Azərbaycan tibb universiteti


Qanın laxtalanma faktorları. Laxtalanmada 13 faktor iştirak edir.Bu faktorlardan 9-u qara ciyər tərəfindən sintez edilir



Yüklə 2,17 Mb.
səhifə5/9
tarix26.05.2022
ölçüsü2,17 Mb.
#88097
1   2   3   4   5   6   7   8   9
Qanaxmalarin agirlashmalari Derya

Qanın laxtalanma faktorları. Laxtalanmada 13 faktor iştirak edir.Bu faktorlardan 9-u qara ciyər tərəfindən sintez edilir.


Faktorun adı

Vəzifəsi

I faktor-fibrinogen

Trombinin təsirindən fibrinə çevrilir.Həmçinin, trombositlərin adgeziyası və aqreqasiyasında iştirak edir.

II faktor-protrombin

Protombokinaza təsirindən trombinə çevrilir.

III faktor- tromboplastin

Qanın xarici mexanizmlərlə laxtalanması üçün lazım olan protombokinazanın əmələ gəlməsində iştirak edir.

IV faktor- Ca2+

Protrombokinazanın əmələ gəlməsi,protrombinin trombinə,fibrinogenin isə fibrinə çevrilməsi üçün lazımdır.

V-VI faktorlar-proakselerin,AK-qlobulin(labil faktor)

Qanın daxili və xarici mexanizmlərlə laxtalanması üçün protrombokinazanın əmələ gəlməsi üçün lazımdır.

VII faktor-prokonvertin, konvertin (stabil faktor)

Qanın xarici mexanizm üzrə laxtalanması zamanı protrombokinazanın əmələ gəlməsi üçün lazımdır

VIII faktor-antihemofilitik qlobulin, antihemofil qlobulin A.

Qanın daxili mexanizm üzrə laxtalanması zamanı protrombokinazanın əmələ gəlməsi üçün lazımdır.

IX Kristmas faktoru,antihemofil qlobulin B

Qanın daxili mexanizm üzrə laxtalanması zamanı protrombokinazanın əmələ gəlməsi üçün lazımdır.

X faktor-Stuart-Priuer faktoru

Qanın daxili və xarici mexanizmlərlə laxtalanması üçün protrombokinazanın əmələ gəlməsi üçün lazımdır

XI faktor-plazma tromboplastinin sələfi

Qanın daxili mexanizm üzrə laxtalanması zamanı protrombokinazanın əmələ gəlməsi üçün lazımdır.

XII faktor-Xaqeman faktoru

Qanın daxili mexanizm üzrə laxtalanması zamanı protrombokinazanın əmələ gəlməsi üçün lazımdır.

XIII faktor-fibrin stabilləşdirici faktor

Daimi fibrinin əmələ gəlməsi üçün lazımdır.Fibrinolizi əngəlləyir.

Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə