Azərbaycan-Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü



Yüklə 287,88 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix02.06.2018
ölçüsü287,88 Kb.
#47309
1   2   3   4   5   6

31 mart    2016-cı il

http://www.amu.edu.az

7

Y

enicə  işıq  üzü  görən  “Şərəfli 



ömür yolu” kitabı tanınmış zi-

yalı, istedadlı jurnalist, gözəl insan 

Əsgər  Fərhad  oğlu  Əsgəroun  80 

illik  yubileyinə  həsr  olunmuşdur. 

Kitabda  yubilyarın  keçdiyi  çətin, 

lakin  şərəfli  ömür  yolu  haqqında 

qələm yoldaşları, dostları, qohum-

ları  və  onu  tanıyanlar  tərəfindən 

qələmə  alınmış  maraqlı  yazılar, 

həzin,  kövrək  xatirələr  toplan-

mışdır.  Kitaba  həmçinin  Əsgər 

müəllimin müxtəlif illərdə bir sıra 

mətbu  orqanlarda  dərc  olunmuş 

bəzi məqalələri və foto şəkillər də 

daxil edilmişdir.  

Yuxarıda  qeyd  etdiyimiz  kimi, 

Ə.Əsgərov  uzun  bir  həyat  yolu  ke-

çib. O, 1936-cı il martın 14-də Qərbi 

Azərbaycanın Ağbaba mahalının Qa-

raçanta  kəndində  ziyalı  ailəsində 

anadan  olub.  1944-1954-cü  illərdə 

doğma  kənddəki  7  illik  və  rayon 

mərkəzindəki  orta  məktəbdə  təhsil 

alıb.  1955-1960-cı  illərdə  V.İ.Lenin 

adına APİ-nin tələbəsi olmuş və tarix–

filologiya fakültəsini bitirmişdir. 

Elə  hamin  il  Yeniyol  kənd  8  illik 

məktəbində  dil-ədəbiyyat  müəllimi 

kimi  əmək  fəaliyyətinə  başlayan 

Ə.Əsgərov həmin vaxt Amasiya rayo-

nunun orqanı olan  “Kolxozçu trubi-

nası” qəzetində ədəbi işçi kimi işə gö-

türülmüşdür.  

Əsgər müəllim 1976-1978-ci illərdə 

Moskvaya Ali Partiya Məktəbinə təhsil 

almağa  göndərilmiş  və  1978-ildən 

1986-cı  ilə  kimi  “Sovet  Ermənistanı” 

qəzetində məsul katib işləmişdir. 

Geniş  erudisiyaya,  yüksək  əmək 

qabiliyyətinə  malik  olan  Əsgər 

Əsgərov  Bakıya  köçdükdən  sonra  da 

jurnalistlik  fəaliyyətini  dayandırma-

mışdır.  “Xalq  qəzetı”,  “Respublika”, 

“525-ci  qəzet”,  “Kredo”,  “Təbib”  və 

bir sıra tanınmış mətbu orqanlarında 

öz dəyərli yazıları ilə mütəmadi çıxış 

edir. 

Ə.Əsgərov hal-hazır da  Azərbaycan 



Tibb Uni ver sitetində əmək fəaliyyətini 

davam  etdirir.  Əvvəllər  universitetin 

“Təbib”  nəşriy yatında  baş  redaktor 

vəzifəsində  işləyən  Əsgər  müəllim 

hazırda  universitetin  Əsaslı  kitabxa-

nasında çalışır.

Ömrünü    milli  mətbuatımıza  həsr 

edən  Əsgər  müəllimin  bu  günlərdə 

80  yaşı  tamam  oldu.  Biz  də  “Təbib” 

qəzetinin kollektivi adından gözəl in-

san, fəal ictimaiyyətçi olan  əziz qələm 

dostumuzu  yubileyi  münasibətilə 

səmimi qəlbdən təbrik edir, ona bun-

dan  sonra  da  sağlam  can,  firəvan 

həyat arzulayırıq.

“Təbib” in əməkdaşları

“Şərəfli ömür yolu”

Bu günlərdə ATU-nun normal 

fiziologiya  kafedrasının professoru, 

tibb  elmlər doktoru Əhməd 

Kazımovun  60 yaşı tamam oldu. 

 

 

Əhməd   Hacı oğlu Kazımov 1956-cı 

il  martın  23-də  Qərbi Azərbaycanının 

Kalinino rayonunun  İlməzli kəndində 

müəllim ailəsində anadan olmuşdur. 

1973-cü ildə İlməzli kənd orta məktəbini 

əla qiymətlərlə bitirmişdir. 1974-cü ildə 

Nəriman Nərimanov adına Azərbaycan 

Dövlət Tibb İnstitutuna daxil olmuş və 

1980- ci ildə tibbi təhsilini müvəffəqiyyətlə  

başa vurmuşdur.  

Tibb  İnstitutunda  təhsil  aldığı 

dövrdə  institutun  içtimai  işlərində 

fəal  iştirak  etmişdir.  1980-1985-ci 

illər ərzində Azərbaycan Respublika-

sı Kurortlar İdarəsinin “Qızıl-qum” və 

“Abşeron”  sanatoriyalarında  həkim 

vəzifəsində  çalışmışdır.  1985-ci  ilin 

oktyabr  ayında  normal  fiziologiya 

kafedrasının  əyani  aspiranturasına 

daxil  olmuş  və  1988-ci  ildə  aspi-

ranturanı  müvəffəqiyyətlə  bitirmiş, 

Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin  əmri  ilə  normal  fizio-

logiya  kafedrasına  assistent  təyin 

edilmişdir. 1989-cu ildə İ.M.Seçenov 

adına  I  Moskva  Tibb  İnstitutu  ilə 

Rusiya 


Elmlər 

Akademiyasının 

P.K.Anoxin adına Normal Fiziologiya 

İnstitutunun  ixtisaslaşmış  müdafiə 

şurasında  “Mikroionoforez  üsulu 

ilə  tənəffüs  neyronlarının  mediator 

xüsusiyyətləri”  mövzusunda  disser-

tasiya  müdafiə  edərək  tibb  elmləri 

namizədi,  alimlik  elmi  dərəcəsini 

almışdır.  1988-ci  ildən  1993-cü  ilə 

qədər  normal  fiziologiya  kafedra-

sında  assistent,  1993-cü  ildən  isə 

kafedranın  baş  müəllimi  vəzifəsinə 

seçilmişdir.  Azərbaycan  Respublika-

sı Səhiyyə Nazirliyinin müvafiq əmri 

ilə  2002-2005-ci  illərdə  tədrisdən 

ayrılmamaqla Nərimanov rayonu Gi-

giyena və Epidemiologiya Mərkəzinin 

direktoru  vəzifəsində  çalışmış-

dır.  2007-ci  ilə  qədər  baş  müəllim, 

2007-ci  ildən  dosent  vəzifəsinə  se-

çilmişdir.      Ə.Kazımov  özünə  qarşı 

çox  tələbkar  və  daim  öz  üzərində 

çalışan  bir  mütəxəssisdir.  1993-

cü  ildən  2012-ci  ilədək  Bakı  şəhəri 

Əsəbi-ruhi dispanserin klinik neyro-

fiziologiya  laboratoriyasında  elekt-

rofiziolji  tədqiqatları  təşkil  etməklə 

diaqnostik  müayinələrə  rəhbərlik 

etmişdir.  Bu  məqsədlə  də  o,  elmi 

fəaliyyətini davam etdirmiş və 2013- 

cü  ildə  “Müxtəlif  hüdudi  vəziyyətlər 

və  funksional  musiqi  ilə  reablitasi-

ya  zamanı  gənclərin  elektroensefa-

loqrafik,  psixofizioloji  və  vegetativ 

xüsusiyyətləri” mövzusunda doktor-

luq  dissertasiyasını  müdafiə etmiş 

və  tibb  üzrə  elmlər  doktoru    elmi 

dərəcəsinə  layiq  görülmüşdür.  Hal-

hazırda  özəl  tibbi  klnikalarda  diaq-

nostik kompyuterlə EEQ-müayinələri 

davam etdirməklə praktik fəaliyyətlə 

də  məşğul olur.

2015-ci ildə müsabiqə yolu ilə nor-

mal fiziologiya kafedrasının profes-

soru vəzifəsinə seçilmişdir. Dəfələrlə 

dünyanın bir çox ölkələrində mötə bər 

simpozium  və  konfranslarda    ma-

raqlı  elmi  məruzələrlə  çıxış  edərək  

Azərbaycanı    layiqincə  təmsil  et-

mişdir.  Ə.Kazımov  1  tədris-metodik 

vəsaitin və 90 elmi əsərin müəllifidir. 

Bu  elmi  əsərlər  xarici  ölkələrin  çöx 

sanballı və mötəbər jurnallarında və 

respublika  mətbuatında dərc olun-

muşdur. Ə.Kazımov universitetin, ka-

fedranın ictimai həyatında fəal iştirak 

edir.  Bütün  fakültələrdə  Azərbaycan 

və  xarici  dillərdə  mühazirələrini 

aydın,  səliş,  sadə  və  maraq-

lı  şərh  etməklə  tələbələrin  diqqətini 

həddindən  artıq  özünə  cəlb  edir. 

Tədris  materiallarını  müasir  texna-

logiyanın  köməyi  ilə  slayd  və  ani-

masiyalardan  istifadə  etməklə  dün-

ya  tibb  elminin  ən  yeni  nailiyyətləri 

ilə  tələbələrdə    fənnə  canlı  maraq 

oyatmağı  və  onların  tibbi  dünya 

görüşlərini genişləndirməyi  bacarır. 

Təcrübə  dərslərini  müasir  tələblərə 

uyğun  şəkildə  özünəməxsus  baca-

rıqla  təşkil  edərək    diqqətə  çatdırır 

və dərin təcrübi-bacarıq vərdişlərini 

tələbələrə  aşılamaqla  onların  dərin  

hörmətini  qazanmışdır.  Onun  ən 

gözəl  keyfiyyətlərindən  biri  də  in-

sanı  dinləmək  mədəniyyəti,  yüksək 

dünyagörüşü,  tələbkarlığı  ilə  yana-

şı,  sadəliyi  və  gülərüzlü  olmasıdır. 

Ə.Kazımov  çox  intizamlı,  öz  işinə 

məsuliyyətlə yanaşan, ixtisasını dai-

ma artıran müəllimdir.  Təbabətlə ya-

naşi incəsənət, rəssamlıq və  musiqi 

sahəsindəki  istedad,  bacarıqları  da 

diqqətə layiq olmaqla  onu  tanıyan-

ları  valeh  edir. 

Evlidir,  3  övladı,  5  nəvəsi  var. 

Əhməd müəllim xöşbəxt insandır ki, 

xalqımızın ən əziz günü olan “Nov-

ruz bayramı”nda dünyaya  gəlmişdir. 

Tarixin bu günündə bir çox görkəmli 

şəxsiyyətlər anadan olmuşlar. Onlar-

dan biri də  bizim dostumuz Əhməd 

Hacıoğludur. 

Hörmətli  Əhməd  müəllimi  yubileyi 

münasibətilə səmimi qəlbdən təbrik 

edir, onu həmişə gümrah  və cavan  

görünməyi,  can  sağlığı  və  gələcək 

işlərində  yeni-yeni  uğurlara    imza  

atmağı  arzulayırıq.



Normal fiziologiya  kafedrasının 

əməkdaşları

 ABŞ virusoloqları təsadüfən her-

pesin müalicəsi üçün çox təsirli 

dərman kəşf ediblər: sən demə, 

ürəklə bağlı problemlər yaranan-

da istifadə olunan “spirolakton” 

preparatı herpesin müalicəsində 

də səmərəlidir. Məlum olub ki, 

artıq əlli ilə yaxın tibbi praktika-

da istifadə olunan bu preparatın 

öyrənilməmiş xüsusiyyətləri var.

AZƏRTAC  “planet-today.ru”  saytı-

na istinadla xəbər verir ki, Yuta Uni-

versitetinin  (Solt-Leyk-Siti)  əməkdaşı 

Sankara Svaminatanın rəhbərliyi ilə bir 

qrup alim herpes viruslarına qarşı yeni 

səmərəli vasitələrin axtarışı ilə məşğul 

olublar. Təcrübələr göstərib ki, “spiro-

lakton” yoluxmuş hüceyrənin içindəki 

virus  hissəciklərinin  toplanmasının 

son fazasını pozur. Bu da virusun in-

kişafının və başqa hüceyrələrin yolux-

masının qarşısını alır.

Sankar  Svaminatan  deyib:  “Spi-

rolakton”  Epşteyn-Barra  virusunu, 

habelə  başqa  herpes  viruslarını,  o 

cümlədən  insanların  dodaqlarında 

əmələ gələn sadə herpesi çoxalmağa 

qoymur. Qəribədir ki, yaxşı öyrənildiyi 

düşünülən  bu  preparatın  belə 

xüsusiyyətləri var”.

