Azərbaycan tibb universiteti


-ətrafın rəngi avazıyır; -ətrafdakı dərialtı venalar yaprıxır



Yüklə 2,17 Mb.
səhifə8/9
tarix26.05.2022
ölçüsü2,17 Mb.
#88097
1   2   3   4   5   6   7   8   9
Qanaxmalarin agirlashmalari Derya

-ətrafın rəngi avazıyır;

-ətrafdakı dərialtı venalar yaprıxır.

Kəmərlər, imkan daxilində yalnız arterial qanaxmalarda işlədilməlidir.

Venoz qanaxmalarda sıxıcı sarğıya üstünlük verilməlidir. Kəmərlər, adətən, ətraflara qoyulur. Yalnız boyuna və qarına qoyulan kəmərlər burada istisnalıq təşkil edir.

Qanaxmanın qəti dayandırılması üsulları

Mexaniki üsullar

Fiziki üsullar

Fiziki üsulların əsasında soyuğun təsirindən damarların spazmına uğraması, istinin təsirindən isə zülalların koaqulyasiyası və trombun əmələ gəlməsinin sürətlənməsi durur. Fiziki üsullara aiddir:

  • Cərrahi müdaxilədən sonra yaraya, əzilmiş yerlərə, mədə qanaxmalarında epiqastral nahiyəyə buz qovuğunun qoyulması
  • Mədə qanaxmalarında xəstəyə kiçik buz parçalarının verilməsi
  • Maye azotdan istifadə etməklə toxumaların yerli dondurulması vasitəsilə aparılan müdaxilələr-kriocərrahiyyə.
  • İlıq fizioloji məhlulda isladılmış tamponların yaraya qoyulması, yaxud həmin məhlulla yaranın yuyulması
  • Elektrokoaqulyatorla kiçik damarların koaqulyasiyası
  • Endoskopik yolla koaqulyasiya aparmaqla qanaxmanın saxlanılması
  • Elektroskalpeldən istifadə etməklə cərrahi əməliyyatın aparılması
  • Plazmalı skalpellərlə əməliyyatın aparılması
  • Lazer skalpellərin tətbiqi
  • Nadir hallarda qanaxmanın saxlanılması üçün isti hava buxarından, qızmış metaldan və pakelen tipli termokauterdən də istifadə edilir.

Kimyəvi üsullar

  • Kimyəvi üsulda xarici və bəzi daxili qanaxmaları saxlamaq üçün damardaraldıcı və qanın laxtalanmasını artıran dərmanlardan istifadə edilir.
  • Xarici və daxili qanaxmalarda yerli olaraq damardaraldıcılar kimi aşağıdakı dərmanlar işlədilir:
  • Ağzın selikli qişasından, diş dibindən və burundan olan qanaxmalarda 1/1000 nisbətli adrenalin məhlulundan isladılmış kürəciyin və piltənin işlədilməsi
  • Bu məqsədlə 3-5%-li hidrogen peroksid nməhlulunun tətbiqi
  • Sidik kisəsindən olan kiçik qanaxmalarda onun 3-5%-li hidrogen peroksid və 1/200 nisbətli gümüş nitrat məhlulu ilə yuyulması
  • Mədə qanaxmalarında mədəyə aminokapron turşusunun yeridilməsi
  • Karbazoxromla isladılmış tamponları yaraya qoymaqla kapilyar qanaxmanın saxlanılması
  • Mədənin qanayan kəskin xoralarında və eroziyalarında endoskopik yolla qanayan səthə kaprofer preparatının çilənməsi
  • Uşaqlıq və uşaqlıq yolundan olan kiçik xroniki qanaxmalarda isə su bibəri cövhəri, qaraca preparatları və kalina cövhəri işlədilir

Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə