Azərbaycan tibb universiteti

Əksər hallarda bu şokun 3 mərhələsi ayırd edilir

Yüklə 2,17 Mb.
səhifə2/9
tarix26.05.2022
ölçüsü2,17 Mb.
#88097
1   2   3   4   5   6   7   8   9
Qanaxmalarin agirlashmalari Derya

Əksər hallarda bu şokun 3 mərhələsi ayırd edilir:

Əksər hallarda bu şokun 3 mərhələsi ayırd edilir:

  • Geri dönən kompensəolunmuş mərhələ: xəstənin vəziyyəti ağırdır, huşu aydındır, oyanıqlıdır, dərisi avazımış və soyuqdur. Ətraflardakı dərialtı venalar yaprıxır, nəbz tezləşir, gərginliyi və dolğunluğu azalır. Arterial, nəbz təzyiqi və mərkəzi venoz təzyiq mülayim enir, diurez artır.
  • Geri dönən, lakin dekompensəolunmuş mərhələ: baş verən dəyişikliklər dərin olur. Damarların periferik müqaviməti azalır, arterial təzyiq enir, taxikardiya, təngnəfəslik, akrosianoz, dərinin soyuq, yapışqanlı tərlə örtülməsi və digər xarakterik əlamətlər meydana çıxır.
  • Geridönməz mərhələ: bu mərhələdə bütün orqan və sistemlərdə daha dərin hemodinamik dəyişikliklər gedir. Aparılan infuzion müalicə səmərəsiz olarsa, bu artıq geridonməz mərhələnin olmasını göstərir. Bu zaman artıq poliorqan çatışmazlıq meydana çıxır.

Kəskin qanaxması olan xəstələrdə bu mərhələlərdən hansının baş verə biləcəyi xəstənin vəziyyətindən, itirilən qanın həcmindən, qanaxmanın intensivliyindən, xəstənin yaşından, funksional sistemlərin reaktivliyindən və s. amillərdən asılıdır. Qanitirmə olan zaman təxirəsalınmaz hallarda xəstənin vəziyyətini dərhal qiymətləndirmək üçün amerikan cərrahlarının təklif etdiyi cədvəldən istiadə etmək daha məqsədə uyğundur.

Qanitirmənin Amerikan cərrahları kollegiyası təsnifatı

Dərəcə (Class)

Kliniki əlamətlər

DQH-nin kəsiri, %

I

Ortostatik taxikardiya

15%

II

Ortostatik hipotenziya

20-25%

III

Arxası üstə uzanmış vəziyyətdə arterial hipotenziya, oliquriya

30-40%

IV

Huşun pozulması, kollaps

40%-dən çox

Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə