Gülsüm Hüseynova.
Tat dilinin leksikası
omonimlər
homogen
, digər formalarda əmələ gələnlərsə
heterogen
omonimlər adlanır. Homogen omonimlər araşdırma
və təhlilə çətin gəlir. Çünki polisemantik sözlərin mənalarının
bir-birindən kifayət qədər uzaqlaşmasını aydınlaşdırmaq özü
mürəkkəb prosesdir. Bu halda sözün omonim və ya çoxmənalı
olması dəqiqləşmir.
Çoxmənalı sözün mənalarının uzaqlaşıb ayrılması və
omonim sözlərin yaranmasını təsdiq edən ən yaxşı əlamət
linqvistik mənaların hər ikisi üçün semantik dayağın itməsidir
(217, 36).
Polisemiyanın dağılması həm ekstralinqvistik, həm də
linqvistik səbəblərdən baş verir. Burada daha üzdə olan
realiyanın və ya əşyanın istifadədən çıxması ilə onu bildirən
sözün arxaikləşməsidir.
Omonimlik və çoxmənalılığı fərqləndirməyin semantik,
leksik, sözdüzəltmə, birləşmə və etimoloji meyarları var.
Mənşəyi müxtəlif olan omonimlərin çox hissəsi alınma
sözlərin fonetik dəyişilməsi nəticəsində əmələ gəlir. Belə
omonimlərin əmələ gəlməsi üçün bir çox hallarda fonetik amil
əsas olur. Bu qrupa daxil olan omonimlər çoxdur və onların
sayı alınma sözlərin hesabına artır.
Tat dilindəki omonimləri aşağıdakı kimi qruplaşdırmaq
olar.
1.
Tat dilinin daxili imkanları hesabına yaranan
omonimlər tarixən müstəqil leksik proses kimi baş versə də,
mənşə etibarilə İran dillərinə məxsus vahidlərlə eynilik təşkil
edir. Məs:
var vor -
«külək»; «yel xəstəliyi»;
isbi(h) sıtbi -
«ağ» (rəng); «gözdə pərdə»;
biyə -
«buz», «dul»;
çiran -
«yığmaq»; «qırxmaq»;
sir -
«tox»; «sarımsaq»;
saqat saqot -
«dəhrə»; «üçqat»;
xuııaZZxımə -
«ev», «mənzil»; «bənzəyiş»,
«oxşayış»;
vakarddiıZZvokdrdaııZZvodkərddiı
-
«asmaq»;
«qoparmaq»;
xir xır -
«duman»; «al»;
avaz/Zavoz -
«səs»;
103
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
«yenə»;
gində -
«qalın»; «kündə»;
cira -
«ayrı»; «qışqırtı»;
ban -
«o» (işarə əvəzliyi); «dam»;
asi biranZZosi birən -
«darıxmaq»;
«əsəbiləşmək»;
par
-
«qanad»;
«uzan»;
pəşmanZ peşman -
«yun paltar»; «peşiman»;
zan zən -
«qadın»; «vur»;
pay poy pö -
«ayaq»; «dayan»;
xan -
«qan»;
«oxu» (əmr şəkli);
çel//çıl -
«xal»; «qırx»;
tö -
«tay», «tay-
bərabər»; metalın qızdırılıb soyudulması prosesi;
par -
«dolu»;
«kök»;
kələsər -
«yekəbaş»; «ana arı»;
izim -
«odun»; «indi»;
vənoran -
«bişirmək»; «qalamaq» (ocaq);
miiri -
«muncuq»;
«çiyələk»;
zəranZZzərən -
«vurmaq», «qırxmaq»; «qatıq
çalmaq»;
kəş -
«hündürlük», «təpə»; «çək»;
pişin -
«günorta»;
«sağ ol»;
kəmə -
«təzək»; «qatır çirk»;
kösə -
«dənli bitki
üçün ölçü vahidi»; «çömçə»;
məsən -
«bülöv»; «et» (əmr
forması);
muqei -
«yumşaq»; «qapaz»;
çığ saxtənZZçığ soxtan -
«parçalamaq», «kəsmək»; «qovurmaq»;
kəm -
«az»; «xəlbir»;
cibin -
«arpa cadı»; «xırman»;
dəstgir -
«tutacaq»;
«köməkçi»;
fidoştan -
«işlətmək»; «uşağı çiş tutmaq»;
cirangə
-
«salxım»; «paslanmaq»,
tarsi/Ztərsi -
«qorxu»; «tərslik»;
zindanZZzindon -
«zindan», «həbsxana»; zindan (dəmirçi
aləti) ;
tanZZtən -
«insan və heyvan bədəninin bir üzvü, qadının
aşağı hissəsi (cinsiyyət aləti) (137, 83); «yan», «ətraf»;
karZZkor -
«iş», «fəaliyyət»; «kar» (qulağı eşitməyən);
zərdi -
«yumurta sarısı»; «sarılıq» (xəstəlik adı);
niihəvar -
«yayan»;
«yelləncək»;
dəzərənZZdəziran -
«sancmaq (gülü və ya sancağı
yaxaya taxmaq)»; «vurmaq»;
ləpə -
«ləpəli bitkilərin içi»,
«ləpə», «kiçik dalğa» və s.
2.
Tat dilində omonimlərin digər qrupu bilavasitə tat
dilinə məxsus leksik vahidlərlə alınma sözlərin hesabına
yaranır.
Bu tipli
omonimik cərgədə alınma sözlərin
əksəriyyətini Azərbaycan sözləri təşkil edir. Məsələn:
ağoZZağa
-
«zəhər», «ağu»; «yasda oxunan mərsiyə»;
arağZZərağ -
«tər»; «araq»;
biiriincZZbirinc -
«düyü (< əski az.
pirin
104
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
«düyü)»; «bürünc» (metal);
bcığ//boğ -
«bağ», «bağça»;
«qurbağa»;
xarə/Vxora -
«parça növü», «xara»; «güvə»;
siris -
«yapışqan»; «yoğur» (felinin kökü);
bağır bağir -
«köks»,
«sinə» (ağ); «özgə», «ayrı» (<
begey
) və s.
Tat sözü ilə Azərbaycan dilindən alınma sözlərdən əmələ
gəlmiş omonimlik ikinci sözün fonetik dəyişikliyə uğraması
nəticəsində meydana çıxır. Məs:
ələ
«hin» -
ələ
«alaq»
(
).
Omonim sözlərin bir hissəsi tat və digər dillərdən
alınmalar hesabına yaranır. Məs.:
moy
«ana» -
moy
(«may ayı»;
soya
«arı səbəti» -
soya
paxlalı bitki adı və s.
3. Alınma sözlər hesabına yaranan omonimlər
Bunlar da öz növbəsində aşağıdakı qruplara bölünür:
a) Həm Azərbaycan, həm də tat dilində omonim kimi
işlənən sözlər. Bu tipli sözlərin bir qismi ərəb, fars və Avropa
dillərindən Azərbaycan dilinə keçmiş, onların omonimləşməsi,
fıkrimizcə, alınma prosesi üçün vasitəçi olan Azərbaycan
dilində baş vermişdir:
qələm -
«yazı ləvazimatı»; «calaq
edilmiş ağac»;
divan divon -
«mebel növü»; «məhkəmə»;
dəm
-
«an»; «plov dəmi»;
mal -
«əmlak»; «satılmaq üçün bazara
çıxarılan əşya»;
hava//havo -
«hava»; «musiqi havası»;
zar zər -
«qızıl»; «nərd zəri»;
tam -
«bütöv»; «dad»;
giirzə -
«ilan»; «xəmiraşı»;
ayal əyal -
«həyat yoldaşı»; «uşaq,
övlad»;
binə -
«ev»; «özül», «təməl»;
Mars -
«planet adı»;
«mars» (nərd termini) və s.
b) Bu qrupa daxil olan omonim cərgənin tərkib
hissələrindən birini Azərbaycan dilindən alınma söz təşkil
edir:
ağıl ağ! -
«ağıl»; «ağıl» (mal-qara saxlanılan yer);
aşığ aşıığ -
«aşıq»; «topuqda sümük»;
qaz -
«qaz» (yanar
kimyəvi maddə); «qaz» (quş adı) və s.
c) Eyni qrupa aid omonimik cərgədə bəzən hər iki söz
Azərbaycan mənşəli alınmalardan ibarət olur. Məs.:
tap -
105
Dostları ilə paylaş: |