Azərbaycan tibb universiteti


Profilaktik və müalicə tədbirləri



Yüklə 2,17 Mb.
səhifə3/9
tarix26.05.2022
ölçüsü2,17 Mb.
#88097
1   2   3   4   5   6   7   8   9
Qanaxmalarin agirlashmalari Derya

Profilaktik və müalicə tədbirləri

Hemorragik şok orqanizm üçün böyük təhlükə törətdiyindən profilaktika və müalicə tədbirlərinə olduqca erkən başlanılmalıdır. Müalicə tədbirləri kompleks şəkildə patogenetik və simptomatik terapiya halında aparılmalıdır:

  • İlk növbədə qanaxma dayandırılmalıdır;
  • Ürək fəaliyyəti və tənəffüs dayandığı hallarda ağ ciyər- ürək reanimasiyası tədbirləri aparılmalıdır;

Tənəffüs çatışmazlığına şübhə olduqda:

  • Tənəffüs çatışmazlığına şübhə olduqda:
  • 1. tənəffüs yollarının keçiriciliyi bərpa edilməli,

    2. mədə möhtəviyyatının profilaktik aspirasiyası aparılmalı,

    3. tənəffüs yolları selikdən təmizlənməli,

    4. ağ ciyərlərin ventilyasiyası aparılmalı,

    5. toxumalar oksigenlə təchiz edilməlidir. İlk üç məsələnin həlli məqsədilə traxeyanın intubasiyası aparılmalı və yerdə qalan iki məsələ isə ağ ciyərlərin süni ventilyasiyası yolu ilə həll edilməlidir.

  • Adekvat ağrısızlaşdırma aparılmalıdır;
  • Zədələnmiş nahiyə, ətraf (sınıqlarda, çıxıqlarda, geniş sahəli yaralarda və s. ) hərəkətsizləşdirilməlidir;
  • Ürək fəaliyyəti və tənəffüsün normallaşması üçün tədbirlər görülməlidir;
  • DQH-nin həcmini bərpa etmək üçün venadaxilinə qan və şok əleyhinə qanəvəzedicilər köçürülməlidir;
  • Damar tonusu tənzimlənməlidir;
  • Hormonoterapiya aparılmalıdır;
  • Şokda olan bütün xəstələrə profilaktika məqsədilə burun kateterindən 4l/dəq- dən az olmamaqla oksigen verilməlidir.

Orqanizmin spontan laxtalanma sistemi

Orqanizmin öz-özünə laxtalanma (hemostaz) sistemi sayəsində kiçik və bəzən orta kalibrli damarlardan əzilmələr, sıyrıntılar və s. hallarda olan qanaxmalar dayana bilir. Belə hallarda qanın laxtalanma sistemi fəallaşır-fibrinogenin və protrombinin miqdarı artır, hiperkoaqulyasiya prosesləri trombun əmələ gəlməsilə başa çatır.

Qanın laxtalanması prosesində üç əsas mexanizm iştirak edir:

  • Damarların reaksiyası
  • Qanın hüceyrə (trombositlərin aktivləşməsi) və
  • Plazma (qanın laxtalanma sistemi) mexanizmləri.

Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə