Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

25 
 
Rumlu  ―Əhsənüt-təvarix‖də  yazıb  ki...‖  [58,  32],  ―Əhsənüt-təvarix  müəllifinin 
sözünə əsasən...‖ [58, 38] və s. 
Azərbaycan  tarixi  ilə  əlaqədar  olan  bir  sıra  hadisələr,  məsələn,  945 
(1538/39)-ci ildə I Şah Təhmasibin Şirvanşah Şahrux üzərinə qoşun göndərməyi və 
Şirvanın  müstəqilliyinin  sonu  [65.  285—290;  58,  80—82],  947  (1540/41),  953 
(1546/47),  958  (1551/52)  və  961  (1553/54)-ci  illərdə  bu  Səfəvi  şahının  gürcülər 
üzərinə  etdiyi  hərbi  səfərlər  [65.  296—298.  316—317.  351—355,  379—382; 
58,84—85.  85.  85—87,  87—88],  yenə    onun    958  (1551/52)-ci    ildə  Şəkiyə 
hücumu  və  Dərviş  Məhəmməd  xanın  öldürülməsi    [65,  348—351;  58,  82—83], 
981 (1573)-ci ildə bitən Təbriz xalq kütlələrinin üsyanı [65, 455—457; 58, 117—
118]  və  s.  məsələlər  məhz    ―Əhsənüt-təvarix‖in  sayəsində  ―Tarix-i  aləmara-yi 
Abbasi‖ əsərində işıqlandırılmışdır, lakin I Şah Təhmasibin Gürcüstana yürüşünun 
təsviri  Həsən  bəy  Rumluda  daha  müfəssəldir.  Şəxsən  bizim  müəllifin  də  iştirak 
etdiyi bu yürüş qələbə ilə bitdikdən sonra səfəvi şahının Gəncə və Yevlaxa səfəri 
[65,  317]  İskəndər  bəy  Münşi  tərəfindən  göstərilməmişdir.  Habelə  972  (1564—
65)-ci  ildə  I  Şah  Təhmasib  tərəfindən  ləğv  olunan  tamğa  vergisinin  ümumi 
məbləğini  [65,  428]  ―Tarix-i  aləmara-yi  Abbasi‖  müəllifi  qeyd  etməmişdir,  lakin 
―Əhsənüt-təvarix‖  əsərində  bu  münasibətlə  yazılan  iki  misra  şeri  İskəndər  bəy 
Münşi  əsərinə  köçürmüşdür  [65,  428;  58,  123].  Hər iki  əsərdəki  bəzi  cümlələrin 
yaxınlığını aşağıdakı misalla nəzərə çatdırmaq olar: 
―Tarix-i  aləmara-yi  Abbasi‖  [58,  80]  ―Bir  qələndər  oğlan  iddia  etdi  ki, 
mən  Şeyxşahın  oğlu  Sultan  Məhəmmədəm.  Onun  başına  çoxlu  qoşun  toplandı. 
Salyanı tutub, oradan Şamaxıya gəldi‖. 
―Əhsənüt-təvarix‖:[  65,  282]  ―Şirvanda  bir  qələndər  iddia  etdi  ki,  mən 
Şeyxşahın  oğlu  Sultan  Məhəmmədəm.  Çoxlu  qoşun  toplayıb  Salyanı  tutdu  və 
oradan Şamaxıya gəldi‖.  
―Əhsənüt-təvarix‖  salnaməsi  Qazi  Əhməd  Quminin  ―Xülasətüt-təvarix‖ 
əsərinin yazılışı üçün də tarixi mənbə rolu oynamışdır, lakin ―Əhsənüt-təvarix‖də 
orijinal  məlumatlara  daha  tez-tez  rast  gəlirik.  Belə  ki,  Heydər  Səfəvi  və  Sultan 
Yaqub  Ağqoyunlunun  ölüm  hadisələrini  Həsən  bəy  Rumlu  başqa  müəlliflərdən 
fərqli  vermişdir.  Məsələn,  Sultan  Heydərin  893  (1488)-cü  ildə  Şirvanşah  Fərrux 
Yasarla döyüş zamanı yaralanıb öldüyünü bütün mənbələr təsdiq edir, lakin Həsən 
bəy  Rumlu  onun  öz  döyüşçüsü  tərəfindən  öldürüldüyünü  bildirib  yazır:  ―Gizli 
qalmasın  ki,  ona  dəyən  ox  düşmənləri  tərəfindən  yox,  Sultan  Heydərin  öz 
qoşunundan  atılmışdı.  Həmin  döyüşdə  olan  adamların  bir  dəstəsi  söylədi  ki,  o 
həzrətin  əmirlərindən  Şahsuvar  Lənkəraninin  atası  bu  işi  edibdir‖  [66,  618]. 
Yaxud, Sultan Yaqubun təsadüfən anası Səlcuqşah bəyimin əli ilə öldürülməsinin 
təsviri [64, 126b] ―Xülasətüt-təvarix‖ əsərində heç yoxdur. 
Belə misalların sayını artırmaq olar, lakin şübhə yoxdur ki, Qazi Əhməd 
Qumi  ―Əhsənüt-təvarix‖  dən istifadə  etmişdir.  Onun  özü  də‖Xülasətüt-təvarix‖in 
E. Qlassen nəşrinin başlanğıcında bunu etiraf edir. 


26 
 
İndi, hər iki müəllifin bir cümləsinə nəzər yetirək: 
―Xülasətüt-təvarix‖:  [108,  63]  ―Döyüş  hazırlığından  sonra  cəlal 
meydanının o atlısı cəng şeypurunun səsi altında... atını cövlana gətirdi‖. 
―Əhsənüt-təvarix‖: [66, 617] ―Döyüş hazırlığından sonra cəlal meydanının 
o atlısı... atını cövlana gətirdi‖. 
 
 ―Əhsənüt-təvarix‖  salnaməsindən  bəhrələnən  əsərlərdən  biri  də  müəllifi 
məlum  olmayan  və  XVII  əsrin  əvvəllərində  yazılan  ―Aləmara-yi  Şah  İsmayıl‖ 
kitabıdır [83].  Bu əsəri nəşr edən Əsgər Müntəzirsahibin özü bu haqda yazır: ―Bu 
kitabın məxəzlərindən biri  Həsən bəy  Rumlunun ―Əhsənüt-təvarix‖ əsəridir‖ [83, 
16].  Hər  iki  kitabı  oxuduqca,  doğrudan  da,  ―Aləmara-yi  Şah  İsmayıl‖  əsərinin 
mənbələrindən birinin ―Əhsənüt-təvarix‖ olduğu nəzərə çarpır. Məsələn:  
―Aləmara-yi  Şah  İsmayıl‖:  [83,  624  -  625]  ―Rəiyyət  və  əlinin  altındakı 
adamlarla  ədalətlə  ömür  sürürdü.  O  həzrətin  qorxusundan  heç  bir  döyüşçü  xalqa 
zülm etmirdi‖. 
―Əhsənüt-təvarix‖:  [65,  182]  ―Rəiyyət  və  əlinin  altındakı  adamlarla 
ədalətlə ömür sürürdü. Onun qorxusundan xalq zülm edilmirdi‖. 
XVII  əsrdə  yaşayan  tarixçi  Şeyx  Məhəmməd  Bəqa  Səxaranpuri  də 
―Miratül-aləm‖  əsərini  yazarkən,  ―Əhsənüt-təvarix‖dən  tarixi  bir  mənbə  kimi 
istifadə  etmişdir
11
.  ―Miratül-aləm‖  hadisələri  olduqca  yığcam  əks  etdirən 
ümumtarix əsəridir. I Şah Təhmasibin hərbi səfərləri, xüsusilə onun osmanlı sultanı 
Süleymanla  etdiyi  müharibədə  [92,  243  -  244],  II  Şah  İsmayılın  hakimiyyətə 
çıxarılması  zamanı  şahzadə  və  əmirlərin  mübarizəsi  [92,  244  -  245]  və  b. 
hadisələrin  təsvirində  ―Əhsənüt-təvarix‖in  təsiri  duyulur.  Həsən  bəy  Rumlunun 
səhifələr  sərf  etdiyi  hadisələri  Səxaranpuri  bir  neçə  sətirdə  izah  etməklə 
kifayətlənmişdir.  Aşağıdakı  müqayisə  hər  iki  müəllifin  cümlələri  arasındakı 
yaxınlığı göstərir: 
―Miraşül-aləm‖:  [92,  245]  ―Qövs  bürcündə  qorxunc  bir  quyruqlu  ulduz 
göründü‖. 
―Əhsənüt-təvarix‖:  [65,  495]  ―Qövs  bürcündə  uzunluğu  fələk  qövsünün 
yarısı boyda olan qorxunc bir quyruqlu ulduz göründü‖. 
Cünabadinin ―Rövzətüs-səfəviyyə‖ əsərində də ―Əhsənüt-təvarix‖in təsiri 
hiss  olunur.  Oradakı  tayfa  və  müxtəlif  əmirlər  arasında  olan  mübarizə  [97,  244, 
257, 259, 263, 264], özbək xanı Übeydin Xorasana etdiyi hərbi yürüşlər [97, 287 - 
295],  Şirvan  hadisələri  [97,  360  –  362,  393  –  405,  434  -  438]  ―Əhsənüt-
təvarix‖dəki müvafiq hadisələrə oxşar tərzdə qələmə alınmışdır. 953 (1546/47)-cü 
                                                             
11
  Bu  əsərin  müəllifinin  Mir  Bəxtəvər  xan  adlı  bir  şəxs  olması  barədə  yanlış  fikir  vardır.  (Bu  barədə 
ətraflı məlumat almaq üçün bax: Ч. А. Стори. Персидская литература, переработал и дополнил Ю. 
Э.  Брегель,  ч.  I,  M.,  1972,  səh  440  –  441).  C.  İbrahimov  da  Mir  Bəxtəvər  xanın  müəllifliyini  təsdiq 
etmiş və onun XV – XVI əsrlərdə yaşadığını göstərmişdir [30, 4]. Halbuki Mir Bəxtəvər xan 1685-ci il 
fevralın 19-da vəfat etmişdir. (Bax: Ç. A. Stori. Göstərilən əsəri, səh. 441. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə