|
Azərbaycan tibb universiteti
|
səhifə | 1/9 | tarix | 26.05.2022 | ölçüsü | 2,17 Mb. | | #88097 |
| Qanaxmalarin agirlashmalari Derya AZƏRBAYCAN TİBB UNİVERSİTETİ Qanaxmaların ağırlaşmaları Kəskin qanaxmalar zamanı həyat üçün təhlükəli olan bir sıra ağırlaşmalar meydana çıxa bilir: - 0.5- 1.0 l qan itirildiyi hallarda müşahidə edilən kəskin qanitirmə halı.
- 1.0- 1.5 l və daha çox qanitirmə zamanı inkişaf edən hemmoragik şok.
- Mühüm həyati əhəmiyyətə malik üzvlərin qanla sıxılması (ürək tamponadası,baç beynin sub-, yaxud epidural hematoma ilə sıxılması) zamanı həyat üçün çox təhlükəli hallar meydana çıxır və belə vəziyyətlərdə təxirəsalınmaz cərrahi müdaxilə aparılır.
- Damar mənfəzi ilə əlaqəsi olan hematomalar sonralar yalançı anevrizmalara (damarların kisəyəbənzər genəlməsi anevrizma adlanır) çevrilirlər.
- Ürəyə yaxın magistral venaların yaralanmalarında baş verə bilən hava emboliyası.
- Kəskin qanitirmədən sonra qanın laxtalanma sistemində baş verən dəyişikliklər nəticəsində (koaqulopatik) meydana çıxan ağırlaşmalar (damardaxili disseminəolunmuş laxtalanma sindromu, hipokoaqulyasiya halları və s.)
Sağlam şəxslərdə DQH-nin 15-20% həcmində azalması hemorragik şokun inkişafına səbəb olur. Bu həcmin 40-50% azalması isə ağır dərəcəli hemorragik şok verir. Qanitirmə çox olan hallarda orqanizm hemorragik şok zamanı üç fazalı cavab reaksiyası verir: - I faza. Qanaxmanın ilk birinci saatında interstisial maye kapillyarlara axır-transkapillyar yerdəyişmə. Bu faza 36-40 saat davam edir. Bu yerdəyişmə interstisial maye kəsiri yaradır, lakin damardaxili mayenin həcmində bu kəsir olmur.
- II faza. DQH-nin azalması renin-angiotenzin-aldosteron sistemini aktivləşdirir və natrium ionları böyrəklərdə tutulub saxlanılır. Natriumun 80%-I interstisial sahədə olduğuna görə natriumun bədəndə saxlanılması interstisial mayenin həcmini artırır.
- III faza. Qanaxmadan bir neçə saat sonra hemopoez sürətlənir, lakin itirilmiş eritrositlərin bərpası uzun müddət (2 aya qədər) vaxt tələb edir.
Dostları ilə paylaş: |
|
|