Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

41 
 
Məlum  olduğu  kimi,  əmirlər  hərbi  xidmətçi  idilər  və  başçılıq  etdikləri 
qoşunlarla birlikdə ölkənin hərbi qüvvəsini təşkil edirdilər. Bildiyimizə görə, bütün 
hərbi qüvvələrə başçılıq edən şəxs isə əmirül-üməra olmuşdur. XV - XVI əsrlərin 
tarixi  mənbələrində  əmirül-üməradan  başqa  iki  yüksək  əmir  rütbəsi  də 
göstərilmişdir:  divan  əmiri  və  əmiraxur.  İndi  bu  iki  vəzifənin  hər  birinə  ayrı-
ayrılıqda nəzər salaq. 
Divan  əmiri:  Mənbələrdə  ―əmir-i  divan‖  adlanan  bu  əmirin  vəzifəsinin 
məzmunu  barədə  hələlik  müəyyən  bir  məlumatın  olmadığını  bildirən  V.F. 
Minorski  divan  əmirinin  xüsusi  divanı  olduğunu  qeyd  edib  yazmışdır  ki,  onun 
divanı  həm  sədrin,  həm  də  vəzirin  divanından  üstün  olmuşdur  [112,  162]. 
Doğrudan  da,  tanış  olduğumuz  mənbələrin  heç  birində  divan  əmiri  vəzifəsinin 
məzmunu  şərh  edilməmişdir.  Lakin  məlumdur  ki,  divan  əmiri  ―digər  əmirlərdən 
yüksəkdə duraraq, böyük ixtiyara malik idi‖ [11, 40]. 
Bəzən döyüşdə qalib gələn tərəfə əhəmiyyətli köməklik göstərən şəxs ona 
ehtiyac olduqda, divan  əmiri vəzifəsinə layiq görülürdü. Məsələn, 810 (1407/08)-
cu ildə Əlincə qalasında baş verən qiyam  yatırıldıqdan sonra qalanın yeni  hakimi 
olan Qara İsgəndər üsyan başçılarından biri olan Şəhriyarı divan əmiri etmişdi [64, 
262a].  Bu  misalla  güman  etmək  olar  ki,  vilayət,  şəhər  və  qala  divanlarının  hər 
birinin  öz  divan  əmiri  olmuşdur.  Qaraqoyunluların  başçısı  Qara  Yusif  olduğu 
halda,  Şəhriyarı  divan  əmiri  vəzifəsinə  sülalənin  başçısı  yox,  şahzadə  İsgəndər 
təyin  etmişdi.  Atası  ilə  məsləhətləşmədən  belə  hərəkət  edən  şahzadə,  görünür  ki, 
ona  təhvil  verilən  Əlincəni  öz mülkü hesab  etmiş  və  qala divanının  əmiri  olmağı 
Şəhriyara məsləhət görmüşdü. 
Digər qaraqoyunlu şahzadəsi Pirbudağın Bağdaddakı divan əmiri Mir Əli 
Şükür adlı əmir olmuşdur [56, 364, 373]. 
Səfəvilər  dövründə  də  bu  vəzifə  qalmaqda  idi.  I  Şah  Təhmasibin  divan 
əmiri  Məsum  bəy  Səfəvi  olmuşdur  [77,  209,  220;  58,  77]  ki,  o,  Həsən  bəy 
Rumlunun məlumatına görə sonradan şahın vəkili təyin edilmişdi [65, 411, 490] 
Bəzi  mənbələrdə  divan  əmiri  və  əmirül-üməranın  vəzifələri  bir-birinin 
qarşılığı  kimi  işlənir.  Mir  Yəhya  Qəzvini  yazır:  ―Divan  əmiri  olan  Çayan  sultan 
Ustaclu vəfat etdi, onun yerini oğlu Bayazid sultana verdilər. O da bir neçə gündən 
sonra  öldü  və  əmirül-üməralıq  mənsəbinə  Div  sultan  Rumlu  təyin  edildi‖  [98. 
150a]. 
Yaxud  Budaq  Qəzvini  göstərir:  ―Divan  əmirliyi  Çayan  sultan  Ustacluya 
verildi  və  əmirül-üməra  oldu‖  [61,  288a].  Yenə  də  bu  müəllif  yazır  ki,  I  Şah 
İsmayılın  vəsiyyətinə  görə  Div  sultan  Rumlu  əmirül-üməra  və  ―əmir-i  divanlıq 
möhürünü əmirlərin möhüründən yuxarı vurdu‖ [61, 297b]. 
Bu misallardan aydın olur ki, bəzi tarixçilərin əsərlərində divan  əmiri və 
əmirül-üməra  mənsəbləri  eyniləşdirilmişdir.  Həsən  bəy  Rumlu  və  Qazi  Əhməd 
Qəffari  də  Çayan  sultanın  Çaldıran  vuruşmasından  sonra  əmirül-üməra  olduğunu 
göstərirlər [65, 150; 81, 277a]. Bunlardan belə nəticəyə gəlmək olar ki, divan əmiri 


42 
 
vəzifəsini aparan şəxs bütün əmirlərin yox, yalnız divan əmirlərinin rəhbəri olmuş, 
eyni  zamanda  əmirül-üməra  adlandırılmışdır.  Dövlətin  əmirül-ümərası  isə  divan, 
ordu  və  sərhəd  əmirlərinin  rəhbərliyini  etmiş,  divan  əmiri  də  onun  tabeliyində 
olmuşdur. 
Əmiraxur:  XV  -  XVI  əsrlərdə  Azərbaycan  ordularında  minik 
heyvanlarına  nəzarət  və  nəqliyyat  məsələlərinə  rəhbərlik  etmək  əmiraxurun 
öhdəsinə  düşürdü.  Qoşunların  əsas  minik  vasitəsi  olan  at  ilxılarının  ümumi  sayı 
haqqında  hökmən  əmiraxurun  məlumatı  olmalı  idi.  Sultan  Əhməd  Cəlayirinin 
məğlub olub qaçmasından sonra əsir alınmış düşmən əmiraxurlarına Qara Yusifin 
verdiyi  suallar  bu  fikrin  təsdiqi  üçün  olduqca  səciyyəvidir:  ―Sultanın  neçə  atı 
vardı? O özü ilə neçə at aparmış olar? Ordumuzun əlinə daha neçə at keçə bilər?‖ 
[66, 66]. 
Müharibə vaxtı ordu ilə birlikdə əmiraxurlar da döyüşürdülər [66, 83; 56, 
427, 463]. 
Möhürdar:  Görkəmli  saray  əmirləri  nümayəndələrindən  biri  olan 
möhürdarın  da  müəyyən  fəaliyyəti  olmuşdur,  lakin    mənbələrdə  qaraqoyunlu  və 
ağqoyunlu möhürdarları haqqında olduqca az məlumat    vardır. Həsən bəy Rumlu 
da, əsasən, səfəvi dövrü hadisələrinin təsvirində möhürdar haqqında kiçik qeydlər    
etmişdir. 
Möhürdar şahın xüsusi möhürünü qoruyan şəxsə deyilirdi [63, 25]. Onun 
sənədlərə  vurduğu  möhür  şahın  imzası  demək  idi  [36,  19].  Zərurət  olduqda 
möhürdar hərbi səfərlərdə də iştirak edir, şəxsən   döyüşürdü [65, 293; 58, 40; 97, 
138]. Bu vəzifə çox şərəfli və məsuliyyətli hesab edilirdi. Həsən bəy Rumlu yazır 
ki,  912  (150/07)-ci  ildə  I  Şah  İsmayılın  möhürdarı  Sarı  Əli  kürdlərlə  döyüşdə 
öldürülmüş və bu vəzifə bir müddət heç kimə etibar edilməmişdi. 913 (1507/08)-cü 
ildə  I  Şah  İsmayıl  Əlaüddövlə  Zülqədərlə  döyüşən  vaxt  ağqoyunlu  sultanları 
tərəfindən illərlə Diyarbəkrdə vali olmuş Əmir bəy Mosullu qızılbaş şahının yanına 
gələrək,  hörmətə  layiq  görulmüş  və  bir  il  boş  qalan  möhürdar  vəzifəsi  ona 
verilmişdi [65, 93]. 
Həsən  bəy  Rumlu  möhürdarın  möhürünü  ―böyük  möhur‖  adlandırır  [65, 
484]. 
Qorçibaşı:  Bu  istilah  altında  xüsusi  şah  alayının  üzvləri  olan  qorçi 
dəstələrinin rəhbəri başa düşülür. XV əsrdə bu məfhumun işlənməsinə dair hələlik 
məlumat  yoxdur,  lakin  XVI  əsrdən  etibarən  qorçi  dəstələrinin  sayca  çoxalıb 
dövlətin  hərbi  həyatında  mühüm  rol  oynaması  ilə  əlaqədar  olaraq,  qorçibaşı 
vəzifəsi  də  müəyyən  edilmiş  və  bu  vəzifənin  sahibi  dövlətin  ən  etibarlı 
şəxslərindən biri olmuşdur. 
Mənbələrə  əsasən  müəyyən 
etmək 
olur  ki,  dövlətin  ümumi 
qorçibaşısından başqa ayrı-ayrı vilayətlərin, habelə hər bir qorçi dəstəsinin də öz 
qorçibaşısı  var  imiş.  Məsələn,  I  Şah  İsmayılın  hakimiyyətinin  ilk  illərində  onun 
qorçilərinə rəhbərliyi Durmuş xan Şamlu [81, 240b] və Dədə bəy Zülqədər [65, 88; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə