Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə88/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   84   85   86   87   88   89   90   91   ...   116

183 
 
Mövlana  Ələsgəri  tutdurub  Əbdüləzizin  burnunu,  Ələsgərin  isə  qulağını 
kəsdirir [67]. 
1555-ci ildə paytaxtın Təbrizdən Qəzvinə köçürülməsinə baxmayaraq, 
Təbrizdə  yenə  də  saray  kitabxanası  fəaliyyət  göstərirdi.  983-cü  ilin  Ģaban 
ayında (noyabr 1575) ġah Təhmasib tərəfindən verilmiĢ fərman əsasında Molla 
Həsən  Müzəhhib  Təbriz  dar-üs-səltənəsinin  bütün  müzəhhiblərinə,  xəttat, 
nəqqaĢ,  cilidçi  və  təlakublarına  kələntər  təyin  olunmuĢdur  [68].  Təbriz 
rəssamları,  nəqqaĢları,  xəttatları,  cilidçiləri,  müzəhhibləri  Qəzvin  və  Ġsfahan 
miniatür  məktəblərinin  təkmilləĢib  inkiĢaf  etdirilməsində  mühüm  rol 
oynamıĢdılar. 
Kəmaləddin Behzadın Ģagirdlərindən biri də Müzəffərəli idi. O, gözəl 
nəstəliq xətti yazmaqla yanaĢı, həm də müzəhhib idi. Qazi Əhməd Qumi səhv 
olaraq  Müzəffərəlini  Rüstəməlinin  bacısı  oğlu  kimi  qeyd  etmiĢdir.  Əslində 
Rüstəməli  Behzadın  bacısı  oğlu,  Müzəffərəli  isə  Behzadın  digər  bacısı  oğlu 
Heydərəlinin  oğlu  idi.  Müzəffərəli  təkcə  əlyazmalarına  təsvirlər  çəkməklə 
kifayətlənməmiĢ,  Qəzvində  saray  dəftərxanasının  və  Çehel-sütunun  divarları 
üzərində də bir çox təsvirlər çəkmiĢdir. Müzəffərəli ġah Təhmasib dövründə o 
qədər  məĢhurlaĢmıĢdı  ki,  Ģah  ona  çəkdiyi  rəsm  əsərlərinin  altında  «NəqqaĢe-
Ģahi»  sözlərini  yazmağa  icazə  vermiĢdi.  Sadiqi  bəy  ƏfĢar  yazır  ki,  ġah 
Təhmasib Müzəffərəlini Behzaddan üstün tuturdu. 
Təbriz  saray  kitabxanasında  uzun  müddət  fəaliyyət göstərmiĢ rəssam 
Mir  Müsəvvər  məĢhur  nəqqaĢ  idi.  Dust  Məhəmməd  onu  «zübdət-ül-nəvadir» 
adlandıraraq yazır ki, o, surət təsviri çəkməkdə Çin mütəxəssislərinin qələmini 
qırdı.  Mir  Müsəvvər  ġah  Təhmasibin  saray  kitabxanasında  hazırlanmıĢ 
«ġahnamə»yə  və  Nizami  Gəncəvinin  «Xəmsə»sinə  təsvirlər  çəkmiĢdir  «onun 
təsvirlərini  tərifləməkdə  dil  və  qələm  acizdir»,  -  deyən  Dust  Məhəmməd 
rəssam  haqqında  çox  yüksək  fikirdə  olmuĢdur.  Əsl  adı  Mənsur  olan  Mir 
Müsəvvər  həqiqətən  dövrünün  mahir  rəssamı  idi.  Hindistan  hakimi  Humayun 
ibn  Babir  1544-cü  ildə  Təbrizdə  olarkən  onu  ġah  Təhmasibdən  istəyir  və 
əvəzində  Hindistandan  min  tümən  peĢkəĢ  göndərəcəyini  bildirir.  Mir 
Müsəvvər,  oğlu  Mir  Seyidəli  ilə  birlikdə  Hindistana  gedir.  Ata  və  oğul 
Hindistanda  Təbriz  miniatür  üslub  və  ənənələrini  geniĢ  yayırlar.  Mir 
Seyidəlinin çəkdiyi təsvirlərdə həyatilik bariz Ģəkildə təzahür edirdi. 
Ġsfahanda doğulub, Təbrizdə boya-baĢa çatmıĢ Cəlaləddin Ağa Mirək 
məĢhur  nəqqaĢ  idi.  ġah  Təhmasibə  çox  yaxın  olan  rəssam  «ġahnamə»  və 
«Xəmsə»  əsərlərində  xeyli  illüstrasiya  çəkmiĢdir.  Qazi  Əhməd  Qumi  onu 
«misilsiz nəqqaĢ, hörmətli sənətkar» adlandırmıĢdı. 
Sultan  Məhəmmədin  oğlu  Mirzə  Əli  də  nəqqaĢlıqda  surət  təsviri 
çəkməkdə mahir idi. O, «təsviri sənəti elə bir dərəcəyə yüksəltmiĢdi ki, çox az 
adam  onun  bərabəri  ola  bilərdi».  Mirzə  Əli  atası  ilə  birlikdə  ġah  Təhmasib 
kitabxanasında fəaliyyət göstərirdi. 


184 
 
Təbriz  saray  kitabxanasında  «Ədimi»  təxəllüslü  rəssam  Mövlana 
Məhəmmədi,  ustad Kəmaləddin Hüseyn, ustad Kəmaləddin Əbdülqafar, ustad 
Həsənəli  kimi  tanınmıĢ  rəssamlar  da  çalıĢırdı.  Dost  Məhəmməd  bunların 
dördünü də dövrünün məĢhur rəssamları kimi qeyd etmiĢdir [69]. 
Təbriz saray kitabxanalarında fəaliyyət  göstərən rəssamlardan biri də 
Mövlana  Nəzəri  Qumi  idi.  Qazi  Əhməd  Qumi  onu  «misilsiz  nəqqaĢ» 
adlandırmıĢdır.  Əvvəllər  kitabxanada  xəttat  və  nəqqaĢ  vəzifəsində  çalıĢan 
Mövlana  Nəzəri  sonralar  kitabxananın  açarçısı  olur.  ġah  Təhmasib  ona 
müsahib (qardaĢ - S. O.) ləqəbi vermiĢdi. 
Təbrizdə  rəssamlıq  sənəti  nəsildən-nəslə  keçirdi.  Belə  ki,  Sultan 
Məhəmməd  öz  oğlu  Mirzə  Əliyə,  qız  nəvəsi  Mir  Zeynalabdinə,  Kəmaləddin 
Behzad  bacısı  oğlanları  Rüstəməli  və  Heydərəliyə,  Heydərəli  isə  oğlu 
Müzəffərəliyə, Mir Müsəvvər, oğlu Mir Seyidəliyə rəssamlıq sənətinin sirlərini 
öyrətmiĢdilər. 
Təbriz  rəssamları  əlyazmalarına  təsvirlərlə  kifayətlənməyib,  Təbriz, 
Qəzvin, Ġsfahan və digər Ģəhərlərdə tikilmiĢ sarayların divarlarını da təsvirlərlə 
bəzəmiĢlər.  Təbrizdə  Bəhram  Mirzənin  caməxanasında  Ağa  Cəlaləddin 
Mirəklə Mir Müsəvvər iki insan surəti təsvir etmiĢdilər. Bu sarayın divarlarında 
xeyli  insan  təsvirləri  çəkilmiĢdi.  Qəzvindəki  Çehelsütunun  böyük  salonunda 
ġah  Təhmasibin  əmrilə  «sənətlərində  nadir  adam  olan  nəqqaĢlar,  mahir 
rəssamlar»  Ordubad  Ģəhərindən  mənzərə  və  insan  surətləri  təsvir  etmiĢdilər. 
Burada Ģübhəsiz, Təbriz rəssam və nəqqaĢlarının az xidməti olmamıĢdır [70]. 
Azərbaycan  Səfəvi  dövlətinin  çiçəkləndiyi  bir  dövrdə  rəssamlıq 
romantikadan uzaqlaĢaraq realizmə meyl göstərdi. Bu, Füzuli Ģerlərindəki dərin 
və  saf  məhəbbətdə,  Təbriz  rəssamlarının  yaratdığı  insan  obrazları  və  onları 
əhatə edən mühitdə öz əksini tapırdı. Təbrizin məĢhur rəssamı Mir Seyidəlinin 
çəkdiyi  təsvirdə  «Məcnun  Leylinin  çadırının  qabağında»,  Nizaminin 
«Xəmsə»sinə, «Bəhramgur və Çoban», «Musiqi məclisi» və s. əsərlərində canlı 
insan  həyatı,  kənd  həyatı  öz  əksini  tapmıĢdır.  Bəzən  döyüĢlərdə  qəhrəmanlıq 
göstərmiĢ  QızılbaĢ  əmirlərinin  təsviri  də  məscidlərin  qapılarından  asılırdı. 
1585-ci  ildə  Təbrizdə  Osmanlı  ordusuna  qarĢı  vuruĢmalarda  həlak  olmuĢ 
Orucbəyin  atası  Əlibəyin  Ģəkli  Sultan  Məhəmmədin  əmrilə  çəkilib  Təbriz 
məscidinin  qapısından  asılmıĢdır.  Oruc  bəy  yazır  ki,  təsvirdə  Osmanlı 
ordusunun  yeddi  əsgərinin  cəsədi  üzərində  əlində  qılınc  tutmuĢ  halda  atamın 
təsviri  verilmiĢdi.  Atam  həmin  yeddi  nəfəri  öldürdüyü  üçün  o  yeddi  cəsəd 
atamın ayağı altında təsvir olunmuĢdur [71]. 
Təbrizdə  müstəqil  miniatürlər  və  əlyazmalarına,  eləcə  də  saray 
divarlarına  çəkilən  təsvirlərdən  əlavə,  xalı-xalça  və  parçalar  üzərində  də 
naxıĢlar  vurulur,  toxunurdu.  ġah  Təhmasib  dövründə  Təbrizdə  toxunmuĢ, 
üzərində  ov  mənzərəsi  təsvir  edilmiĢ  bir  xalı  hazırda  Vyana  Ģəhərindəki 
muzeydə  saxlanılır.  Mütəxəssislərə  görə  xalı  üzərindəki  ov  mənzərəsi  nəqqaĢ 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə