Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə85/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   81   82   83   84   85   86   87   88   ...   116

177 
 
də  möhkəmdir.  Arzu  edirik  ki,  Təbrizdə  olan  bütün  bu  kimi  binalar  əvvəlki 
kimi  qalsın,  təəssüf  ki,  son  zamanlar  onların  əksəriyyəti  MiranĢahın  əmrilə 
xarabalığa çevrilmiĢdir [51]. 
Təbrizin  Pəse  KuĢək  məhəlləsində  «Fəxrazad»  adlı  yerdə 
Qaraqoyunlu  hökmdarı  CahanĢahın  (1435-1467)  arvadı  Xatun  Canbəyim 
tərəfindən  tikdirilmiĢ  Göy  məscidin  və  ya  Müzəffəriyyənin  binası  1465-ci  il 
oktyabrın  24-də  baĢa  çatdırılmıĢdır.  Xatun    Canbəyim  də  orada  dəfn 
olunmuĢdur. XV  əsr  Azərbaycan  memarlıq sənətinin  Ģah əsəri olan bu bina  o 
qədər  məharətlə  və  gözəl  tikilmiĢdi  ki,  onu  «islamın  firuzəsi»  adlandırırdılar. 
Göy  məscidin  memarı  bəzi  tədqiqatçıların  iddia  etdiyi  kimi,  nə  Əhməd  bin 
ġəmsəddin  Təbrizi,  nə  də  Nemətullah  bin  Məhəmməd  əl-Bəvvab  olmuĢdur. 
Bəlkə  əslində  o binanın  memarı Xacə  Əli ibn Məhəmməd  bin Osman Kecəci 
olmuĢdur.  Həmin  memarın  məqbərəsi  XVI  əsrin  sonlarına  qədər  Gecəc 
kəndində idi. Binanın inĢası iĢlərinə Ġzəddin Qapuçı bin Məlik baĢçılıq (sərkar) 
etmiĢdir. Nemətulla bin Məhəmməd əl-Bəvvab isə binanın divarları üzərindəki 
yazıları həkk etmiĢdir [52]. 
Müzəffəriyyə  kompleksində  məsciddən  əlavə  mədrəsə,  kitabxana  və 
xanəgah da olmuĢdur. 
1780-ci ildə Təbrizdə baĢ vermiĢ zəlzələ nəticəsində həmin kompleks 
dağılmıĢdır.  Hazırda  Təbrizin  Xiyaban  məhəlləsində,  Azərbaycan  Tarixi 
Muzeyi binası  yanında  həmiĢ  məscidin bir  neçə  qırılmıĢ tağı  və  baĢ tağın  üst 
tərəfi qalmıĢdır ki, sonralar bərpa olunmuĢdur. 
Təbrizin Sahibabad meydanından Ģimalda Ağqoyunlu hökmdarı Uzun 
Həsənin  tikdirdiyi  və  «Nəsriyyə»  adlanan  məscid  binasının  qızıl  rəngli 
divarları,  firuzeyi  rəngli  kaĢiləri  insanı  valeh  edirdi.  Məscidin  sağ  və  sol 
tərəfində  çox  hündür  qoĢa  minarə  ucalırdı.  Kərpic  və  mərmər  daĢlarla 
hörülmüĢ,  kaĢilərlə  bəzədilmiĢ  məscidin  daxili  və  xarici  divarlarında,  qübbə, 
mehrab və minbərində xeyli zərif iĢlər görülmüĢdür. 
Dövrünə görə gözəl memarlıq sənəti nümunəsi olan bu bina  1780-ci il 
zəlzələsi nəticəsində dağılmıĢdır [53]. 
Təməli 1478-ci ildə qoyulmuĢ və 1484-cü ildə tikiliĢi baĢa çatdırılmıĢ 
«HəĢtbehiĢt»  sarayı  səkkizkünclü  və  hər  bir  hissəsi  səkkiz  otaqdan  ibarət 
olmuĢdur.  Qeyd  etmək  lazımdır  ki,  Uzun  Həsən  öz  sağlığında  böyük  və 
əzəmətli saray tikdirmiĢdi. Hətta Ġosafot Barbaro 1474-cü ilin aprelində həmin 
sarayda  Uzun  Həsənin  qəbulunda  olmuĢdur.  Sultan  Yaqub  isə  həmin  saray 
kompleksini  geniĢləndirmiĢ,  bir  sıra  binalar  artırmıĢ  və  adını  «HəĢtbehiĢt» 
qoymuĢdur.  Venetsiyalı  anonim  tacir  «HəĢtbehiĢt»  sarayının  geniĢ  təsvirini 
vermiĢdir.  «HəĢtbehiĢt»  kompleksində  məscid,  mədrəsə,  xəstəxana, 
mehmanxana, hərəmxana, Ģahın ziyafət, qəbul və istirahət otaqları var idi [54]. 
XIV-XV  əsrlərdə  Təbrizdə  böyük  bazarlar,  karvansaralar,  hamamlar 
və  s.  binalar  tikdirilmiĢdi.  Vicuyə  məhəlləsində  Tacəddin  Əli  MinĢarı 


178 
 
tərəfindən  tikdirilmiĢ  məscid,  Əjabad  küçəsində  Uzun  Həsənin  oğlu  Yusif 
bəyin  binası  yanındakı  məscid,  Rey  darvazasındakı  Xəlilan  məscidi,  Novbər 
məhəlləsindəki  məscid,  Simsarlar  bazarındakı  Sabahi  hamamı,  Mahadın 
bazarındakı Əmir Əli hamamı, Vicuyə məhəlləsindəki hamam, Əxi ƏhmədĢah 
hamamı,  «Leyli  və  Məcnun»  hamamı,  Əbi  Yəzid  hamamı,  Ġsfəndiyar 
karvansarası,  Sədəlan  karvansarası,  Pəse  KuĢək  məhəlləsindəki  Əxi  yadigar 
karvansarası,  Təbrizin  məĢhur  Qeysəriyyə  bazarı  gözəl  memarlıq  abidələri 
hesab olunurdular [55]. 
XVII  əsrin  ortalarında  Təbrizdə  350  məscid,  47  mədrəsə,  300 
karvansara, 15 min dükan var idi. Bu dövrdə Təbrizdəki ġah Təhmasib, Osman 
paĢa, ġah Abbas məscidləri, Zübeydə, Pirbudaq, AləmĢah, ġah Ġsmayıl, Mirzə 
Ġbrahim,  Mirzə  Tahir  karvansaraları,  yenidən  bərpa  edildikdən  sonra  7  min 
dükanı  olan  Qeysəriyyə  bazarı  məĢhur  idi.  XIII-XVII  əsrlərdə  Təbriz 
sənətkarları təkcə Təbriz və Ġranın digər Ģəhərlərində deyil, bəlkə Yaxın, Orta 
ġərq və Orta  Asiyada öz  məharətlərini göstərmiĢdilər. 1386-cı ildə Teymurun 
Təbrizdən Səmərqəndə apardığı sənətkarlar içərisində çoxlu mühəndis, memar, 
bənna,  daĢyonan,  nəccar,  bəndgir,  kaĢı  istehsalı  ustası,  həkkak  olmuĢdur. 
Bunlar  vətənlərindən  çox  uzaqlarda  Təbriz  memarlıq  məktəbinin  gözəl 
ənənələrini  davam  etdirirdilər.  Səmərqəndin  ġahi-zində  ansamblında  təbrizli 
ustalar  fəaliyyət  göstərmiĢlər.  ġəmsəddin  Təbrizinin  1371-ci  ildə  tikdiyi 
Türkan  Əkə  məqbərəsi,  həmin  ansamblın  digər  abidəsi  -  Tuman  Əkə 
məqbərəsində 1405-ci ildə təbrizli xəttat Məhəmməd Xocabəy oğlu həkkaklıq 
etmiĢdir. Herat "Cümə məscidinin tikiliĢində və dekorativ bəzəyində Xacə Əli 
Hafiz (1498) mühüm rol oynamıĢdır. Ağ saray tikintisində təbrizli Məhəmməd 
Yusif  kaĢıkarlıq  iĢi  ilə  məĢğul  olmuĢdur.  1397-ci  ildə  Bağdadda  tikilmiĢ 
Mərcaniyyə  məscidi  binasında  dekor  üzləməsini  təbrizli  ƏhmədĢah  yerinə 
yetirmiĢdir.  Bursada  1424-cü  ildə  tikilməkdə  olan  «YaĢıl  Came»  məscidinin 
qapısı  üzərində  təbrizli  Hacı  Əhməd  oğlu  oyma  iĢi  aparmıĢdır.  Usta 
Məhəmməd  Yadigar  oqlu  Təbrizi  1466-cı  ildə  Gilanda  yerləĢən  Təcələ  Kukə 
kəndində Seyid Əlinin türbəsini tikmiĢdir. Qaraqoyunlu hökmdarı CahanĢahın 
əmrilə 1451-ci ildə MəĢhəddəki ġah məscidini Əhməd ġəmsəddin Məhəmməd 
oğlu Təbrizi bərpa etmiĢdi [56]. 
1514-cü  ildə  Osmanlı  sultanı  I  Səlim  Çaldıran  vuruĢmasında  qələbə 
çalıb Təbrizə gəldikdə geri çəkilərkən Təbriz Ģəhərindən 1700 sənətkar ailəsini 
Ġstambula  köçürmüĢdür.  Bu  sənətkarlar  arasında  mahir  bənna,  memar,  xəttat, 
həkkak, kaĢıkar, bəndgir, daĢyonan ustalar var idi. 
I Sultan Səlim tərəfindən əsir kimi Türkiyəyə aparıldıqdan sonra Əsir 
Əli  və  ya  Əcəm  Əli  adı  verilmiĢ  Əli  Təbrizi  Ġstambulda  memarbaĢı  iĢləmiĢ, 
Təbriz  memarlıq  üslubunu  Türkiyədə  yaymıĢdı.  O,  Türkiyə  memarlıq 
məktəbinin əsasını qoymuĢ və onun təkmilləĢməsində mühüm rol oynamıĢdır. 
Kiçik Asiyada bir çox binalar onun baĢçılığı ilə tikilib baĢa çatdırılmıĢdır. Əli 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə