296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair
orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar
mübahisə qaldıra bilər.
296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim
edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün
məcburi şərt deyildir.
296.3. Ərizə bu Məcəllənin 4‐cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir.
Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə
məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi
yerin məhkəməsinə verilir.
M a d d ə 2 9 7 . Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının,
sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları
və hərəkətləri (hərəkətsizliyi)
297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və
təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə
(hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların
nəticəsində:
297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun;
297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın;
297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz
olaraq məsuliyyətə cəlb edilsin.
297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və
hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz:
297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və
normativ hüquqi aktlar;
297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə
tutulan fərdi və normativ hüquqi aktlar.
M a d d ə 2 9 8 . Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət
Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda
başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək
hüququna malikdir.
142
M a d d ə 2 9 9 . Ərizəyə baxılması
299.1. Ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən
(hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə
orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır.
299.2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən
hər hansı birinin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Lakin hakim
məhkəmə iclasında şəxsin iştirakını məcburi hesab edə bilər.
M a d d ə 3 0 0 . Məhkəmənin qətnaməsi və onun icrası
300.1. Hakim ərizəni əsaslı hesab etdikdə müvafiq icra hakimiyyəti və yerli özünüidarə
orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin yol verdikləri hüquq və
azadlıqların pozulmasına və ya məhdudlaşdırılmasına dair halların onlar tərəfindən tamamilə
aradan qaldırılması vəzifələri barədə qətnamə çıxarır.
300.2. Mübahisə edilən qərar və hərəkətlər (hərəkətsizlik) nəticəsində şəxsin hüquq və ya
azadlığının pozulmadığı müəyyən edilərsə, hakim ərizəni təmin etməkdən imtina edir.
300.3. Məhkəmənin qətnaməsi qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən
orqanın rəhbərinə, vəzifəli şəxsə, yaxud tabelik qaydasında yuxarı orqana və ya vəzifəli şəxsə
qətnamənin qanuni qüvvəyə minməsindən sonra 3 gün müddətində göndərilir.
300.4. Qətnamənin icrası barədə onun rəsmi qaydada verildiyi gündən 1 aydan gec
olmayaraq məhkəməyə və şəxsə məlumat verilməlidir. Qətnamənin icra edilməməsinə görə
təqsirkar vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
məsuliyyət daşıyırlar.
143
F ə s i l 2 8
HƏRBİ VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ HƏRBİ İDARƏ ORQANLARININ QƏRAR VƏ
HƏRƏKƏTLƏRİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR
ÜZRƏ İCRAAT
M a d d ə 3 0 1 . İşə baxılması
Hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi)
ilə əlaqədar mübahisələrdən yaranan işlərə bu Məcəllənin 27‐ci fəslində müəyyən edilmiş
qaydada baxılır.
F ə s i l 2 9
NORMATİV XARAKTERLİ AKTLARIN QANUNİLİYİNƏ
DAİR MÜBAHİSƏLƏRDƏN YARANAN İŞLƏR ÜZRƏ İCRAAT
144
M a d d ə 3 0 2 . Ərizənin verilməsi
302.1. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin
qanunla nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş normativ xarakterli aktı ilə özlərinin
Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit və təmin edilmiş
hüquq və azadlıqlarının pozulduğunu hesab edən, normativ aktın qüvvəsi şamil olunan şəxslər
həmin aktın və ya onun ayrıca hissəsinin qanuna zidd hesab edilməsi barədə ərizə ilə
məhkəməyə müraciət etmək hüququna malikdir.
145
302.2. Yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna
səlahiyyətinə aid edilmiş normativ aktların qanuniliyinin yoxlanılması barədə ərizələrə
məhkəmələrdə baxıla bilməz.
302.3. Ərizə bu Məcəllənin 4‐cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə verilir.
302.4. Şəxsin ərizəsi bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğun
olmalı, ərizədə normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair
dövlət orqanlarının və ya vəzifəli şəxsin adı, aktın qəbul edildiyi tarix, həmin aktla və ya onun
ayrı‐ayrı müddəaları ilə şəxsin, yaxud şəxslərin qeyri‐müəyyən dairəsinin hansı konkret hüquq
və azadlıqlarının pozulduğu, mübahisəyə çıxarılan aktın Azərbaycan Respublikası
Dostları ilə paylaş: |