Təyinatı başqa olduğu üçün çox-

saylı  əlavə  təsirləri  olan  “spirolakton” 

hələlik  herpesin  müalicəsinə  yararlı 

deyil, amma mütəxəssislər bu dərman 

əsasında  heç  bir  əlavə  təsiri  olma-

yan  yeni  dərman  hazırlamağa  ümid 

bəsləyirlər.

Ürək preparatı herpesin 

müalicəsində də effektlidir

  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası    2016-cı  il  aprelin  3-də 

2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında 

həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul im-

tahanının I mərhələsini keçirəcək.

TQDK-nın mətbuat xid mətindən verilən mə lumata görə, namizədlər mar-

tın 29-dan etibarən öz elektron ərizələrinə daxil olaraq “Namizədin imtaha-

na buraxılış vərəqiəsi”ni çap edə bilərlər. Məlumat üçün bildiririk ki, imta-

handa iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2016-cı il martın 

1-dən 10-dək aparılıb və 1239 nəfər namizəd elektron ərizə doldurub və 

təsdiq edib. Onlardan 853 nəfəri qız, 386 nəfəri isə oğlandır. 1085 namizəd 

Azərbaycan bölməsinin, 154 namizəd isə rus bölməsinin məzunudur.

TQDK-dan rezidentura 

imtahanı barədə açıqlama

Əhməd Kazımov 

-

60




http://www.amu.edu.az

31 mart    2016-cı il

Stomatologiya fakültəsinin II kurs, 720

a

 qrup tələbəsi 



Gündoğdu  Sertaçın adına verilmiş Azərbaycan Res-

publikasının  ərazisində  müvəqqəti  yaşamağa  görə 

verilən icazə vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Quliyeva  Gülnar  Bəşir  qızına  2008-ci  ildə 

Azərbaycan Tibb Universiteti tərəfindən terapevt ix-

tisası  üzrə  verilmiş  internatura  vəsiqəsi  itdiyi  üçün 

etibarsız sayılır.

Quliyeva Gülnar Bəşir qızına məxsus əmək kitabça-

sı itdiyi üçün etibarsız sayılır.

Şirinova Vəfa Sahib qızının adına 1995-ci ildə veril-

miş orta təhsil haqqında attestat itdiyi üçün etibarsız 

sayılır.


Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 302

Azərbaycanda adətə görə Novruz 

bayramında göyərdilən səməni 

yazın gəlməsinin, təbiətin can-

lanmasının, əkinçiliyin rəmzidir. 

Azərbaycan kəndlisi səməni 

göyərtməklə növbəti təsərrüfat 

ilinə bərəkət, bolluq arzulamış, 

bayrama dörd həftə qalmış, hər 

çərşənbə axşamı və bayram günü 

tonqal qalamaqla, mahnı (“Gün, 

çıx!” nəğməsi və s.) qoşmaqla 

oda, atəşə, günəşə olan etiqad 

və inamını ifadə etmişdir. Bütün 

bu mərasimlər İslamdan çox-çox 

əvvəl mövcud olmuş qədim şərq 

ənənələrinin davamıdır.

Novruz 


bayramı 

qaba-


ğı  adətən  evdə,  həyətdə  abadlıq, 

təmizlik  işləri  aparılır,  ağac  əkilir 

və s. Novruz bayramında şirniyyat 

növləri (qoğal, külçə, fəsəli, paxla-

va, şəkərbura, şəkərçörəyi və s.) və 

plov bişirilir. Rəngbərəng yumurta 

boyanır, məcməyi və sinilərdə xon-

ça  bəzənir,  şam  yandırılır,  tonqal 

qalanır, səməni qoyulur, ölənlərin 

xatirəsi  yad  edilir,  küsülülər  ba-

rışır,  qohum-qonşular  bir-birinə 

qonaq  gedir,  pay  göndərirlər. 

Aşıqlar baharı mədh edir. Oğlan və 

qızlar təzə paltar geyib çalıb oyna-

yır,  yallı  gedirlər.  Cavanlar  at  ça-

pıb, güləşir, küştü tuturlar. Novruz 

bayramında  “haxışta”,  “bənövşə”, 

“kos-kosa” oynayırlar.

Novruz  bayramında  süfrədə 

yalnız  acılıqdan,  şorluqdan  uzaq, 

şirniyə  baxan  xörəklər  olmalıdır. 

Şirniyyatlardan  şəkərbura,  paxla-

va,  badamburma,  ballıbadı  və  s. 

saymaq  olar.  Adətə  görə  süfrəyə 

“s” hərfi ilə başlayan 7 növ ərzaq 

qoyulur. Su, süd, səməni, sünbül, 

sucuq,  siyənək  balığı,  süzmə  və 

sairə də bayram süfrəsinin bəzəyi 

olur.

Azərbaycan Tibb Universiteti-



nin Tədris Cərrahiyyə Klinika-

sında Azərbaycan Qızıl Aypara 

Cəmiyyətinin (AzQAC) 96 illiyinə və 

Novruz bayramına həsr olunmuş 

qanvermə aksiyası keçirilib.

Görüşü  açıq  elan  edən  ATU-nun 

Tədris  Cərrahiyyə  Klinikasının  baş 

həkimi  Asiman  Həsənov  qonaqla-

rı  qarşıdan  gələn  Novruz  bayramı  və 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin 

fəaliyyətinin  96  illiyi  münasibətilə 

təbrik  edib.  Onlara  can  sağlığı,  uzun 

ömür,  uğurlar  diləyib.  Daha  sonra 

Tədris  Cərrahiyyə  Klinikasının  gör-

düyü işlər haqqında məlumat verən 

A. Həsənovun sözlərinə görə, klini-

kanın  fəaliyyəti  3  əsas  istiqamətdə 

qurulub.  Birinci  diaqnostik-cərrahi 

müalicə,  ikinci  tədris,  üçüncü  isə 

elmi fəaliyyətdir.

A.Həsənov klinikanın ən müasir 

tibbi  avadınlaqlarla  təchiz  edildiyini 

və  burada  savadlı  mütəxəssislərin 

çalışdığını  da  söyləyib.  Baş  həkim 

Qızıl Aypara Cəmiyyətinin indiyədək 

həyata keçirdiyi bir çox belə xeyriyyə 

aksiyalarını dəstəklədiklərini, gələcəkdə 

Tədris  Cərrahiyyə  Klinikasının  belə 

layihələrdə  mütəmadi  olaraq  iştirak 

edəcəyini də vurğulayıb. AzQAC-ın ic-

raçı katibi Ceyhun Mirzəyev təbrikə və 

xoş münasibətə görə təşəkkür edib. O, 

Qızıl  Aypara  Cəmiyyəti  haqqında  qısa 

məlumat verib və bütün universitetlərdə 

fəaliyyət göstərdiklərini bildirib: “Bu sı-

raya  ATU-nun  da  daxil  olmasına  çox 

sevindik”.

AzQAC-ın  icraçı  katib  müavin-

lərin dən  Səbinə  Məhbubi  görüşdə 

cəmiyyətlərinin  nəinki  ölkə  daxilində, 

həmçinin  ölkədən  kənarda  da  tanın-

dığını  qeyd  etdi.  Gördüyümüz 

işlər artıq beynəlxalq səviyyəyə 

də  çatıb.  “Biz  işlədiyimiz 

hər  müəsisənin  tələblərinə, 

şəraitinə  uyğun  olaraq  öz  işi-

mizi  qura  bilirik.  Və  bu  bizə 

gələcək  işlərimizdə  heç  bir 

problemin 

yaşanmamasına 

imkan verir”.

Görüşdə  həmçinin  AzQAC-

ın  icraçı  katib  mü avin lərindən 

Sabah  Şayev,  Azərbaycan  Qı-

zıl  Aypara  Cəmiyyətinin  Tibb 

Universiteti  komitəsinin  sədri  Şahrud 

Əhmədov,  ATU-nun  Tədris  Cərrahiyyə 

Klinikasının  qan  bankının  müdiri  Sev-

da  Quliyeva,  Ürək-damar  cərrahiyyəsi 

şöbəsinin müdiri Mirəli Məcidov, Anes-

teziologiya şöbəsinin müdiri Cavid Pa-

şayev də iştirak ediblər.

Daha  sonra  Tədris  Cərrahiyyə 

Klinikasında  qanvermə  aksiyası  keçi-

rilib.  Məlum  olduğu  kimi,  Azərbaycan 

Qızıl  Aypara  Cəmiyyəti  ölkənin  ən  iri 

xeyriyyə  təşkilatlarından  biridir.  Qu-

rum  xüsusilə  xəstə  uşaqlar  üçün  qan 

toplanması  ilə  bağlı  dəfələrlə  müxtəlif 

tədbirlər  təşkil  edib.  Tibb  Universiteti 

də  öz  növbəsində,  daim  belə  xe-

yirxah  təşəbbüslərə  dəstək  olub. 

Belə  ki,  indiyədək  ATU-nun  Tədris 

Cərrahiyyə  Klinikasında  dəfələrlə 

belə ortaq qanvermə aksiyaları təşkil 

olunub.


Azərbaycan 

Qızıl 


Aypa-

ra  Cəmiyyətinin  Tibb  Universi-

teti  komitəsinin  sədri  Şahrud 

Əhmədovun  sözlərinə  görə,  bu  gün 

keçirilən qanvermə aksiyasında 100-

ə yaxın donor iştirak edib. “Universi-

tetin tələbə və rezidentləri, həmçinin 

həkimlər  qan  xəstəliyindən  əziyyət 

çəkən insanlara yardım məqsədilə kö-

nüllü donor qismində çıxış edirlər. Biz 

azacıq da olsa, bu insanlara kömək edə 

bildiyimiz üçün çox sevinirik” - deyə, o 

bildirib. Ş.Əhmədov həmçinin aksiyanın 

keçirilməsinə  şərait  yaratdığına  görə 

ATU rəhbərliyinə təşəkkür edib.

Onun  sözlərinə  görə,  təşkilat  bu 

sahədə fəaliyyətini davam etdirəcək və 

gələcəkdə  Tibb  Universiteti  ilə  birgə 

digər tədbirlər keçirməyi də planlaşdı-

rır.


ATU-nun mətbuat xidməti

Novruz bayramı Azərbaycanda

ATU-da Qanvermə aksiyası

  

Elimizin  ən  qədim  bayramlarından  olan 



Novruzu nəinki yerli tələbələr, hətta xarici 

tələbələr də qeyd edir.

ATU-da  təhsil  alan  əcnəbi  tələbələr  də 

İlaxır çərşənbədə şənlik təşkil edib.

ATU-nun  beynəlxalq  əlaqələr  üzrə  pro-

rektotu  Rəhimə  Qabulova  şənlikdə  işti-

rak  edərək,  xarici  tələbələrə  Novruz  bay-

ramı  haqqında  genş  məlumat  verib,  adət 

ənənələridən danışıb.

Şənlikdə  ATU-nun  xarici  tələbələrlə  iş 

üzrə  dekanı  İsmayıl  Əfəndiyev  və  dekan 

müavinləri də iştrak edib.



ATU-nun xarici 

tələbələri ilaxır 

çərşənbəsini qeyd etdi

Yaz yağışı zirvələrə ələnir,

Dağ– dərələr çən- dumana bələnir.

Aşıqların döşündə saz dillənir, 

Deyir: bahar ömrümüzə nur bəzə,

Xoş gəldin Novruzum, xoş gəldin bizə. 

Yolunu gözləyir şən ellərimiz

Məzarda uyuyan şəhidlərimiz.

Qədəm qoy azalsın ələmlərimiz, 

Həmdəm ol, məlhəm et kədərimizə,

Xoş gəldin Novruzum, xoş gəldin bizə.

 

Müjdən olsun xəfif əsən küləklər, 



Xonça tutsun, şam yandırsın mələklər.

 Niyyət etsin, kama yetsin diləklər, 

Sevinc, fərəh bağışla qəlbimizə,

Xoş gəldin Novruzum, xoş gəldin bizə. 

Qapı pusaq, kömək olsun Yaradan,

 Süfrə açaq noğul, şəkərburadan.

 Pay götürüb Qarabağdan, Şərurdan 

Adın anıb, qonaq gedək Təbrizə,

Xoş gəldin Novruzum, xoş gəldin bizə.

 Bu bir ildə küsən varsa barışsın,

Tonqal çatıb dövrəsində yarışsın.

 Zurna- qaval bir- birinə qarışsın, 

Qol qaldırıb kosa versin şux məzə,

Xoş gəldin Novruzum, xoş gəldin bizə.

Mənsur  

1991-ci il.



Xoş gəldin Novruzum!

Yüklə 287,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə