Azərbaycan tibb universiteti


Əl tez yorulduğundan bu üsulla qanaxmanı 15-20 dəq-dən artıq saxlamaq olmur



Yüklə 2,17 Mb.
səhifə7/9
tarix26.05.2022
ölçüsü2,17 Mb.
#88097
1   2   3   4   5   6   7   8   9
Qanaxmalarin agirlashmalari Derya

Əl tez yorulduğundan bu üsulla qanaxmanı 15-20 dəq-dən artıq saxlamaq olmur.

Yaradan yuxarı oynaqda ətrafın maksimal bükülməsi və bu vəziyyətdə sarınması (Adelman qaydası). Körpücükaltı və qoltuqaltı arteriyaların zədələnmələrində hər iki yuxarı ətraflar maksimal olaraq arxaya aparılıbdirsək nahiyələrindən bir-birinə kəmər,bint və s. vasitələrlə bənd edilir.

  • Yaradan yuxarı oynaqda ətrafın maksimal bükülməsi və bu vəziyyətdə sarınması (Adelman qaydası). Körpücükaltı və qoltuqaltı arteriyaların zədələnmələrində hər iki yuxarı ətraflar maksimal olaraq arxaya aparılıbdirsək nahiyələrindən bir-birinə kəmər,bint və s. vasitələrlə bənd edilir.
  • Saiddən olan qanaxmanı saxlamaq məqsədilə dirsək oynağı maksimal bükülməklə bazuya fiksə edilir.Bud arteriyasından qanaxmanı saxlamaq üçün bud-çanaq oynağında bükülən bud qarına maksimal sıxılaraq bu vəziyyətdə sarınır.Dizaltı arteriyadan olan qanaxmanı ətrafı diz oynağında maksimal büküb bağlamaqla saxlamaq olur.Yaxşı olar ki, bükülən nahiyələrə bintdən və yaxud pambıqdan düzəlmiş kiçik yastıqca qoyulsun.

Esmarx kəmərinin qoyulması

Esmarx kəməri 1.5 m uzunluğunda boru, yaxud lentşəkilli olub,rezin, yaxud parçadan hazırlanır və bir ucunda metal zəncir, digər ucunda isə qırmaq vardır. Kəmərin qoyulma texnikası: yaradan ürəyə doğru kəmər qoyulacaq nahiyədə dərinin üzərinə bint, dəsmal, yaxud yaralının paltarı sərilir, sonra iki əllə kəmərin başlanğıcına yaxın və orta 1/3-dən dartılmış vəziyyətdə tutmaqla onu yuxarı qaldırılmış ərtafın altından keçirib bir dövrə ətrafa dolayıb, möhkəm dartırlar. Sonra kəməri daha 2-3 dövrə ətrafa dolamaqla qanaxma dayandırılır, kəmər qurtarana qədər o ətrafa sarınır və ucu qırmağa keçirilməklə bənd edilir. Bu zaman ən möhkəm birinci dövrə, nisbətən az gərginliklə isə ikinci dövrə qoyulur. Dövrələr bir-birinin yanında yerləşməlidir. Kəmər yaraya maksimal yaxın qoyulmalıdır. Kəmər düzgün qoyulduqda 

- arterial qanaxma dərhal dayanır;

-kəmərdan aşağı pulsasiya aşkarlanmır (itir);


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə