Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə24/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   27

21. AĞQOYUNLU UZUN HƏSƏNİN DÖVLƏT SİYASƏTİ
 
Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan gündən-günə çiçəklənir. Ölkəmiz
sürətlə inkişaf edir. Prezidentimiz İlham Əliyev öz müdrik siyasəti ilə yeni-yeni uğurlara imza
atır. Ölkənin birinci xanımı Mehriban Əliyeva ona bu işdə yaxından kömək edir. Bəs sən tarixdə
siyasətlə məşğul olan daha hansı məşhur qadınlarımızı tanıyırsan?
Orta əsrlərdə məşhur diplomat qadın kimi tarixə düşmüş xanım kimdir? O, hansı dövrdə və
hansı dövlətdə fəaliyyət göstərmişdir?
Şəkildəki bayrağı təhlil et. Bayrağın rəngi nəyin rəmzidir? Üstündəki şəkil nəyə bənzəyir?
Bayrağın aid olduğu dövlət haqqında nə demək olar? Fikirlərinizi müzakirə edin.
Diplomat qadının hökmdar oğlu. Xalqımızın təşəkkülündə
mühüm rol oynamış oğuz türkləri olan ağqoyunlular əvvəllər
Qafqaz dağları ilə Araz çayı arasındakı Azərbaycan
torpaqlarında yaşayırdılar. Erkən orta əsrlərdə Azərbaycanın
cənubunda da məskunlaşan bu tayfa Dəclə və Fərat çaylarına
Ağqoyunlular, Uzun Həsən,
qanunnamə, müttəfiqlik,
Avropa elçiləri


qədər olan ərazilərə, eləcə də Şərqi Anadoluya qədər
yayılmışdı. Sonralar onlar Diyarbəkirdə cəmləşmişdilər.
Müxtəlif tədqiqatçılar tayfanın adını onların bayrağında təsvir
olunan ağ qoç simvolu ilə bağlayırlar. Ağqoyunlulara məxsus
qoç heykəlləri formasında tapılan məzar daşları bunu bir daha
sübut edir.
Həsən bəyin 1453-cü ildə paytaxtı Diyarbəkir olan Ağqoyunlu
bəyliyinin başına keçməsi ilə Ağqoyunlular daha da
gücləndilər.
Uzun Həsən


Sultan II Mehmetlə
Sara Xatunun tarixi
görüşü 
Oğuzlar kimlərdir?
Tapşırıq
Trabzonun bu günü
haqqında bildiklərini
yoldaşlarınla bölüş.
Tarixi ədəbiyyatda ucaboylu, fiziki cəhətdən güclü bir şəxsiyyət olduğu
üçün Uzun Həsən kimi tanınan bu dövlət xadimi vahid və qüdrətli
Azərbaycan dövləti yaratmaq siyasəti yeridirdi. O, gələcək planlarını
həyata keçirmək üçün ilk addım olaraq Trabzon imperiyası ilə
yaxınlaşıb imperatorun qızı ilə evlənmişdi. Bunun nəticəsində geniş
ticarət əlaqələri quran Ağqoyunlular Trabzon vasitəsilə Qara dənizə
əlverişli çıxış yolu da əldə etmişdilər. Qara dənizdə hegemonluq etmək
istəyən Osmanlı dövləti Ağqoyunlularm müttəfiqi olan Trabzonun
işğalını planlaşdırdı. Osmanlı sultanı II Mehmet Ağqoyunlu Həsən bəylə
mübarizəyə Trabzon üzərinə yürüşlə başladı. Sülh yolunu əsas tutan
Uzun Həsən anasını — müdrik və uzaqgörən qadın olan Sara Xatunu
danışıqlar üçün II Mehmetin düşərgəsinə yola saldı. O zaman Sara
Xatun bütün Şərqdə və Avropa ölkələrində tanınan yeganə diplomat
qadın idi. Diplomatik danışıq zamanı II Mehmet Sara Xatuna «ana»
deyərək müraciət edib, hörmətlə qarşıladı. Ağqoyunlularm hələ güclü
olmadığını düşünən Uzun Həsənin danışıqlar zamanı anasına həvalə
etdiyi birinci məsələ Sultan II Mehmeti Ağqoyunlularla müharibə etmək
fikrindən daşındırmaq idi. Sara Xatun bu məsələnin öhdəsindən
bacarıqla gəldi. Lakin o, ikinci məsələ olan — Trabzonun işğalı
planından Sultan II Mehmeti daşındıra bilmədi. 1461-ci ildə Trabzon
Osmanlılar tərəfindən tutuldu.



Bununla Agqoyunlular Qara dənizə yeganə çıxış yolunu itirdilər. Sara
Xatun gəlininin varislik hüququnu önə çəkərək Trabzonun xəzinəsinin
bir hissəsini əldə etdi.
Trabzon hadisəsi Osmanlı—Agqoyunlu münasibətini pozdu. Özünə
müttəfiq axtaran Uzun Həsən Avropa dövlətlərinə üz tutdu. Avropa ilə
ticarət münasibətləri quruldu. Agqoyunlular diplomatik yolla Qaraman
bəyliyi, Kipr krallığı, Rodos və Venesiya ilə Osmanlılara qarşı birləşdi.
Osmanlıların Venesiya ilə müharibə etdiyi bir vaxtda Agqoyunlular
Qaraqoyunlulara qarşı mübarizəyə başladılar. Azərbaycanı qüdrətli
mərkəzləşmiş dövlətə çevirmək siyasəti yeridən Uzun Həsən Muş
çölündəki döyüşdə Qaraqoyunlu Cahan şahı məğlub etdi. O, 1468-ci
ildə Təbriz paytaxt olmaqla geniş ərazili Agqoyunlu dövlətini yaratdı.
Çox qısa zamanda Kürdən cənubdakı Azərbaycan torpaqlarına, Şərqi
Anadolu, İraq, Qərbi İran və Şərqi Gürcüstana sahib olaraq dövləti
imperiyaya çevirdi. Ölkəyə hücum edən Teymuri Əbu Səidi məglub etdi.
Teymurilər dövlətini özündən asılı vəziyyətə saldı. Uzun Həsən Tiflis
daxil olmaqla Şimal-şərqi Gürcüstanı da ələ keçirdi.
Mərkəzləşdirilmiş güclü Azərbaycan dövləti yaratmağa çalışan Uzun
Həsən ölkədə odlu silahlar istehsalına başlamaq istəyirdi. Bunun üçün
qərb ölkələrinə müraciət etmişdi. Uzun Həsən uzaqgörən dövlət xadimi
kimi qızılbaş hərəkatının gücləndiyini görürdü. O, ölkədə dini
parçalanmanın qarşısını almaq üçün bacısını Şeyx Cüneyd Səfəviyə,
qızını isə Şeyx Heydər Səfəviyə vermişdi.
«Həsən padşahın Qanunnamə»si. Yaradılmış böyük bir imperiyanı
idarə etmək güclü siyasət tələb edirdi. Əhalidən və tacirlərdən yığılan
vergilər Ağqoyunluların əsas gəlir mənbəyi sayılırdı. Vergilərin
ağırlığından narazı qalan xalq tez-tez üsyanlar edirdi. Xalqın
narazılığını aradan qaldırmaq və imperiyanı möhkəmlətmək üçün
islahatlar keçirən Uzun Həsən xüsusi «Qanunnamə» hazırlatdı. Tarixdə
«Həsən padşahın Qanunnaməsi» kimi məşhur olan bu «Qanun
namə»yə əsasən kəndlilərin verəcəyi vergilərin miqdarı dəqiqləşdirildi.
Tiflis hazırda hansı
ölkənin
ərazisindədir?
Müasir xəritəyə
əsasən müəyyən et.
Respublikamızın ali
qanunu haqqında nə
bilirsən?


Müasir dövrdə
diplomatik əlaqələr
hansı məqsədlərə
xidmət edir?
Müzakirə edin.
Vergi yığılmasında baş verən özbaşınalıq aradan qaldırıldı.
Mərkəzləşmiş vergi sistemi tətbiq edildi. Uzun Həsən feodal
özbaşınalığına da son qoydu. Süvari qoşunun sayını artırıb daimi ordu
yaratdı. Bütün bunlar imperiyanın güclənməsinə səbəb oldu.
Xarici siyasətdə uğurlar məkrli qərb diplomatiyasının «toruna
düşdü». Azərbaycan tarixində orta əsrlərdə Avropa ilə ilk dəfə geniş
diplomatik əlaqələr yaradan Ağqoyunlu dövləti olmuşdur.
Avropa dövlətləri ilə münasibətləri davam etdirən Uzun Həsən
Venesiya respublikası, Böyük Moskva knyazlığı, Kipr krallığı, Rodos


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə