Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   27

Ərdabil şahari 
Tapşırıq
Əsaslandır: müasir
şəkildirmi?
Tapşırıq
Uğurlu Məhəmmədin
bu addımının səhv
olmasını sübut et.
Sonradan Səfəvi tərəfdarl arının artması Rüstəm padşahı da narahat
etdi.
1494-cü ildə Şəməsi adlanan yerdə qızılbaşlarla onların keçmiş
müttəfiqləri olan Ağqoyunlular arasında vuruşma oldu. Döyüşdən əvvəl
Sultanəli qızılbaş əmirlərinin yığıncağında yeddi yaşlı İsmayılı Səfəvi
ordeninin başçısı kimi özünə varis təyin etdi. Şəməsi döyüşündə
qızılbaşlar Rüstəm padşahın qoşunlarına məğlub oldular. Sultanəli
öldürüldü.
Dağılmaqda olan dövlətin parçalanması. Əslində, Rüstəm padşah
köçəri hərbçi feodal dəstələrinə torpaqlar verməkdə böyük səhv
etmişdi. Ölkədəki gərgin vəziyyətdən istifadə edən feodallar ona qarşı
çıxıb müstəqil olmağa çalışırdılar.


Bu vəziyyətdən Osmanlı imperiyası da istifadə etdi. Vaxtilə Uzun
Həsənin atasına qarşı qiyam qaldırmış oğlu Uğurlu Məhəmməd Sultan II
Mehmet tərəfindən himayə edilmişdi. O, Uğurlu Məhəmmədi öz qızı ilə
evləndirmişdi. Bu nikahdan doğulan Əhmədi Osmanlılar Ağqoyunluların
qanuni varisi kimi Azərbaycana göndərdilər. Tarixdə Gödək Əhməd adı
ilə tanınan bu Ağqoyunlu şahzadəsi Təbrizə daxil oldu. O, 1497-ci ildə
Rüstəm padşahı məğlub edərək Ağqoyunlu taxtına əyləşdi. Xalqa
arxalanan Gödək Əhməd dövləti möhkəmləndirməyə cəhd göstərdi.
Əhalinin vəziyyətinin yaxşılaşması üçün islahatlar keçirdi. İyirmiyədək
vergi və mükəlləfiyyəti ləğv etdi. Köçəri-hərbçi əyanların
özbaşınalığının qarşısını almağa çalışdı.
Bu addımlar iri feodal əyanlarının mənafeyinə zidd idi. Nəticədə Gödək
Əhmədə qarşı yönəlmiş feodal qiyamları onun yeddiaylıq hakimiyyətinə
son qoydu. Döyüşlərin birində Gödək Əhməd öldürüldü. Taxt-tac
uğrunda mübarizə yenidən qızışdı. Bu mübarizə ölkənin iki hissəyə
parçalanmasına səbəb oldu. 1500-cü ildə Ağqoyunlu Murad və əmisi
oğlu Əlvənd arasında Təbriz yaxınlığındakı Əbhər adlı yerdə ölkənin iki
hissəyə bölüşdürülməsi barədə saziş imzalandı.
XV əsrdə Azərbaycanda dövlət idarəçiliyi. Həm Qaraqoyunluların,
həm də Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycan torpaqları
paytaxt Təbrizdən idarə olunurdu. Hakimiyyət başında duran şəxs sultan
və ya padşah adlandırılırdı. Ordunun baş komandanı əmir-əl-üməra
(əmirlər əmiri) titulunu daşıyırdı, onlar padşahdan sonra ikinci şəxs
sayılırdı. Sonrakı yerdə sədrəzəm dayanırdı.
Əhalinin vəziyyətini
yaxşılaşdırmaq üçün
dövlət başçımız
hansı tədbirlər
görür?
Feodal ara
müharibələrinə daha
hansı yolla son
qoymaq olardı?
Əsaslandır.
Tapşırıq
Venn diaqramında
Ağqoyunlularla
Qaraqoyunluları
müqayisə et.


Orta əsr topları 
Tapşırıq
Milli Ordumuzdakı
hərbi rütbələr
haqqında bildiklərini
yoldaşlarınla bölüş.
O, ruhanilərə başçılıq edirdi. Baş vəzir isə ali divana rəhbərlik edirdi.
Qoşunun ali rəislərinə əmir adı verilirdi.
Vaxtının çoxunu müharibələrdə keçirən hökmdarlar döyüş zamanı zirehli
geyim geyinirdilər. Ox və qılıncla silahlanan qoşun, əsasən, kəndli və
sənətkarlardan toplanırdı. Orduda odlu silah, top və tüfəng ilk dəfə
Ağqoyunluların hakimiyyəti dövründə tətbiq edilmişdi.
Bu dövrdə bir çox torpaq mülkiyyəti formaları mövcud idi. Dövl ətə
məxsus olan torpaqlar divan adlandırılırdı. Xass adlanan torpaqlar
hakim sülalənin nümayəndələrinə aid idi. Feodallara məxsus torpaqlar
mülk, dini torpaqlar isə vəqf adlanırdı. Bu dövrdə köçəri-hərbçi
əyanlara xidmət əvəzində soyurqal verilirdi.


Bu torpaqlar irsi keçirdi. Soyurqal torpaq mülkünün sahibləri vergi
ödəmirdilər. Kəndli və sənətkarlar isə vergi verməyə məcbur idilər.
Kəndlidən malcəhət adlanan məhsul vergisi alınırdı. Sudan istifadəyə
görə isə onlar bəhrə vergisi ödəyirdilər. Maldarlardan isə çobanbəyi
adlanan vergi toplanırdı. Tacir və sənətkarlar tamğa və bac vergisi
ödəyirdilər. Müsəlman olmayanlardan can vergisi də alınırdı.
Vergi və mükəlləfiyyətlərin ağırlığı xalqı var-yoxdan çıxarırdı. Uzun
Həsənin hazırladığı «Qanunnamə» vergilərin toplanmasını nizamlayan
əsas sənəd idi. «Həsən padşahın Qanunnaməsi» adlanan bu sənəddə
əsas vergi məhsulun 1/5 hissəsini təşkil edən malcəhət idi. Amma bu
qanunlar da xalqın vəziyyətini yüngülləşdirmədi. Vəziyyətin gərginliyi
tez-tez kəndli çıxışları ilə nəticələnirdi. Etirazlar, getdikcə artan
qiyamlar dövləti zəiflədən amillərə çevrilirdi.
Tapşırıq
Sxemdə göstərilən
vergiləri səlcuqlar
dövründəki
vergilərlə müqayisə
et, fərqli və oxşar
cəhətleri dəftərinə
yaz.
Məhsul vergisi nəyə
görə əsas vergi hesab
edilirdi?


1.  Ağqoyunlu dövlətinin zəifləməsinə səbəb
nə oldu?
2.  Gödək Əhmədin Azərbaycan tarixindəki
rolu nədən ibarət idi?
3.  Səfəvilər kim idi?
4.  Dövlətin uzunömürlü olmamasının
səbəbləri nədir?
5.  Soyurqalın digər torpaq mülkiyyət
formalarından fərqi nədir?
1.  Uzun Həsənlə Sultan Yaqubun
siyasətindəki oxşarlıqları müəyyən et.
2.  Rüstəm padşahın Səfəvilərə qarşı
siyasətinin nəticəsini izah et.
3.  Səfəvilərin geniş tərəfdaş toplaya
bilməsinin səbəblərini araşdır.
4.  Ağqoyunlu dövlətinin süqut etmə
səbəblərini müəyyən et.
10
Uzun Həsən ... 4 noyabr 1474-cü ildə öz qulamları vasitəsilə məni losafat Barbaro (I.Barbaro —
1471 — 1473-cü illərdə Uzun Həsənin sarayında Venesiya səfiri olmuşdur) ilə birlikdə öz yanına
çağırtdırdı. Onun olduğu otağa daxil olub onu öz məmurları ilə birlikdə gördük. Mən ölkənin
adətinə uyğun olaraq, onun qarşısında təzim etdim, səfərimin məqsədini (məqsəd Venesiya və
Ağqoyunlu dövlətinin Türkiyəyə qarşı birgə mübarizəsini təmin etmək idi) izah etdim... Sonra o
mənə öz məmurlarının yaxınlığında olan xalının üstündə oturmağı əmr etdi. Bunun ardınca bizə
oranın adətincə hazırlanmış çoxlu dadlı yeməli şeylər verdilər... Sonra biz əlahəzrətlə
xudahafizləşib öz mənzilimizə qayıtdıq.
Zahiri görünüşünə görə ona (Uzun Həsənə) təxminən 70 yaş vermək olar. O, zarafat etməyi
xoşlayır, çox ünsiyyətcildir...
Hündür boyludur, arıqtəhər və qırmızı sifətlidir...
Uzun Həsənin hakimiyyəti altında olan ölkə çox böyükdür. Təbriz paytaxt və Uzun Həsənin
iqamətgahıdır...


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə