Azərbaycan tibb universiteti



Yüklə 2,17 Mb.
səhifə1/9
tarix26.05.2022
ölçüsü2,17 Mb.
#88097
  1   2   3   4   5   6   7   8   9
Qanaxmalarin agirlashmalari Derya

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

Qanaxmaların ağırlaşmaları

Kəskin qanaxmalar zamanı həyat üçün təhlükəli olan bir sıra ağırlaşmalar meydana çıxa bilir:

  • 0.5- 1.0 l qan itirildiyi hallarda müşahidə edilən kəskin qanitirmə halı.
  • 1.0- 1.5 l və daha çox qanitirmə zamanı inkişaf edən hemmoragik şok.
  • Mühüm həyati əhəmiyyətə malik üzvlərin qanla sıxılması (ürək tamponadası,baç beynin sub-, yaxud epidural hematoma ilə sıxılması) zamanı həyat üçün çox təhlükəli hallar meydana çıxır və belə vəziyyətlərdə təxirəsalınmaz cərrahi müdaxilə aparılır.
  • Damar mənfəzi ilə əlaqəsi olan hematomalar sonralar yalançı anevrizmalara (damarların kisəyəbənzər genəlməsi anevrizma adlanır) çevrilirlər.
  • Ürəyə yaxın magistral venaların yaralanmalarında baş verə bilən hava emboliyası.
  • Kəskin qanitirmədən sonra qanın laxtalanma sistemində baş verən dəyişikliklər nəticəsində (koaqulopatik) meydana çıxan ağırlaşmalar (damardaxili disseminəolunmuş laxtalanma sindromu, hipokoaqulyasiya halları və s.)

Hemorragik şok

Sağlam şəxslərdə DQH-nin 15-20% həcmində azalması hemorragik şokun inkişafına səbəb olur. Bu həcmin 40-50% azalması isə ağır dərəcəli hemorragik şok verir. Qanitirmə çox olan hallarda orqanizm hemorragik şok zamanı üç fazalı cavab reaksiyası verir:

  • I faza. Qanaxmanın ilk birinci saatında interstisial maye kapillyarlara axır-transkapillyar yerdəyişmə. Bu faza 36-40 saat davam edir. Bu yerdəyişmə interstisial maye kəsiri yaradır, lakin damardaxili mayenin həcmində bu kəsir olmur.
  • II faza. DQH-nin azalması renin-angiotenzin-aldosteron sistemini aktivləşdirir və natrium ionları böyrəklərdə tutulub saxlanılır. Natriumun 80%-I interstisial sahədə olduğuna görə natriumun bədəndə saxlanılması interstisial mayenin həcmini artırır.
  • III faza. Qanaxmadan bir neçə saat sonra hemopoez sürətlənir, lakin itirilmiş eritrositlərin bərpası uzun müddət (2 aya qədər) vaxt tələb edir.

Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə