Azərbaycan tibb universiteti


Qanaxmanın laxtalanma mexanizmi



Yüklə 2,17 Mb.
səhifə6/9
tarix26.05.2022
ölçüsü2,17 Mb.
#88097
1   2   3   4   5   6   7   8   9
Qanaxmalarin agirlashmalari Derya

Qanaxmanın laxtalanma mexanizmi.

Bu prosesin özündə 3 faza ayırd edilir:

  • I faza- 3-5 dəq. davam edən toxuma və qan tromboplastininin əmələ gəlməsi;
  • II faza- protrombinin trombinə çevrilməsi
  • III faza- fibrinin əmələ gəlməsi.
  • Bu iki axırıncı faza cəmi 2-5 san. davam edir. Birinci fazada qan və toxuma tromboplastini əmələ gəlir. 2-ci fazada qan və toxuma tromboplastini təsirindən protrombin trombinə çevrilir. 3-cü fazada əvvəlcə fermentativ proses nəticəsində fibrinogendən profibrin əmələ gəlir, sonra isə A və B fibrinoplastini parçalanmaqla əmələ gələn fibrin monomer molekulları Ca2+ ionlarının iştirakı ilə polimerizasiyaya məruz qalırlar. Bu fazada 12-ci faktor və trombin iştirak edir. Sonra isə əmələ gəlmiş fibrin retraksiyaya uğrayır.

Qanaxmanın dayandırılması

Həyat üçün böyük təhlükələr törədən qanaxmalar zamanı təcili sürətdə üç məsələ həll edilməlidir:

- qanaxma dərhal müvəqqəti olaraq saxlanılmalıdır;

- sonra qanaxmanın daimi dayandırılması aparılmalıdır;

- qanitirmə nəticəsində orqanizmdə baş verən dəyişikliklər adekvat sürətdə tənzimlənməlidir.

Qanaxmanı saxlamaq üçün olan üsullar müvəqqəti və daimi olmaqla iki yerə bolünürlər.

Qanaxmanın müvəqqəti saxlanılması üsulları

Bu üsullar xarici qanaxmalarda həkiməqədərki təxirəsalınmaz yardıma aiddir və hər bir şəxs bu üsulları mükəmməl bilməlidir. Bu məqsədlə bir sıra üsullardan istifadə edilir:

  • Qan axan ətrafın yuxarı qaldırılması. Bu üsul kiçik qanaxmalarda işlədilir: qanayan ətraf gövdəyə nisbətən yuxarı qaldırılır.
  • Əsas arteriya kötüklərinin əllə (barmaqla, yumruqla) sümüklərə sıxılması. Arterial qanaxmalarda əsas magistral arteriyalar əllə, yaxud barmaqlarla müəyyən anatomik nöqtələrdə sümüklərə sıxılır.
  • Bu məqsədlə gicgah arteriyası qulaq keçəcəyinin önündə gicgah sümüyünə,xarici çənəaltı arteriya müvafiq tərəfdə arxa və orta 1/3-nin sərhəddində alt çənəyə,qoltuqaltı arteriya qoltuqaltı çuxurda bazu sümüyünün başına, bazu arteriyası bazunun yuxarı 1/3-də iç şırımda bazu sümüyünə və s. sıxılır.


    Yüklə 2,17 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə