13
§1.2. Təsərrüfat subyektinin xüsusi və borc kapitalının formalaşması və
istifadəsi
Təsərrüfat subyektlərində kapitalın malyyələşmə mənbələrinə xüsusi kapital,
ehtiyatlar, uzunmüddətli borc və qısamüddətli öhdəliklər daxildir.
Müəssisənin xüsusi kapitalına aşağıdakılar daxildir:
- nizamnamə kapitalı;
- əlavə kapital;
- ehtiyat kapitalı;
- bölüşdürülməyən mənfəət;
- sair fondlar.
Hal-hazırda müəssisənin təsis sənədlərində göstərilən həcmi göstərilən xüsusi
kapitalın o hissəsinin xarakterinə əsasən «nizamnamə kapitalı», «nizamnamə
fondu», «pay fondu» anlayışlarından istifadə olunur.
Nizamnamə kapitalı – müəssisə təşkil olunan zaman təsisçilərin onun
əmlakına qoyduqları əmanətin pul ilə ifadəsinin məcmuudur.
Nizamnamə kapitalının həcmi müəssisənin fəaliyyətini təmin edən həcmdə
müəyyən edilir.
Nizamnamə fondu – dövlət müəssisələrinə dövlət tərəfindən ayrılan əsas və
dövriyyə vəsaitinin məcmuudur.
Pay fondu – istehsal kooperativlərinin üzvlərinin pay ödənişlərinin
məcmuudur. Həmin pay ödənişləri hesabına sahibkarlıq fəaliyyəti həyata keçirilir.
Əlavə kapital nizamnamə kapitalından fərqli olaraq paylara bölünmür. Əlavə
kapital səhmdarların bütün ümumi mülkiyyətini xarakterizə edir.
Əlavə kapital aşağıdakı tərkibdən ibarət formalaşır:
- emisiya gəliri. Bu gəlir səhmin nominal dəyərdən yuxarı qiymətlə satılan
zaman, sonra səhmin əlavə emissiyası hesabına yaranır;
- yenidən qiymətləndirmə zamanı əmlakın dəyərinin artması hesabına;
- əvəzsiz alınan əmlak;
14
- təşkilatın nizamnamə kapitalına təsisçilər tərəfindən əmanətlər köçürülən
zaman yaranan kurs fərqləri.
Əlavə kapitalın vəsaiti sonrakı məqsədlər üçün istifadə edilir:
1.
Nizamnamə kapitalının artırılmasına;
2.
İl ərzində işin nəticələrində ziyanlar aşkar edilərsə, həmin əyərlərin
silinməsinə;
3.
Təsisçilərin arasında bölüşdürülməsi üçün.
Müəssisə və təşkilatlarda xalis mənfəət bölüşdürülən zaman ehtiyat kapitalı
təşkil olunur. Ehtiyat fondunun səviyyəsi nizamnamə kapitalının səviyyəsinin
15%-i həcmində təşkil olunur. Ehtiyat fondunun (risk fondu) formalaşması və
istifadəsi qaydası təsərrüfat subyektinin nizamnaməsi ilə müəyyən edilir. Lakin bu
fonda hər il mənfəətdən ayırmaların konkret həcmi təsərrüfatın nizamnaməsi ilə
müəyyən edilir. Lakin bu ayırmaların həcmi hər il müəssisənin xalis mənfəətinin
5%-dən az olmamalıdır. Beləliklə, maliyyə ehtiyatı fondunun formalaşması və
tamamlanması nizamnamədə göstərilən səviyyəyə çatana qədər hər il ayırmalar
hesabına baş verəcək. Ehtiyat fondu əvvəlgədən müəyyən edilə bilinməyən zərərlər
üçün istifadə edilir.
Müəssisə və təşkilatlarda gələcək xərclər və ödəmələrin ehtiyatları istehsal və
tədavülün gələcək xərclərinə bərabər həcmlərdə daxil edilir.
Mühasibat uçotu və hesabatın aparılmasına dair əsasnamədə aşağıdakı
istiqamətlərdə ehtiyatlar təşkil edilir:
- işçilərin məzuniyyət haqları;
- mükafatlandırma üçün (gələcəkdə);
- sair xərclər.
Yığım fondu müəssisə və təşkilatlarda xalis mənfəət hesabına formalaşdırılır.
Bu fond hesabına aşağıdakı xərclər maliyyələşdirilir:
- əsas fondlara investisiyalar;
- dövriyyə vəsaitinin tamamlanmasına;
- yeni texnikanın tətbiqinə;
- sair xərclərə.
15
Təsərrüfat subyektlərində məqsədli maliyyələşmə və daxilolmalar fondu da
formalaşdırılır. Bu fond aşağıdakı istiqamətlərdə vəsait daxil edilir:
- elmi-tədqiqat işlərindən;
- geoloji-kəşfiyyat işlərindən.
Məqsədli maliyyələşmə və daxil olmaların mənbələrinə daxildir:
1.
Mərkəzi büdcədən daxilolmalar;
2.
Yerl büdcədən daxilolmalar;
3.
Başqa
təşkilatlardan daxilolmalar;
4.
Xüsusi təyinatlı fondların vəsaiti;
5.
Valideynlərin vəsaiti.
Məqsədli maliyyələşmə və daxilolmaların vəsaiti təsdiq olunmuş smeta
əsasında xərclənilir. Qeyd olunan vəsaitlərin öz təyinatına görə xərglənməməsi
qadağandır.
Xüsusi kapitalın son mənbəini bölüşdürülməyən mənfəət təşkil edir. Belə
mənfəət hesabat və keçmiş ilin mənfəəti ola bilər.
Bölüşdürülməyən mənfəət – bazar iqtisadiyyatı şəraitində yeni bir göstəriciir.
Bu göstərici xüsusi vəsait hesabına müəssisənin iqtisadi artımını xarakterizə edir.
Bölüşdürülməyən mənfəət iki hissəni xarakterizə edir:
- mənfəətin bir hissəsi yığılan mənfəətin səviyyəsini xarakterizə edir;
- ikinci hissəsi isə sərbəst mənfəəti xarakterizə edir. Bu mənfəət heç bir
təyinata malik deyil.
Qeyd etmək lazımdır ki, müəssisənin sərəncamında qalan mənfəət tam
məbləğdə əsas kapitala daxil edilə bilinməz.
Çünki, bölüşdürülməyən mənfəət hesabına təşkil olunan istehlak fondu xüsusi
kapitala daxil edilir. Bu kapital təmiz növdə müəssisənin kapitalı deyil. Çünki
müəssisə bu vəsaiti kollektivin sosial ehtiyacları üçün istifadə edir.
Beləliklə, müəssisə bölüşdürülməyən mənfəət hesabına iki fond təşkil edilir:
1.
Yığım fondu;
2.
İstehlak fondu.