Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə23/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   27

Misir hakiminin
zindanında 
Tapşırıq
İllüstrasiyaya əsasən
tarixi hadisəni və
onun iştirakçılarını,
şərait və mühiti
Tapşırıq
Van gölü indi hansı
dövlətin ərazisində
yerləşir? Xəritəyə
əsasən müəyyən et.
Monqol işğalları dövründə isə yerini dəyişməyə məcbur olan
qaraqoyunlular Kiçik Asiyanın digər yerləri, İraq və Suriyada
məskunlaşmışdılar.
Şərqi Anadoluda bəylik yaratmış qaraqoyunlu Bayram Xoca
Cəlairilərin sultanı Üveysin sarayında nüfuzlu əmirlərdən biri idi. Onun
oğlu Qara Məhəmməd bəyliyi daha da gücləndirdi və mərkəzi Van
olmaqla Qaraqoyunlu dövlətinin əsasını qoydu. 1387-ci ildə Əmir
Teymur Qaraqoyunlular üzərinə hücuma keçdi. Qara Məhəmməd onun
qüvvələrini məğlub etdi. Əmir Teymur geri — İrana dönməyə məcbur
oldu.
Qara Məhəmmədin ölümündən sonra oğlu Qara Yusif hakimiyyət başına
keçdi. Atasının mübarizəsini davam etdirən Qara Yusif Van şəhərinə
hücum edən Teymurilərlə döyüşə girdi. Teymuri qoşunu
Qaraqoyunluları məğlub edərək Vanı ələ keçirdi.


Bu hadisədən sonra Qara Yusif Cəlairi Sultan Əhmədlə yaxınlaşdı.
Bundan narahat olan Əmir Teymurun əmri ilə onlar Misirdə həbs edilib
zindana salındılar. Teymurun ölümündən sonra azad olan müttəfiqlər
birgə mübarizə aparmağa başladılar. Onlar 1406-cı ildə Bağdadı ələ
keçirdikdən sonra Təbrizə doğru irəlilədilər. Teymurilərin
müqavimətinə rast gələn Qara Yusif onları tezliklə Şənbi-Qazan
döyüşündə məğlub etdi. 1408-ci ildə Sərdrud adlı yerdə Qara Yusifin
qüvvələri Teymuriləri yenidən məğlub etdi. Bununla Azərbaycanın
Müttəfiqlərin birgə
mübarizə aparmağına
səbəb nə idi?


cənubu Qaraqoyunluların əlinə keçdi.


Qara Yusif 
döyüşdə 
Səncə, Sultan
Əhməddən
hakimiyyətin təhvil
verilməsi haqqında
sənədin alınması
hansı səbəbdən idi?
Fikrini izah et.
Beləliklə, Teymurilər işğal etdikləri Azərbaycan torpaqlarından
qovuldular.
Qara Yusifin uğurları və nüfuzunun artması Cəlairi Sultan Əhmədlə
münasibətlərini korladı. 1410-cu il Təbriz yaxınlığındakı Şənbi-Qazan
adlı döyüşdə keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edən Qara Yusif
hakimiyyəti bütünlüklə ələ aldı. O, hakimiyyətin qanuni yolla
Qaraqoyunlulara keçməsini sənədi əşdirməyi unutmadı: hakimiyyətdən
əl çəkməsi haqqında Sultan Əhməddən yazılı sənəd aldı. Azərbaycanın
Kürdən cənubdakı torpaqları, Anadolunun şərq vilayətləri, İran və Ərəb
İraqı daxil olmaqla böyük bir ərazidə Qaraqoyunlu dövləti yarandı.
Təbriz şəhəri dövlətin paytaxtı oldu. Qara Yusif oğlu Pirbudağı sultan
elan etdi.


Pirbudaq qanuni hökmdar olsa da, ölkənin ali idarəçiliyini Qara
Yusif öz üzərinə götürdü. O, feodal ara müharibələrinin
qarşısını aldı, əyanları onunla hesablaşmağa məcbur etdi.
Bütün Azərbaycanı birləşdirmək cəhdi. Qara Yusif bütün
Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirmək
məqsədilə diqqəti Şirvana yönəltdi. Qarabağa gələrək I
İbrahimi tabe olmağa çağırdı. Şirvanşahlar müstəqilliyini
itirmək istəməyib mübarizəyə başladı. 1412-ci ildə Kür
sahilindəki döyüşdə Şirvanşah I İbrahim və onun müttəfiqləri
məğlub olaraq əsir düşdülər. Bac alaraq I İbrahimi azadlığa
buraxan Qara Yusif Şirvanşahları özündən asılı vəziyyətə saldı.
I İbrahimdən sonra Şirvanda taxta çıxan I Xəlilüllah
Qaraqoyunluların hakimiyyətini tanımadı. O, Teymuri Şahruxla
ittifaqa girərək Qaraqoyunlulara qarşı mübarizəyə başladı.
Qara Yusifin qəflətən ölməsi Azərbaycanda siyasi vəziyyəti
dəyişdi. Taxta çıxandan sonra onun oğlu İsgəndər
Şirvanşahlarla və Teymurilərlə mübarizə aparmağa başladı.
1421-ci ildə İsgəndərin ordusunu da məğlub edən Şahrux bir
müddət sonra Azərbaycanı tərk etdi. Şahrux zəbt etdiyi
ərazilərdən təkcə xərac almaqla kifayətlənirdi.
Uzunsürən mübarizədən sonra İsgəndər hakimiyyətdən
uzaqlaşdırıldı. Şahruxun köməyi ilə Qaraqoyunlu taxtına onun
qardaşı Cahan şah (1436—1467) keçdi. Şahruxun ölümündən
sonra Cahan şah dövləti müstəqil idarə etməyə başladı.
Cahan şah 
Qiyam nədir? Bu anlayışı
araşdırıb izah et.


O, hərbi islahat keçirərək ordunu gücləndirdi. Şirvanşahlarla dostluq münasibətləri yaratdı.
Cahan şah Teymurilər dövlətində taxt-tac uğrunda mübarizədən istifadə etdi. Əcəm* * İraqını,
eləcə də Qərbi və Şərqi İranı ələ keçirərək yürüşü davam etdirib Herata daxil oldu. Onun Herat
yürüşündən istifadə edən oğlanları qiyam qaldırdılar. Teymurilərlə barışıq müqaviləsi bağlayıb
təzminat* almaqla Azərbaycana qayıdan Cahan şah qiyamları yatırdı.
Cahan şah Qaraqoyunlu dövlətində sabitlik yaratmaq istəsə də, daxili çəkişmələr nəticəsində ölkə
zəifləyirdi. Vəziyyətdən istifadə edən Ağqoyunlular hakimiyyəti ələ keçirmək uğrunda mübarizədə
daha da fəallaşdılar.
1.  Qaraqoyunlu tayfa ittifaqı necə
yarandı?
2.  Teymurilərlə Qaraqoyunlular nəyə görə
düşmənçilik edirdilər?
3.  Cahan şahın siyasi fəaliyyətinin nəticəsi
nə oldu?
1.  Qaraqoyunlu dövlətinin yaranmasına
səbəb olan amilləri təhlil et.
2.  Qara Yusifin siyasətini şərh et.
3.  Qara Yusifin ölümündən sonra ölkədəki
siyasi vəziyyəti şərh et və səbəbləri
göstər.
4.  Qaraqoyunluların süqutunu tezləşdirən
səbəbləri müəyyənləşdir.
*Əcəm — orta əsrlərdə ərəb olmayan tayfalara, xalqlara deyilirdi 
*Təzminat — məğlub dövlətin qalib dövlətə verməli olduğu pul və hədiyyələr


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə