Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə57/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   176

 

174 


maarifə, biliklərə yiyələnməyə, həm də hər cür biliklərə deyil, insa-

na  xeyir  gətirən,  faydalı  biliklərə  yiyələnməyə  çağırırdı.  Nizami 

göstərirdi  ki,  cəmiyyətin  ən  yaxĢı  vətəndaĢı  ancaq  təhsilli,  elmə 

qabil, maarifpərvər və müdrik olan insanlardır. Buna görə də hər bir 

Ģəxs  ağıllı  olmağa,  biliklərə  yiyələnməyə,  müdrik  insanlardan  öy-

rənməyə çalıĢmalıdırlar. Nizami son nəticədə göstərir ki, biliyi olan 

qüvvətlidir: 

Qüvvət elmdədir, baĢqa cür heç kəs 

Heç kəsə üstünlük eyləyə bilməz. 

Nizami  keyfiyyətli  biliyi,  həqiqi  biliyi  əsil  bilik  sayır  və 

gəncliyə xitabən deyir: 

Bir elmi öyrənmək istədikdə sən 

ÇalıĢ ki, hər Ģeyi kamil biləsən 

Kamil bir palançı olsa da insan 

YaxĢıdır yarımçıq papaqçılıqdan. 

ġair  elmə  yüksək  qiymət  verdiyi  kimi  elm  adamına,  alimə 

yüksək qiymət verir və alimin rütbəsinin bütün rütbələrdən uca ol-

duğunu  söyləyir, bütün  elmlərin açarının  alimlərdə  olduğunu bildi-

rir: 

Hər uca rütbədən biliniz fəqət

Alimin rütbəsi ucadır əlbət... 

Nizamiyə  görə  təlim  prosesi  insana  bilik  verməklə  bərabər 

həm  onu  maddi,  həm  də  mənəvi  cəhətdən  yüksəldir.  Nizaminin 

fikrincə,  təlimin  son  həddi  yoxdur.  O,  insanı  həmiĢə  təkmilləĢdir-

məli, həm də mənəvi cəhətdən zənginləĢdirməlidir. 

Nizami bir əxlaqi keyfiyyət kimi dosluq və yoldaĢlığa yüksək 

qiymət  verir  və  qeyd  edir  ki,  adamlar  üzdə  bir  cür,  dalda  baĢqa 

cürdür. ġair həqiqi, sadiq dost tapmağı məsləhət görür: 



Elə sadiq dost ara, səni darda qoymasın 

Çəkib tordan çıxarsın, səni torda qoymasın. 

Nizami  poeziyasının  əməksevərlik  ideyaları  əsrlərdən  bəridir 

ki,  Azərbaycan  pedoqoji  fikrində  özünəməxsus  yer  tutur.  Kərpic-

kəsən qocanın hekayəsi əməksevərlik baxımından çox ibrətamizdir. 

Cavan  oğlan  qoca  kərpickəsənə  daha  asan  iĢlə  məĢğul  olmağı 

məsləhət gördükdə qoca cavanı utandıracaq Ģəkildə belə deyir: 



QarĢında boyun büküb əl açmayım deyə mən 

Əzəldən əl atmıĢam belə bir peĢəyə mən. 


 

175 


Nə xəzinə yığanam, nə də tirmə geyənəm, 

Öz halal zəhmətimin çörəyini yeyənəm. 

Nizami düzlük, mərdlik, sadəlik, xoĢxasiyyətlilik kimi keyfiy-

yətləri gənc nəsildə  tərbiyə  etməyi  məsləhət  bilirdi.  Nizamiyə  görə 

düzlük və doğruçuluq böyük mərdlikdir. Nizami həddən artıq yum-

Ģaq,  mülayim  olmağı,  yersiz  təvazökarlığı  ciddi  nöqsan  saymıĢdır. 

Nizami hər cür fəaliyyətdə orta mövqeyin tutulmasını məsləhət gö-

rür. Çoxun da, azın da zərərli olduğunu bildirir. Amma, onun ideya-

larında orta hədd Qızıl hədd adlandırılır. 

Səbrli  olmaq,  sirr  saxlamaq,  qənaətcil  olmaq  yüksək  əxlaqi 

keyfiyyətlər  sayılır.  Nizami  öz  dəyərli  misralarında  bu  əxlaqi  key-

fiyyətləri dilə  gətirir  və  insanlara səbrli olmağı,  sirr saxlamağı,  qə-

naətcil  olmağı  tövsiyə  edir.  Bu  istiqamətdə  Nizami  misralarından 

bir neçə nümunəyə diqqət yetirək: 

Səbr etməklə insan yetər kamına 

YavaĢ-yavaĢ çatar dilaramına... 

Ovçu səbirsizlik göstərsə əgər

Ovu niĢanəyə dəyməz , yan gedər (Yeddi gözəl) 

 

Hər kim qənaətlə əgər Ģad olar, 

O hörmətli olar, sərazəd olar. 

Kim saxlasa dilini, görməz canı xətanı, 

Dil gətirər baĢlara, hər bəlanı, xətanı (Sirlər xəzinəsi) 

Nizami  mahir  bir  pedaqoq  kimi  təlim  tərbiyə  iĢlərində  yaĢ 

dövrlərinin  nəzərə  alınmasının  böyük  əhəmiyyəti  olduğunu 

bildirmiĢ və özü əsərlərində bu məsələyə toxunmuĢdur. Nizami yaĢ 

dərəcələrindən  danıĢarkən  o  böyük  filosof,  tarixdə  Ġlk  müəllim 

hesab edilən Aristotelin  7-7  yaĢ bölgüsünü bəyənmiĢ və onu təqdir 

etmiĢ və oğlu Məhəmmədə 7, 14, 21 yaĢlarında nəsihətamiz Ģeirlər 

yazmıĢdır (ġeirlər dərsliyin I cildinin IV fəslində verilmiĢdir). 

N.Gəncəvi  Ģəxsiyyətin  formalaĢmasında  irsi  amillərin  roluna 

yüksək qiymət verir. O dahi flosof Aristotelin dili ilə insanlara məs-

ləhət  görür ki, zatı pis olana etibar edib,  iĢ  tapĢırmaq qurdu bəslə-

məyə bənzər: 



Zatı pis olana üz göstərmə sən

Qurdu bəsləməkdən ziyan çəkərsən. 


 

176 


Bədgövhər adamla heç addım atma, 

Öz təmiz kimyanı küllərə qatma. 

Nizaminin  dəyərli  nəsihətamiz  əsərlərində  tərbiyənin  bütün 

sahələri  öz  əksini  tapmıĢ  və  Azərbaycan  pedoqoji  fikrində  Nizami 

ideyaları  əməyə,  zəhmətə  qatlaĢmaqda, elm, bilik  qazanmaqda,  pe-

Ģə,  sənət  dalınca  getməkdə,  yaxĢı  dostlar  tapmaqda,  ümumiyyətlə, 

kamil bir insan kimi formalaĢmaqda gənclərə əsrlər boyu tərbiyəçi, 

yol göstərən müəllim olmuĢdur. 

 

 



6.2.

 

Erkən orta əsrlər dövründə  

Azərbaycan klassik pedaqoji fikri 

 

Məhəmməd Nəsirəddin Tusi tərbiyə haqqında. Azərbaycan 

məktəb və pedaqоji fikir tariхində böyük mütəfəkkir, görkəmli alim 

və  astrоnоm,  pedaqоq  və  tərbiyəçi  Məhəmməd  Nəsirəddin  Tusinin 

(1201-1274)  özünəməхsus  yeri  və  хidmətləri  оlmuĢdur.  Deyə  bilə-

rik  ki,  N.Tusi  böyük  astrоnоm,  riyaziyyatçı,  filоsоf  оlmaqla  bəra-

bər,  həm  də  bir  pedaqоq,  müəllim  və  tərbiyəçi  kimi  gənc  nəslin 

hərtərəfli  inkiĢafı,  tərbiyəsi  və  təlimi  üçün  dəyərli  əsərlər  yazmıĢ, 

müdrik fikirlər söyləmiĢdir. Tusinin yaratdığı pedaqоji əsərlər təlim 

və  tərbiyənin  çох  geniĢ  və  müхtəlif  sahələrini  əhatə  etmiĢ  və  bu 

əsərlər neçə-neçə nəsillərin təlim və tərbiyəsində mühüm rоl оyna-

mıĢ,  müəllim  və  pedaqоqlarımız  həmin  əsərlərdən  хeyli  faydalan-

mıĢ, öz əməli fəaliyyətində оnlardan istifadə etmiĢlər.Bütün bunlar 

da öz növbəsində pedaqоji elmimizin, tərbiyə nəzəriyyəsinin inkiĢa-

fında əhəmiyyətli rоl оynamıĢdır. Tusinin ən məĢhur əsəri isə 1235- 

ci ildə yazdığı “Əхlaqi- Nasiri” əsəridir ki, bu əsər əхlaq, mənəviy-

yat  məsələlərinə  həsr  оlunmuĢdur.  Bu  kitab  Ġranda  Qəhistan 

hökmdarı  Nəsirəddinin  əmri ilə  yazıldığından Tusi  bu  əsəri hökm-

darın  Ģərəfinə  “Əхlaqi  –Nasiri”,  yəni  “Nasirin  əхlaqı”  –  adlandır-

mıĢdır.  Pedaqоji  fikir  tariхində  “Əхlaqi-  Nasiri”  əsəri  yüksək  qiy-

mətləndirilir və ali pedaqоji məktəblərdə tədris edilir. Tusinin döv-

ründə də bu əsər məktəb və mədrəsələrdə geniĢ öyrədilmiĢdir. Tusi-

nin 200-ə qədər əsər və mənzumələri оlmuĢ ki, bu günə qədər əhə-

miyyətini  itirməmiĢdir.  Özünün  yaradıcılığı  haqqında  belə  bir  Ģeiri 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə