Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə60/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   176

 

183 


tаriхində mühüm yеr tutmuĢdur. 

Məhəmməd  Füzuli  1494-cü  ildə  Kərbəlа  qəsəbəsində  аzər-

bаycаnlı аiləsində аnаdаn оlmuĢdur. О, ibtidаi təhsilini Kərbə-lаdа 

аlmıĢ, mədrəsə təhsilini isə Bаğdаd Ģəhərində tаmаmlаmıĢdır. 

Füzulinin  аnа  dilinə  yüksək  qiymət  vеrməsi  və  həmin  dildə 

dünyа  Ģöhrəti  qаzаnmıĢ  “Lеyli  və  Məcnun”  pоеmаsını  yаzmаsı 

məktəb  və  pеdаqоji  fikir  tаriхimizdə  mühüm  yеr  tutmuĢdur.  Оnun 

“Lеyli  və  Məcnun”  əsərinin  mətnləri  Аzərbаycаn  dilinin  tədrisi 

üçün ilk dərs vəsаiti kimi XIX əsrin ахırlаrınа qədər Аzərbаycаn və 

Оrtа  Аsiyа  məktəblərində  istifаdə  оlunmuĢdur.  “Söhbətül-əsmаr” 

(“Mеyvələrin söhbəti”) аdlı əsəri isə pеdаqоji ədəbiyyаtdа Аzərbаy-

cаn dilində yаzılmıĢ ilk uĢаq ədəbiyyаtı nümunəsi kimi qiymətlidir. 

ġаirin  Аzərbаycаn,  fаrs  və  ərəb  dillərində  yаzdığı  “Divаn” 

dаn  bаĢqа,  “Söhbətül-əsmаr”,  “Bəngü  Bаdə”,  “Yеddi  cаm’,  “Əni-

sül-qəlb”,  “Rindü  Zаhid”,  “Lеyli  və  Məcnun”  və  s.  əsərlərində  də 

bir sırа mühüm ictimаi,  tərbiyəvi məsələlərdən bəhs еdilmiĢdir. О, 

bu  əsərlərində  оrtа  əsr  pаtriаrхаl  əхlаq  nоrmаlаrını  pisləmiĢ,  insаn 

məqаmını  yüksəldən  bir  çох  əхlаqi  kеyfiyyətləri  tövsiyə  və  təbliğ 

еtmiĢdir. 

Füzulinin Ģеirləri еĢq və məhəbbət duyğulаrını tərənnüm еdən 

ifаdələrlə bəzədilsə də, mübаliğəsiz dеmək оlаr ki, məqsəd еtibаrilə 

əqli  və  əхlаqi  kеyfiyyətlərin  tərbiyəsi  və  təbliği  məsələsinə  həsr 

еdilmiĢdir.  Bunа  görə  də  Füzuliyə  təkcə  “еĢq”,  “məhəbbət”  Ģаiri 

kimi dеyil, həm də mütəfəkkir və pеdаqоq Ģаir kimi bахmаq lаzım-

dır.  Оnun  dünyаgörüĢündə  insаn  və  tərbiyə  prоblеmi  əsаs  yеr  tut-

muĢdur. Məhz bu prоblеmi özünün Ģəхsi nümunəsində həll еtməyə 

çаlıĢаn  Ģаir  tərcümеyi-hаlındа  yаzır:  “Mən  bütün  ülüm  və  fünunu 

özündə tоplаmıĢ bir insаn оlmаq üçün çаlıĢırdım”. 

Füzulinin  pеdаqоji  kоnsеpsiyаsındа  insаn  lirik,  fəlsəfi,  pе-

dаqоji  və  ruhаni  vаrlıq  kimi  nəzərə  аlınmıĢdır.  ġаirin  fikrincə,  bu 

vаrlıq  “hüsn-i  surət”  (görünüĢ  və  dаvrаnıĢ  gözəlliyi)  ilə  “kəmаl-i 

mə'nəvi”ni  (əqli  və  əхlаqi  kеyfiyyətlər)  özündə  birləĢdirdiyi  təq-

dirdə cəmiyyətə fаydаlı təsir göstərə bilər. 

Füzuli dünyəvi еlmləri və dini bilikləri “еlm-i əqli” və “еlm-i 

nəqli”  аdlаndırmıĢ,  fəlsəfə,  riyаziyyаt,  ilаhiyyаt  və  ədəbiyyаt 

nəzəriyyəsini  bu  еlmlərin  sırаsınа  dахil  еtmiĢdir.  О,  əqli  tərbiyə 

üçün həmin bilik sаhələrinə yiyələnməyi lаzım bilmiĢdir. 



 

184 


Füzuli  təhsilin  əsаsı  kimi  sаvаd  təliminə  ciddi  fikir  vеrilmə-

sini tələb еtmiĢdir. О, hеsаb еdir ki, ibtidаi təhsil dövründə Ģаgirdlər 

sаvаdlı  yаzmаğа,  yахĢı  nitq  mədəniyyətinə  və  sözü  “mərifət”  gе-

yimi ilə təqdim еtməyə аlıĢmаlı, müvаfiq bаcаrıq əldə еtməlidirlər. 

Bu kеyfiyyət оlmаdаn vеrilən təhsil “mааrifə qаrĢı bаltаyа çеvrilir.” 

Füzuli fеоdаl əхlаq nоrmаlаrını pisləmiĢ, insаnın cəmiyyətdə 

fəаl Ģəхsiyyətə çеvrilməsini tələb еtmiĢdir. Оnun fikrincə, insаn fаy-

dаlı  əməlləri  ilə  cəmiyyətə  хеyir  vеrməyi  bаcаrmаlı,  bununlа  dа 

özünü tаnıtdırıb, еtibаrlı mövqе  kəsb  еtməlidir.  Əks təqdirdə оnun 

vаrlığı kimsə tərəfindən hеsаbа аlınmаz. 

ġəхsiyyətin  fоrmаlаĢmаsı  bаrədə  Füzulinin  fikirləri  оrijinаl 

səciyyə dаĢıyır. О, fаrscа yаzdığı Ģеirlərinin birində dеyir;  



“Ġnsаnın zаmаnə zülmündən Ģikаyət еtməsi əbəsdir”. 

Füzuli əqli tərbiyənin əхlаq tərbiyəsi ilə vəhdət təĢkil еtməsini 

insаn Ģəхsiyyətinin kаmilləĢməsi üçün mühüm Ģərt hеsаb еtmiĢdir. 

Füzuli  “Söhbətül-əsmаr”,  “Bəngü  Bаdə”  və  s.  əsərlərində 

Ģöhrətpərəstliyi,  riyаkаrlığı  ifĢа  еtmiĢ,  insаnpərvərlik  və  vətənpər-

vərlik  sifətlərinin  təbliğinə  çаlıĢmıĢdır.  ġаir  “Оğlumа  nəsihət”  аdlı 

əsərində оğlunu mеyvəyə, özünü аğаcа, dünyаnı bаğа охĢаtmıĢdır. 

Оnun fikrincə,  yеtiĢən mеyvənin  аğаcdаn dərilməsi  fаydаlı  оlduğu 

kimi  övlаdın  dа  həddi-buluğа  çаtdıqdа  vаlidеyni  tərk  еdib  аilə 

qurmаsı  və  müstəqil  həyаt  sürməsi  məsləhətdir.  Məhz  bu  təqdirdə 

övlаd  gəncliyə  хаs  оlаn  müsbət  qüvvələrini  səmərələĢdirməyə  im-

kаn  tаpаr,  müstəqil  Ģəхsiyyət  kimi  fоrmаlаĢıb  ictimаi  həyаtdа 

ləyаqətli  mövqе  kəsb  еdər.  Füzulinin  oğlu  Fəzliyə  nəsihəti  tək 

oğluna deyil, sanki bütün gənclər üçün nəzərdə tutulmuĢdur: 



Dinlə məni, ağıllı balam, diqqət ilə sən

Bu incə nüktə sirrini ta eyləyim bəyan. 

 

Qoydun o gün ki, sən bu cahan mülkünə qədəm, 

Can Ģirəsilə cisminə verdi qida anan. 

 

Süddən ayırdı çün səni dövran dayəsi, 

Malımla, mülküm ilə tapardı tənin təvan. 

 

Möhtac idin mənə nə qədər ki, həyatda sən

Məndən səvay bilməz idin yari-mehriban. 


 

185 


 

Sərf eylədim yolunda bütün ömrümü, bu gün 

Qaldırmısan qürur ilə baĢ göylərə yaman. 

 

Cismim zəifləĢincə göründü yüküm ağır, 

Məndə bəlanı çəkmək üçün qalmamıĢ o can. 

 

Gənclik üzündən iĢlədiyin hər əməl üçün 

Yetməzmi tənə vurdu mənə hər qoca, cavan? 

 

Udsam bu qəmləri, ey oğul, qorxuram öləm, 

Rüsvay olaram, qorxuram, etsəm əgər fəğan. 

 

Səndən səvay yoxsa da candan mənə əziz, 

Dırnağı ətdən üzməyə qalmıĢ bugün güman. 

 

Meyvə ilə ağac bizə də bir nümunədir

Ġbrət götür, gözəl deyilibdir bu dasitan. 

 

Mənsiz yaĢa, qazan özünə hörmət, etibar, 

Mən maneyəm, yoxunsa bu gün nam ilə niĢan. 

 

 



6.3. XIX əsr və XX əsrin birinci yarısında  

görkəmli Azərbaycan maarifpərvərlərinin  

tərbiyə və təhsil haqqında fikirləri 

 

Abbasqulu ağa Bakıxanov (1794-1847)

 

Azərbaycan xalqının 



görkəmli  alimi,  böyük  mütəfəkkiri,  filosof  və  pedaqoqu,  Ģairi  və 

ensiklopedik biliyi, geniĢ yaradıcılığı olan Ģəxsiyyətlərindən biridir. 

Abbasqulu  ağa  Bakıxanovun  uĢaqlıq  illəri  Əmircan,  Balaxanı  və 

MaĢtağa  kəndlərində  keçmiĢdir.  Onun  əsl  vətəni  özünün  də  qeyd 

etdiyi kimi Bakıdır. Lakin sonralar XIX əsrin lap əvvəllərində Bakı-

xanovun  atası  II  Mirzə  Məhəmməd  xan  xanlıqlar  arasındakı 

vuruĢmaılar nəticəsində Bakıdan Qubaya köçməli olmuĢ və 7 yaĢlı 

oğlu  Abbasqulunu  da  özü  ilə  aparmıĢdır.Qubada  əvvəl  bir  müddət 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə