Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə89/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   85   86   87   88   89   90   91   92   ...   116

185 
 
Sultan  Məhəmməd  və  ya  onun  Ģagirdləri  tərəfindən  çəkilmiĢ  təsvir  əsasında 
toxunmuĢdur  [72].  Metropoliten  mu-zeyində  mühafizə  olupan  və  XVI  əsrdə 
Təbrizdə  toxunmuĢ  iki  xalı  üzərindəki  təsvirlər  təbrizli  rəssamları 
yaradıcılığının parlaq təzahürüdür. 
Təbrizdə  toxunan  parça  və  baĢ  örpəkləri  üzərində  müxtəlif  təsvirlər 
çəkilirdi.  Oruc  bəy  Bayat  yazır  ki,  Təbrizdə  gəlin  apararkən  üzünə  üzərində 
günəĢ və ya ay təsviri olan tafta parça örtürdülər. 
H. 1001 (1593)-ci ildə I ġah  Abbasın əmrilə Əlirzayi  Abbasi  məĢhur 
rəssamların  çəkdikləri  rəsm  əsərlərini  və  xəttatların  xətt  nümunələrini  albom 
Ģəklinə  salır. O, h. 1006 (1597-98)-cı ilə qədər həmin albomu hazırlayıb Ģaha 
təqdim edir [73]. 
1533-cü  ildə Təbrizin  Vicuyə  məhəlləsində  anadan  olmuĢ  Sadiqi  bəy 
ƏfĢar gənc yaĢlarında nəqqaĢ Müzəffərəlidən rəssamlıq sənətini öyrənmiĢdi. O, 
qısa  bir  müddət  ərzində  bu  sahədə  məĢhurlaĢmıĢ,  Ġsgəndər  MünĢinin  yazdığı 
kimi, axırda misilsiz rəssam, incə fırçalı nəqqaĢ olmuĢdu [74]. II ġah Ġsmayılın 
hakimiyyəti  dövründə  Mir  Zeynalabdinlə  birlikdə  Qəzvində  saray 
kitabxanasında  çalıĢan  Sadiqi  bəy  I  ġah  Abbasın  hakimiyyəti  dövründə 
Ġsfahanda  saray  kitabxanasında  iĢləyir.  Sonralar  onun  yerinə  Əlirzayi  Abbasi 
saray kitabxanasına rəis təyin edilir. 
Təbriz miniatür məktəbi təkcə Azərbaycan deyil, Yaxın və Orta ġərq 
rəssamlıq  məktəbinin  inkiĢafında  da  mühüm  rol  oynamıĢdır.  Bu  məktəbin 
yetiĢdirmələri  Hindistanda,  Türkiyədə,  Orta  Asiyada  və  Ġranın  özündə 
rəssamlıq məktəbinin əsasını qoymuĢdular. Təbriz bir növ rəssamlıq, xəttatlıq, 
təzhibkarlıq, cildçilik, zərkubluq, kitabxanaĢünaslıq və musiqi sənətinin vətəni 
idi. Təsadüfi deyildir ki, dünya Ģöhrəti qazanmıĢ rəssam Kəmaləddin Behzadın 
müəllimi  Seyid  Əhməd  Təbrizi  olmuĢdur.  Digər  yerlərdən  Təbrizə  gəlmiĢ 
rəssamlar  belə  Təbriz  rəssamlıq  ənənələrinə  biganə  qala  bilməmiĢ,  yerli 
rəssamlarla  əməkdaĢlıq  etmiĢ  və  gözəl  sənət  əsərləri  yaratmıĢlar.  Məhz  buna 
görə  də  Təbriz  kitabxanalarında  hazırlanmıĢ  əlyazmalarına  çəkilmiĢ  təsvirlər, 
xalı,  xalça  və  müxtəlif  parçalar  üzərindəki  bəzəkli  naxıĢlar  Yaxın  və  Orta 
ġərqdə Ģöhrət tapmıĢdı. 
Sultan  Məhəmməd,  Seyid  Əhməd  Təbrizi,  Kəmaləddin  Behzad,  Mir 
Zeynalabdin  Təbrizi,  Mani  ġirazi,  Mirzə  Əli,  Məhəmmədi,  Burcəli  Ərdəbili, 
Əhməd Qəzvini, Hüseyn Qəzvini, Heydərəli Türbəti, nəqqaĢ Xacə Əbdüləziz, 
Sadiqi  bəy  ƏfĢar,  SiyavuĢ  bəy  Gürcüstani,  Müzəffərəli,  Həsənəli,  Seyidağa 
Mirək Ġsfahani, ġah Təhmasib, Bəhram Mirzə və bir çoxları Təbriz rəssamlıq 
məktəbinin yetiĢdirməsi idilər. 
XIV-XV əsrlərdə olduğu kimi, XVI əsrdə də Təbriz rəssamlıq məktəbi 
müxtəlif  ölkələrdə  rəssamlıq  məktəblərinin  formalaĢmasında  həlledici  rol 
oynamıĢ,  Yaxın  və  Orta  ġərqin  müxtəlif  rəssamlıq  mərkəzlərinin  inkiĢafında 
görkəmli  yer  tutmuĢdur.  Hindistan  rəssamlıq  məktəbinin  yaranması  və 


186 
 
inkiĢafında Təbriz rəssamlarının az rolu və əməyi olmamıĢdır. Mir Seyid Əli 20 
ildən  artıq  bir  müddətdə  böyük  moğollar  sarayında  çalıĢmıĢdır.  1525-ci  ildə 
Osmanlı  sarayında  iĢləyən  29  rəssamdan  üçü    (ġahqulu,  Məlik  Əhməd,  Hacı 
bəy) təbrizli idi. 1545-ci ildə Türkiyə sarayı nəzdində «Rumi» və «Əcəmi» adlı 
iki qrup rəssam  fəaliyyət göstərirdi.  1557-ci  ildən bu iki emalatxana  müstəqil 
iĢə  baĢladı.  «Əcəmi»  rəssamlar  emalatxanasına  sonralar  ġahqulu  baĢçılıq 
edirdi. 
XVI əsrin sonlarında Təbriz 17 ilə yaxın bir müddətdə Osmanlı iĢğalı 
altında qaldığı vaxtda rəssamların əksəriyyəti Ġstambula aparılır. Həmin dövrdə 
Ġstambul  sarayı  nəzdində  olan  rəssamlıq  emalatxanasında  30  nəfərdən  artıq 
təbrizli rəssam fəaliyyət göstərirdi. Onlara Vəlican baĢçılıq edirdi. 
Təbriz  rəssamlarının,  xüsusilə  ġahqulu  və  Vəlicanın  Türkiyə 
rəssamlıq  məktəbinin  inkiĢafında  rolunu  hətta  Türkiyə  ĢərqĢünasları  A.  S. 
Yetgin  və  Ə.  Soheyli  də  etiraf  etmiĢlər.  Onlar  yazırlar  ki,  ġahqulu  bu  iĢin 
baĢında  durduqdan  sonra  «bizim  rəssamlıq  məktəbimiz  bir  müddət  Təbriz 
incəsənətinin təsiri altına düĢmüĢdü». Təbriz rəssamlarının məharətindən bəhs 
edən Övliya Çələbi yazır: «Buranın ustadi-kamil nəqqaĢ və rəssamı bir diyarda 
yoxdur» [75]. 
Təbrizdə xəttatlıq da geniĢ inkiĢaf etmiĢdir. XIII-XVII əsrlərdə Təbriz 
xəttatlıq və musiqi mədəniyyətinin mərkəzi olmuĢdur. 
Monoqrafiyanın həcmi imkan vermədiyi və X-XVII əsrlərdə Təbrizdə 
musiqi  tarixi  haqqında  ayrıca  məqalə  nəĢr  etdirdiyimiz  üçün  bu  barədə  bəhs 
etməyi lazım bilmədik [76]. 
 
