Gülsüm Hüseynova.
Tat dilinin leksikası
ümumiliyinə əsasən daxili məna qrupu yaradaraq, bir-biri ilə
əlaqədar olur, başqa sözlərə münasibət bildirir, birləşir.
Sözalma nəticəsində müxtəlif dillərdə sinonimlər əmələ
gəlir. Bu cəhət Azərbaycan dilinə olduğu kimi, tat dilinə də
xasdır. Alınma söz sinonim cərgənin ya təşkiledicisi, ya da
cərgə elementlərindən biri olur. Bəzən sinonim cərgədə eyni
zamanda iki alınma söz yer tutur. Müasir Azərbaycan dilində
sinonimlik
məsələsinin
tədqiqi
zamanı
söz
alınması
nəticəsində
əmələ
gələn
sinonimlərin
qruplaşdırılması
məsələsinə diqqət yetirilmişdir. «Alınma sözlər həm əsl
Azərbaycan sözlərinin, həm də bir-birinin sinonimii olur. Buna
görə də həmin sinonimləri alınma sözlərlə əsl Azərbaycan
sözlərindən və alınma sözlərdən əmələ gələn sinonimlər kimi
qruplaşdırmaq olar» (113, 194). Fikrimizcə, tat dilindəki
sinonimləri qruplaşdırarkən bu bölgüyə əsaslanmaq yerinə
düşür. Burada fərqli cəhət odur ki, tat dilinin öz sözlərindən
əmələ gələn sinonim cərgələri tat ləhcələri üzrə də qurmaq
mümkündür. Tat dilində sinonimlərin ən azı aşağıdakı
qruplarını ayırmaq olar: 1) tat dilinin müxtəlif ləhcələri
əsasında yaranan sinonimlər; 2) ümumiran və tat dili sözləri
vasitəsi ilə yaranan sinonimlər; 3) tat dili sözləri və alınma
sözlər hesabına əmələ gələn sinonimlər; 4) yalnız alınma
sözlər əsasında gələn sinonimlər.
Alınma sözlərlə tat dili sözlərindən əmələ gələn sinonim
cərgələrə daxil olan sözlər quruluşca həm eyni, həm də
müxtəlif
ola
bilir:
xuşbaxt/Zbaxtəvər,
kələh//kələ//pevi//pəzəvənq
«böyük, iri, pəzəvəng». Avestada
bu söz «pəzə» formasında «yekəpər» anlamında qeydə
alınmışdır.
Giizdl//giizel//gugçeg//göyçəy, bica hico ıtohzıqq
«bica, nahaq» və s.
Sözlər arasında sinonimik münasibətinin yaranması, təbii
ki,
onların leksik mənaları ilə bağlıdır. «Əkinçigəri» və
109
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
«rəncbəri»
sinonimlərində məna eyniliyi
(məşğuliyyət)
aşkardır. Hər iki söz eyni məna verir. Bunlardan birinci söz
(əkinçigəri)
tat
dilində
formalaşmışdır.
Onun
əsasını
Azərbaycan dilinə mənsub
əkinçi
sözü təşkil edir. Rəncbəri
sözünün əsası tat və fars dillərinə mənsub olan
rəncbər
sözüdür.
Burada belə bir cəhət diqqəti cəlb edir. Azərb.
əkinçi
və
tat., fars,
rəncbər
sözləri eyni təşəvvürü bildirir. Yəqin ki, bu,
tatlara yaşxı məlumdur. Buna baxmayaraq, tat dilinin
daşıyıcıları
rəncbəri
sözünə yeni bir sinonim yaradarkən bu
sözün sözdüzəltmə modelindən istifadə etməmişlər. Onlar
əkinçi
sözündən
-gər
şəkilçisinin köməyi ilə yeni bir söz
düzəltmiş, artıq bu sözdən
rəncbəri
sözünün müqabilini
düzəltmişlər.
Bir sinonim cərgədəki sözlər məna ümumiliyinə, bir
məfhum ifadə etməsinə və eyni qrammatik formalı olmasına
görə birləşsələr də, bir sıra xüsusiyyətlərinə görə bir-birindən
seçilir: 1) mənaca tam eyni olmamalarına, 2) üslubi
çalarlarına, 3) ənənəvi yoxsa müasirliyinə, 4) işlədilmə
sahəsinə, 5) başqa sözlərlə birləşməsinə görə və s. Məsələn,
əkinçigəri
və
rəncbəri
sözlərində həm müasirliyə, həm də
başqa sözlərlə birləşməyə görə fərqlər nəzərə çarpır.
Sinonim cərgələrin hüdudunu müəyyənləşdirmək üçün
məna əsası, məna eyniliyi və mənaca yaxın sözlər arasındakı
fərqlərin xarakteri kimi meyarlar irəli sürülür.
Sinonim cərgənin bir üzvü və ya hamısı çoxmənalı ola
bilər. Bir cərgədə çoxmənalı sözün bir mənası əsas götürülür.
Sinonim cərgələrin hər bir üzvü başqa sözlərlə birləşərək,
müxtəlif sinonim cərgələr yaradır. Köhnəlmiş və ya məhəlli
sözlər cərgənin ümumişlək sözünün üslubi variantı kimi
cərgəyə daxil olur.
Tat dilində sinonim cərgələr tərkibcə müxtəlif olur.
110
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
Azərbaycan dili üçün sinonim cərgələri tərkib elementlərinə
görə dörd qrupa bölmüşlər: 1) ikiüzvlü sinonim cərgələr; 2)
üçüzvlü sinonim cərgələr; 3) dördüzvlü sinonim cərgələr; 5)
çoxüzvlü sinonim cərgələr (145, 107). Tat dili materialları
əsasında cərgələrin bu şəkildə bölünməsi özünü doğrultmur.
Bunun səbəbi ondadır ki, tat dilində yazılı mətnlər, əsərlər az
olduğundan, ədəbi dilin fəaliyyət sahəsi dardır. Dilin istifadə
dairəsinin məhdudluğu onun sinonimlərlə zənginləşməsinə
mane olur. Ona görə bu dildə, əsasən, ikiüzvlü sinonim
cərgələr müşahidə edilir. Qeyd olunanları nəzərə alaraq, tat
dilinin sinonim cərgələrini tərkibə daxil olan üzvlərin sayına
görə iki əsas qrupa ayırmaq olar: 1) ikiüzvlü sinonim cərgələr;
2) ikidən artıq üzvlü sinonim cərgələr.
İkiüzvlü sinonim
cərgələr:
ximcı//sov
«küzə»;
an/ava qındı
«sıyıq»,
çıx//siirvə
«öskürək» və s. İkidən artıq
çoxüzvlü sinonim cərgə:
bəndam - miçə//miiçə - səplağ
(saplaq);
loxşur//qabşur//qəmqal
«qabyuyan parça».
Sinonim cərgədəki sözlərdən biri dominant adlanır.
Dominant cərgənin əsas üzvü sayılır, əsas mənanı ifadə edir,
sinonim cərgənin məna əsasını daha dəqiq əks etdirir. Ona
görə də sinonim cərgənin üzvləri dominanta, əsasən, sıralanır.
Cərgənin əvvəlndə dominant, sonra isə o biri üzvlər gəlir.
Bəzən isə sinonim cərgədə əsas sözü müəyyənləşdirmək çətin
olur. Sinonim cərgədəki dominant sözlə bağlı bəzi məqamlara
aydınlıq gətirmək lazım gəlir. Belə hesab edirlər ki, «Cərgənin
məna əsasını o biri üzvlərə nisbətən daha aydın ifadə edən,
üslubi cəhətdən tipik normativ, neytral, emosional-ekspressiv
xüsusiyyətlərdən azad olan və daha çox işlənən söz dominant
ola bilər» (104, 15).
Bu fikir ekspressivlik, emosionallıq, məcazi məna
baxımından doğrudur. Başqa hallarda sinonim cərgənin hansı
söz əsasında qurulması amili nəzərə alınmalıdır. Sinonimi
111
Dostları ilə paylaş: |