİNİN İNZİBATİ XƏTALAR HAQQINDA QƏRARLARI İLƏ ƏLAQƏDAR
MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT
134
M a d d ə 2 9 3 . Ərizənin verilməsi
293.1. İnzibati məsuliyyətə cəlb edilmiş hər hansı şəxs inzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan orqanın (inzibati orqanın) və ya vəzifəli şəxsin tənbeh edilməsi
barədə qərarı ilə əlaqədar məhkəmədə mübahisə qaldıra bilər.
135
293.2. İnzibati xətadan zərər çəkmiş şəxsin də inzibati tənbeh barədə qərardan məhkəmədə
şikayət etmək hüququ vardır.
136
293.3. Ərizə şəxsin yaşayış yeri üzrə məhkəməyə, inzibati tənbehin verilməsi barədə qərarın
surətinin təqdim edildiyi və ya onun şəxsə elan edildiyi gündən 10 gün müddətində verilir.
293.4. Ərizədə bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş məlumatlar, habelə
konkret olaraq hansı qərardan şikayət edildiyi barədə məlumatlar, onun çıxarıldığı, surətinin
təqdim edildiyi və ya şəxsə elan edildiyi tarix göstərilməlidir.
293.5. Ərizənin məhkəməyə verilməsi inzibati tənbeh haqqında qərarın icrasını dayandırır.
293.6. Ərizənin məhkəməyə verilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və
baxılması üçün maraqlı şəxsin tabelik qaydasında yuxarı orqanlara və ya yuxarı vəzifəli şəxsə
ilkin müraciəti məcburi şərt deyildir.
M a d d ə 2 9 4 . Ərizəyə baxılması
294.1. Ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Ərizə vermiş şəxs, habelə
hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən inzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan orqan və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə
tərəfindən xəbərdar edilir, lakin onların gəlməməsi işə baxılması və onun həlli üçün maneə
deyildir.
137
294.2. İşə baxarkən məhkəmə inzibati tənbeh barədə qərarın qanuniliyini və əsaslılığını
yoxlayır və müəyyən edir: qərar qanun əsasında və səlahiyyətli orqan və ya vəzifəli şəxs
tərəfindən qəbul edilmişdirmi; şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin və ya onun üzərinə
qoyulmuş vəzifələrin yerinə yetirilməsinin müəyyən edilmiş qaydalarına əməl edilmişdirmi;
şəxs qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati hüquq pozuntusu
törətmişdirmi və o, bu pozuntunun törədilməsində təqsirkardırmı.
138
M a d d ə 2 9 5 . Məhkəmənin qətnaməsi
295.1. Məhkəmə inzibati xəta tərkibi və hadisəsi olmadığına görə, habelə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində sadalanan inzibati xəta haqqında iş üzrə icraatı
istisna edən digər hallara görə şəxsin əsassız inzibati məsuliyyətə cəlb edildiyi qənaətinə
gələrsə, məhkəmə qərarın ləğv edilməsi və inzibati xətalar haqqında işə xitam verilməsi barədə
qətnamə çıxarır.
139
295.2. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin
şəxsiyyətini, onun təqsirlik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yungülləşdirən digər
halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər.
140
295.3. Məhkəmə inzibati tənbehi gücləndirə bilməz.
295.4. Məhkəmə inzibati orqanın və ya vəzifəli şəxsin inzibati tənbehin tətbiqi üzrə
hərəkətlərinin qanuni və əsaslı olduğunu müəyyən edərsə, qərarı dəyişiklik etmədən, ərizəni
isə təmin etmədən saxlayır.
295.5. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərarın inzibati orqan və ya vəzifəli şəxs
tərəfindən onların səlahiyyətlərinin aşması ilə çıxarıldığını müəyyən edərsə, qərarı ləğv edir və
inzibati tənbehin müddəti keçməmişsə, işi baxılmaq üçün yuxarı orqana və ya vəzifəli şəxsə
141
göndərir, yaxud inzibati tənbehi tətbiq etmə müddəti ötmüşsə, iş üzrə icraata xitam verir
.
F ə s i l 2 7
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ, YERLİ ÖZÜNÜİDARƏ
ORQANLARININ, SAİR ORQAN VƏ TƏŞKİLATLARIN, ONLARIN VƏZİFƏLİ
ŞƏXSLƏRİNİN QƏRARLARI VƏ HƏRƏKƏTLƏRİ (HƏRƏKƏTSİZLİYİ) İLƏ ƏLAQƏDAR
MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT
M a d d ə 2 9 6 . Ərizənin verilməsi
Dostları ilə paylaş: |