 


187 
 
NƏTĠCƏ 
 
Tədqiq  olunan  mövzu  üzrə  əsərə  cəlb  edilən  çoxlu  miqdarda  faktik 
materialların elmi təhlili aĢağıdakı nəticəyə gəlməyə əsas verir: 
1)  Təbriz  qədim  bir  Ģəhər  kimi  eramızdan  əvvəl  meydana  gəlmiĢdir. 
Lakin qədim və ilk orta əsrlərdə ardıcıl surətdə baĢ verən müharibələr və təbii 
fəlakətlər (zəlzələlər) Ģəhərin dağılaraq kənd halına düĢməsinə səbəb olmuĢdur. 
X  əsrin  ortalarından  tədricən  inkiĢaf  edən  Təbriz  Azərbaycanın  mərkəzi 
Ģəhərlərindən birinə  çevrilir. XII əsrin ikinci  yarısından XIII əsrin əvvəllərinə 
qədər  Atabəylərin  paytaxtı  olmuĢ  Təbrizin  iqtisadi  həyatında  sənətkarlıq  və 
ticarət əsas yer tuturdu. 
2) XIII əsrin əvvəllərində monqol istilası nəticəsində Azərbaycanın bir 
sıra Ģəhərləri dağılaraq xarabalığa çevrildiyi halda, Təbriz əhalisi iĢğalçılara bas 
verməklə  Ģəhəri onların talan və  təxribatından qurtara  bilmiĢdi; Buna  görə  də 
Azərbaycanın  monqol  istilasından  ziyan  görmüĢ  digər  Ģəhərlərindən  fərqli 
olaraq Təbrizdə iqtisadi inkiĢaf nəzərə çarpırdı. 
3) XIII-XVII  əsrlərdə  Təbrizin  iqtisadi  inkiĢafı  eyni  səviyyədə 
olmamıĢdır.  Daxili  və  xarici  amillər  nəticəsində  Ģəhər  iqtisadi  cəhətdən  gah 
inkiĢaf,  gah  da  tənəzzül  dövrü  keçirmiĢdir.  Təbrizin  iqtisadi  həyatında 
sənətkarlıq  və  ticarət  əsas  amil  idi.  Orada  bağçılıq,  bostançılıq  da  müəyyən 
qədər inkiĢaf etmiĢdi. Sənətkarlığa nisbətən daxili və xarici ticarət üstün mövqe 
tuturdu. 
Təbrizin  1265-ci  ildən  1555-ci  ilə  qədər  paytaxt,  Azərbaycanda 
hökmranlıq  etmiĢ  müxtəlif  sülalələrin  iqamətgahı  olması  onun  iqtisadi 
inkiĢafına  müsbət  təsir  göstərmiĢdir.  Lakin  eyni  zamanda  bir  paytaxt  kimi 
iĢğalçı dövlətlər və feodal ara müharibələrinin döyüĢ mərkəzinə çevrildiyi üçün 
onun  iqtisadi  və  təsərrüfat  həyatına  ağır  zərbə  epdirilirdi.  Təbrizin  mühüm 
iqtisadi-siyasi,  hərbi-strateji  mövqeyi  nəzərə  alınaraq  Ģəhər  tezliklə  yenidən 
bərpa  olunur  və  iqtisadi  cəhətdən  tərəqqi  edirdi.  XIII  əsrin  60-cı  illərindən 
baĢlayaraq onun iqtisadi həyatında dirçəliĢ nəzərə çarpır. XIII əsrin sonlarından 
XIV əsrin 30-cu illərinədək Təbriz təkcə Azərbaycanda deyil, bütün Yaxın və 
Orta ġərqdə iri sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi kimi Ģöhrət tapmıĢdı. 
Təbriz ġərqlə Avropa ölkələri arasındakı beynəlxalq ipək və toxuculuq malları 
ticarətində  əsas  və  həlledici  rol  oynayırdı.  Məlum  olduğu  kimi,  Təbrizin 
iqtisadi inkiĢafına Qazan xanın islahatları mühüm təsir göstərmiĢdir. Lakin bu 
islahatlara  qədər  Təbrizin  özündə  iqtisadi  inkiĢaf  üçün  zəmin  olduğunu  da 
nəzərə almaq lazımdır. 
XIV əsrin 30-cu illərindən baĢlayaraq Elxani dövlətinin zəifləməsi ilə 
əlaqədar  olaraq  baĢ  verən  feodal  ara  müharibələri,  Qazan  xanın  islahatının 
aradan  çıxması,  vergi  və  mükəlləfiyyətlərin  artması,  ToxtamıĢ  və  Teymurun 
dağıdıcı  hücumları  ticarət  inkiĢafı  baxımından  Təbrizin  Azərbaycanın  ikinci 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə