Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə25/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   27

dövləti və başqa dövlətlərlə diplomatik əlaqələr yaratmışdı.


Onun əsas məqsədi Qara dəniz və Aralıq dənizi vasitəsilə ölkənin
Avropa ilə ticarət əlaqələrini nizama salmaq və ordunu odlu silahla
təchiz etmək idi.
Ağqoyunlu sarayına Avropadan gələn elçilərin ardı-arası kəsilmirdi.
Onların əsas məqsədi isə tamam başqa idi. Qərb dövlətləri qüdrətli
Osmanlı imperiyasına qarşı Ağqoyunlulardan istifadə etməyə
çalışırdılar. 1472-ci ildə Təbrizdə Venesiya hökuməti ilə Osmanlılara
qarşı hərbi ittifaq bağlandı. Osmanlı imperiyasının getdikcə
güclənməsindən qorxuya düşən qərb ölkələri öz niyyətinə çatdı.
Ağqoyunlu—Osmanlı müharibəsi başladı. Venesiya və digər qərb
dövlətləri müttəfiqlik borcunu yerinə yetirmədilər. 1473-cü il avqustun
1-də Ağqoyunlularla II Mehmetin qoşunları Malatyada üz-üzə gəldilər.
Döyüş Ağqoyunluların qələbəsi ilə nəticələndi. II Mehmet sülh təklif
etsə də, Uzun Həsən onunla razılaşmadı. Malatya döyüşündən düz 10
gün sonra Otluqbeli adlı yerdə rəqiblər arasında növbəti döyüş oldu.
Odlu silahlardan istifadə edən Osmanlılar bu döyüşdə qələbə
qazandılar.
Qərbin məkrli planı öz nəticəsini verdi. Ağqoyunlu—Osmanlı
müharibəsi nəticəsində Osmanlıların Avropanın içərilərinə doğru
yürüşü ləngidi. Ağqoyunluların bu müharibədəki məğlubiyyəti dövlətin
süqutunu sürətləndirdi. Uzun Həsənin vahid və mərkəzləşdirilmiş
Azərbaycan dövləti yaratmaq planı yarımçıq qaldı.
Tapşırıq
Müasir dövrə aid
siyasi xəritədən
istifadə edərək
Ağqoyunlu dövlətinin
ərazisində bu gün
hansı dövlətlərin
mövcud olduğunu
müəyyənləşdir.
1.  Tayfa başçısı Uzun Həsənin dövlət
yaratmaq üçün atdığı addımlar hansılar
idi?
2.  Ağqoyunluların Avropaya qapı açmaqda
əsas məqsədi nə idi?
3.  Qaraqoyunlu Yusiflə Uzun Həsənin
oxşar cəhətləri hansılardır?
1.  Sara Xatunun diplomatik qabiliyyətini
əsaslandır.
2.  Avropa dövlətlərinin məkrli siyasətini
müzakirə edin.
3.  «Həsən padşahın Qanunna mə»sinin
prinsiplərini müəyyənləşdir.
4.  Ağqoyunlu-Osmanlı müharibələrinin
səbəblərini izah et.


22. AĞQOYUNLU DÖVLƏTİNİ SÜQUTA APARAN YOL
 
Qarabağ müharibəsi əlili Elxan dayı tez-tez ermənilərlə olan döyüşləri yada salıb qəzəblə o
hadisələrdən danışırdı. Laçın yaxınlığındakı döyüşlərdən birində məğlub olmağımız isə onu daha
çox təsirləndirmişdi. Elxan dayının dediyinə görə, əlavə qüvvənin gəlməməsi, silah azlığı, qoşun
hissələrinin nizamsızlığı və hakimiyyətdəki daxili çəkişmələr yurdumuzun bu səfalı guşəsinin —
Laçının süqutuna səbəb oldu.
Səncə, Ağqoyunlu dövlətinin süqutunu tezləşdirən səbəblər nə idi? Fikrini bildir.
Osmanlılarla müharibəyə girən Ağqoyunlu dövlətinin vəziyyəti necə oldu? Ölkədəki vəziyyətin
gərginləşməsinə səbəb nə idi? Uzun Həsəndən sonra bu dövlət əvvəlki gücünü saxlaya bildimi?
Baş vermiş proseslərdən istifadə etmək istəyənlər kim oldu?
Sultan Yaqub,
qızılbaşlar, dərviş,
orden (təşkilat),
idarəçilik
Sultan Yaqub nəyə
görə qızılbaşları
təqib edirdi?
Hakimiyyətə can atan qızılbaşlar. Osmanlılarla müharibədə məğlubiyyət
Ağqoyunlu dövlətinin daxilində hakimiyyət uğrunda mübarizəni
gücləndirdi. Ölkədə bir sıra qiyamlar baş qaldırdı. Uzun Həsən
vəziyyəti sabitləşdirmək üçün hərbçilərə torpaqlar payladı. 1478-ci ildə
onun ölümü daxili ziddiyyətləri artırsa da, taxta çıxan oğlu Sultan Yaqub
ölkədəki vəziyyəti düzəltməyə çalışırdı. Elm və maarifə qayğı göstərən
Sultan Yaqub Şirvanşahlarla münasibətini yaxşılaşdırdı. O dövrdə
güclənməkdə olan Ərdəbil hakimliyi ilə münasibətlər isə pisləşməyə
başladı.
Hələ XIII əsrdə Ərdəbildə kəndliləri və sənətkarları birləşdirən Sufi
dərviş ordeni* yarandı.
*Dərviş ordeni — el-el, oba-oba gəzib İslamın şiə (İslamda məzhəb) təriqətini təbliğ edən
ruhani təşkilatı


Şeyx Səfi məqbərəsi. Ərdəbil
Ordenin yaradıcısı Azərbaycanın qədim əsilzadə türk nəsillərindən olan Şeyx Səfiəddin idi.
Özlərinə inamı artıran Səfəvi şeyxləri mövqelərini getdikcə gücləndirirdilər.
Müxtəlif vədlərlə xalqın rəğbətini qazanan Səfəvilər Şirvan və Dağıstana yürüşlər etdilər.
Məğlub olaraq Ərdəbilə qayıdan müridlərin başına Şeyx Heydər keçdi.
O, Ağqoyunlularla münasibəti daha da möhkəmlətmək üçün dayısı Uzun
Həsənin qızı Aləmşah xatunla evləndi. Uzun Həsən onu böyük təntənə
ilə Ərdəbildə taxta oturtdu. Onun dövründə Səfəvi tərəfdarları başlarına
imamların şərəfinə 12 qırmızı zolaqlı çalma qoyurdular. Ona görə
onlara qızılbaşlar da deyirdilər. Şeyx Heydər Sultan Yaqubun razılığı
ilə Şirvana və Dağıstana iki dəfə yürüş etmişdi.
Şeyx Heydərin Şirvan və Dağıstana uğurlu yürüşləri Sultan Yaqubu
narahat etdi. O, qüvvətlənməkdə olan Səfəvilərə qarşı Şirvanşahlara
kömək etdi. 1488-ci ildə Şahdağın ətəyində baş vermiş döyüşdə
qızılbaşlar məğlub oldu, Şeyx Heydər öldürüldü.
Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu sarayında hakimiyyət
uğrunda mübarizə daha da şiddətləndi. Bu mübarizədə taxta çıxan
9
 
XVI əsrdə xalq
təfəkkürü yenə də
coşqun gərginlik
içərisində çırpınırdı.
Şiə ideyaları yenidən
ortaya çıxmışdı: xalq
həsrətində olduğu
xilaskar — Mehdi,
yaxud İmam intizarı
ilə yaşayırdı. Kiçik
Asiyada güclü
təşviqat aparılırdı.
Dərviş dəstələri


Rüstəm padşah (1492—1497) hakimiyyətini möhkəmləndirmək üçün
feodallara soyurqal adlanan torpaqlar paylamağa başladı. O, Ərdəbil
hakimliyinə Şeyx Heydərin böyük oğlu Sultanəlini gətirdi.
ölkəni gəzib dolaşır,
əhalini həyəcana
salırdı...


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə