Gülsüm Hüseynova.
Tat dilinin leksikası
q/nnac tatari
«şallaq»; sifətlər:
subi//bəyoz
«ağ»,
hi'tjh xırda
«balaca,
xırda»,
siyah tarn к
«qaranlıq»;
fellər:
quşdaştən//quşvakandən
«qulaq asmaq»,
voləndən ritşımdoran
«göstərmək»;
zərf:
virizə-viriz döhədöh
«qaçaqaç»,
ve
avozi//yavoşlə
«astaca», «yavaşca» və s.
Sinonimlərdə
eynifunksiyalılıq
nominativ
funksiya
ümumiliyi ilə əlaqədardır. Sinonim cərgənin üzvləri eyni
nominativ funksiya daşımalıdır. Əgər sinonim cərgənin əsas
üzvü əşyanın əlamətini bildirib, təyin vəzifəsində çıxış edirsə,
o biri üzvləri də həmin mənada işlənməlidir.
Çoxmənalı sözün bir mənası sinonim cərgədə əsas olur,
digər sinonim cərgələrdə isə başqa sözlər üçün məna çalarlığı
və üslubi fərqlər yarada bilir.
Potensial birləşmələrdə mənaca bir-birinə yaxın olan
sözlər leksik-semantik söz qrupları yaradır. Leksik-semantik
söz qrupları konseptual sahə (qarşılıqlı əlaqədə olan
məfhumlar) əmələ gətirir. Bir konseptual sahədə mənaca yaxın
olan sözlərin hamısı sinonim olmur.
Sinonimlərin əmələ gəlməsinə münasibət bildirərkən
aşağıdakı yollarla yaranma qeyd olunur: 1) çoxmənalı sözlərin
mənalarından birinin həmin mənanı ifadə edən başqa bir sözə
uyğun gəlməsi; 2) sinonimlərdə mənanın birinin həmin mənanı
ifadə edən digər
bir sözə uyğun gəlməsi; 3) yeni söz düzəltmək
yolu ilə; 4) mürəkkəb sözlər yolu ilə; 5) frazeoloji birləşmələr
yolu ilə; 6) başqa dillərdən sözlər almaq yolu ilə; 7)
evfemizmlə əlaqədar əmələ gələn sinonimlər (evfemizm
sinonimlərin törəmə mənbəyi deyil, onların əmələgəlmə
yollarından biridir); 8) kakofemizmlər yolu ilə sinonimlərin
əmələ gəlməsi (kakofemizmlər evfemizmin əksidir. Bunlar
müəyyən mənanı vulqar, kobud şəkildə ifadə etməkdir:
qoca-
kaftar)',
9) emosional-ekspressiv sözlər hesabına» (104, 18).
Dünya dillərində sinonimlik universal hadisə sayılsa da, bu
113