Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

1406-cı ildə Təbrizdə üsyan baş verdi. Üsyançılar şəhəri tutdular və yardım üçün Şirvanşah I
ibrahimə müraciət etdilər.


İbrahimin
Azərbaycanı vahid
halda birləşdirmək
siyasətinə, səncə,
hansı amillər mane
olurdu?
Seydi Əli ilə Seydi
Əhmədin apardığı
siyasəti müqayisə et.
Səncə, hansı doğru
siyasət aparırdı?
I ibrahim may ayında Təbrizə daxil oldu. Əhali onu öz hakimi kimi
qarşıladı. Beləliklə, I İbrahim Azərbaycanı öz hakimiyyəti altında vahid
halda birləşdirə bildi. Lakin qısa müddət sonra onun Azərbaycanı
birləşdirmək siyasəti ciddi maneələrlə üzləşdi.
Mübarizədən dönməyən Şəki. Şəki XIII— XIV əsrlərdə Şirvanşahlar
dövlətinin tabeliyində idi. Bu əsrlərin qovşağında Şəkini (Qarabağ,
Muğan və Arranla birlikdə) Hülakülərin vəziri Fəzlüllah Rəşidəddinin
oğlu Cəlal idarə edirdi.
Hülakü dövlətinin tənəzzülü və parçalanması nəticəsində Şəki
feodalları daxili müstəqillik əldə etdilər. Hakimiyyəti Oyrat sülaləsi ələ
keçirdi. Onlar ölkənin siyasi həyatında yaxından iştirak edərək öz
müstəqilliklərini qorumağa çalışırdılar.
Əmir Teymur ilk yürüşü zamanı Şəki hakimliyi üzərinə qoşun göndərdi.
Ətraf ərazilər, eləcə də Şəkinin dağlıq əraziləri qarət edildi. Şəki
hakimliyi itaət altına alındı. Lakin Əmir Teymur Azərbaycanı tərk
etdikdən sonra Şəki hakimi Seydi Əli itaətdən boyun qaçırdı. Teymurun
ikinci yürüşü zamanı o, Şəkini tərk etməli oldu. Teymurun qoşunları
Şəkini və ətraf əraziləri qarət edib dağıtdılar.
Seydi Əli Teymurilərə qarşı mübarizəni davam etdirdi. O, gürcü
feodalları ilə ittifaqa girib Əlincəyə yola düşdü. Əlincədə mühasirədə
olan Cəlairilərə kömək edən müttəfiqlər Teymurilərə qalib gəldilər.
Lakin Teymurilərin Şəkiyə növbəti yürüşü zamanı Seydi Əli həlak oldu.
Onun yerinə oğlu Seydi Əhməd keçdi. Əmir Teymur yenidən
Azərbaycana gələn zaman o, Şirvanşah I İbrahimin vasitəçiliyi ilə
Teymurun hüzuruna getdi və qiymətli hədiyyələr apardı.


Teymur atasının günahlarını Seydi Əhmədə bağışladı və onu Şəki hakimi kimi tanıdı.
Bundan sonra Şəki hakimliyi uzun müddət müstəqilliyini qoruyub saxlaya bildi. Şəki yenidən
daxili müstəqilliyə nail oldu.
1.  XIII əsrdə Şirvanşahlar dövlətinin
vəziyyəti necə idi?
2.  Toxtamış və Teymurun yürüşü zamanı
Şirvan yaranmış ağır siyasi vəziyyətdən
necə çıxdı?
3.  Şəki hakimliyi nə vaxt yaradıldı?
1.  I İbrahimin siyasi səriştəsi ilə
Cavanşirin xarici siyasətini müqayisə
et.
2.  Şəki hakimi Seydi Əlinin mübarizəsini
təhlil et.
3.  Təbriz əhalisinin I İbrahimə
müraciətinin səbəbini əsaslandır.
4.  XIII əsr Azərbaycan tarixində
Şirvanşahların rolunu şərh et.


19. YADELLİLƏR MƏDƏNİYYƏTİMİZİN İNKİŞAFINI
DAYANDIRA BİLMƏDİ
 
Məktəbdə keçirilən «Tarix həftəsi» günlərində şagirdlər həvəslə iştirak edirdilər. Onlar tarixi
mövzularda şəkillər çəkmiş, divar qəzetləri hazırlamış, qədim əşyalar toplamışdılar. Təşkil
olunmuş sərgidə Günelin düzəltdiyi maket xüsusilə seçilirdi. Silindr formasında olan bu maketin
yanında qısa məlumat yazılmışdı: «Bərdə türbəsi. XIV əsr». Günel məktəbə gəlmiş qonaqlara
maketdə təsvir olunmuş abidənin tarixi haqqında geniş məlumat da verdi.
Səncə, tarixi abidələr dövrün mədəniyyəti haqqında hansı məlumatları verə bilər?
Ehtimallarınızı müzakirə edin.
Şəriət dərsi,
hürufilik, Mahmud
Şəbüstəri, memarlıq
ənənəsi, «Ərk
qalası»
Hülakülər dövlətinin
mövcudluğu
dövründə elm və
təhsilin inkişafını nə
ilə əlaqələndirərsən?
Təhsil və elm ölkəsi. İlk monqol yürüşləri Azərbaycanda mədəniyyətin
inkişafına müəyyən zərbə vursa da, onun tərəqqisini dayandıra bilmədi.
Hülakülər dövründə ölkənin mədəni həyatı, təhsil, elm canlandı.
Yadellilərin hücumları xalqımızın yüksək mədəniyyətini məhv edə
bilməmişdi.
Azərbaycanda təhsil məktəb və mədrəsələrdə verilirdi. Məktəblərdə
şəriət dərsləri keçilir, Qurani-Kərimin qiraətlə oxunması öyrədilirdi.
Mədrəsələr, əsasən, orta təhsil verirdi. Burada dini və dünyəvi elmlər
tədris olunurdu. Azərbaycanın inkişaf etmiş şəhərlərində mədrəsələr
fəaliyyət göstərirdi. Bağdadın Nizamiyyə mədrəsəsindən sonra Şərqin
ikinci ali təhsil ocağı kimi qiymətləndirilən Təbriz ali mədrəsəsi
Fəzlüllah Rəşidəddin tərəfindən təsis edilmişdi. Onun yazdığı
məktublardan məlum olur ki, Təbriz ali mədrəsəsində minlərlə tələbə
təhsil almış və onların əksəriyyəti digər ölkələrdən gəlmişdi. Burada
təbiət elmləri, fəlsəfə, təbabət, tarix, astronomiya, ilahiyyat və digər
elmlər tədris olunurdu.


Onlarla əsərin müəllifi olan Fəzlüllah Rəşidəddin həm dövlət,
həm elm xadimi, həm də tanınmış təbib idi. Bununla yanaşı, o,
tarix elminin bilicisi olmuş, «Came ət-təvarix» («Tarixlər
toplusu») əsərində Hülakülərin hakimiyyəti dövrünü
işıqlandırmışdı.
XIII—XIV əsrlərdə Azərbaycanda elmin bütün sahələrində
inkişaf baş verdi. Dövrün dahi alimi Nəsirəddin Tusi
astronomiya, fəlsəfə, riyaziyyat və digər elmlərə aid şah
əsərlərini yaratdı. Onun təşəbbüsü ilə Marağa rəsədxanası
tikilib istifadəyə verildi. Burada 100-dən artıq alim çalışır, göy
cisimlərini tədqiq edirdi. Nəsirəddin Tusi həm də dövlət
xadimi idi. O, Hülakü xanın məsləhətçisi, sonra isə Abaqa
xanın vəziri olmuş, dövlət idarəçiliyində yaxından iştirak
etmişdir. «Elm ölkəsinin şahı» adlandırılan Nəsirəddin Tusi
«Zic Elxani» («Elxani cədvəlləri»), «Əxlaqi-Nasiri» («Nasirin
əxlaqa aid kitabı») kimi əsərləri ilə elm tarixində iz qoydu.
Şairlər ədəbiyyat sahəsində əvvəlki ənənələri davam
etdirirdilər. Şeirlər təkcə fars və ərəb dillərində deyil,
Azərbaycan dilində də yazılırdı. Azərbaycandilli klassik
poeziyanın ilk nümayəndəsi Həsənoğlu Şeyx İzzəddin (XIII əsr)
olmuşdur. Onun ana dilində yazılmış iki qəzəli məlumdur.
XIV əsrin sonlarında Azərbaycanda hürufilik adlı fəlsəfi
cərəyan yarandı. Bu cərəyanın banisi böyük Azərbaycan
mütəfəkkir şairi Fəzlüllah Nəimi idi. Hürufilik Azərbaycandan
Türkiyə, İran, İraq, Suriya və digər şərq ölkələrinə yayıldı.
Fəzlüllah Rəşidəddinin
abidəsi. İran 
Tapşırıq
Sadalanan əsərləri
dəyərləndirib münasibətini
bildir.
Nəsirəddin Tusi. Rəssam
Nəcəfqulu İsmayılov 


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə