Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə74/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   70   71   72   73   74   75   76   77   ...   90

downloaded from KitabYurdu.az
 
151 
295).  Ermənistanda Şira k  rayonunun adında bu türk etnonimi  indiy ədək qalmışdır 
(ba x: 3). Erməni tarixç iləri şirakları İrandilli saydıqlarına görə, bu ad dəyişdirilmir. 
 
Şirakların  digər  hissəsi  Albaniyada  Qanıx  (Alazan)  və  Qabırrı  (İori) 
çayların ın  arasında  məskun  idi.  ―Alban  tarixi‖ndə  bu  əyalət  A lbaniyanın  mahalı 
kimi  çəkilir  və  onun  xristian  ruhanisinin  478-ci  ildə  Alban  kilsə    yığıncağında 
iştirak  etdiy i  göstərilir  (―Alban  tarixi‖,  III  kitab,  16-cı  fəsil)  .  İndi  bu  əyalət 
Gü rcüstana  aiddir  və şirak  etnonimin i  əks  etdirən  ―Şirak  dü zü‖  nün  adında  qalır. 
 
Maraqlısı  odur  ki.  sirak  tayfasının  adı  toponimlərdə  həm  də  Çiraklı 
(Siraklı,  Şiraklı)  kimi  qalmışdır.  A zərbaycanda  Çiraqlı  adlı  4  kənd  vardır.  Keçən 
əsrin sonlarında Qafqazda ―çirak‖ etnonimi  ilə bağlı  11 toponim vardı  (153,  285). 
XIX əsrin  70-ci  illərində Azə rbaycanda 79 ailədən  ibarət bir  maldar tayfa  Çiraq lı 
adlanırdı.  Qeyd edilməlidir  ki, Dağ ıstanda və Şimali  Qafqazda bu etnonimlə bağlı 
Çirakçay, Çiraq, Çiraqçi və s. coğrafi adlar vardır (153, 285).  
 
 
De mə li,  hələ  e radan  əvvəl  şima ldan  gəlmiş  türk  şira kla r  –  ç iraqla rın  b ir 
hissəsi  Azərbaycanda  məskunlaşmış  və  şübhəsiz,  azə rbaycanlıların  etnogenizində 
müəyyən rol oynamışlar.    
 
 
 
 
 
Albaniyanın  etnik  tarixin in  d igər  iştirakçısı  türkmənşəli  qədim  şamake 
tayfasıdır. Azə rbaycanlıla rın  mənşəyinə dair qondarma  konsepsiyaya uyğun olaraq 
Şirvan və Şamaxı toponimləri də  Qafqazmənşəli və İran mənşəli sayılır. ―Şamaxı‖ 
adının  hətta  ərəbmənşəli  olduğunu  yazanlar  da  olmuşdur,  halbuki  b ir  ş əhər  kimi 
Kemaxiya  fo rmasında  Şamaxı  toponimin in  adı  hələ  II  əsrdə  Ptolemey  tərəfindən 
çəkilmişdir. İndi artıq şübhə doğurmur kimi, ―Şamaxı‖ toponimi şamake tayfasının 
adındandır.  Bu  tayfanın   adı  V-  VII  əsrlərə  aid  qədim  erməni  mənbələrdə  ijmax 
(ijemax) kimi çəkilir. Lakin onun etnik mənsubiyyəti haqqında heç nə məlu m deyil. 
Tayfanın  türkmənşəli  olması  yalnız  etnonimik  və  toponimik  paralellər  əsasında 
sübut edilir.  
 
 
 
 
 
 
 
 
İlk dəfə o laraq  I əsr  müəllifi Plini haradasa Şimali Qafqazda kamak adlı 
bir  tayfanın  yaşadığını  qeyd  edir  (Plini,   VI,  21).  Yunan  və  latın  dilində  ―ş‖  səsi 
olmadığına görə, antik  müəlliflər ―ş‖ səsi ilə başlanan adları ―s‖ və ―k‖ səsləri  ilə 
verird ilə r. Ona  görə də  Plin inin  qeyd etdiyi ― ka ma k‖  etnonimi ―şama k‖ kimi b ərpa 
olunur.  Müqayisə  üçün  deyək  ki,  Ptolemey  də  A lbaniyada  ―Şamaxı‖  toponimi 
Kemaxiya  kimi  yazmışdır.  Plini  yazır  ki,  (Plini,  VI,  50)  kamaklar  v ə  saklar  Orta 
Asiyada  Yaksart  (Sir  –  Dərya)  çay ının  arxasında  da  yaşayırlar.  Həq iqətən  də 
qaza xlarda  mənşəcə  saklarla  bağlı  o lan  şomakey,  qa raqalpaqlarda  şama k, 
türkmənlərdə  şamak,  qırğızlarda  şamake,  şamaka  adlı  türkdilli  tayfalar  indi  d ə 
vardır (bax: 85). Bu radan belə nəticəyə gəlmək olar ki, Plin inin Orta Asiyada qeyd 
etdiyi  kamak  tayfası  indiyədək  şamake  kimi  qalmaqdadır.  Xarəzmdə  və 
Türkmən istanda  Şamaxaqala  adlı  iki  qala  xarabalıqları  da  vardır.  Maraqlıdır  ki, 
Orta  Asiyada  həmin  Şa ma xaqala lar  Şirvanqala larla  yanaşıdır  (170).  Yu xa rıda  biz 
Şirvan tayfası haqqında danışmış və onları mənşəcə saklarla əlaqələndirmişik.  
 
Şamak tayfasının Albaniya ərazisində tarixi  məlu m deyil.  II əsrdə Şamaxı 


downloaded from KitabYurdu.az
 
152 
adlı şəhər vardısa, onda bu tayfa eradan əvvəl burada yaşayırdı.  Qeyd edilməlid ir 
ki,  e rkən   orta  əsrlə rdə  Şima ki  adlı  yaşayış  məntəqəsi  Cənubi  Azərbaycan 
ərazisində, Şamak ad lı kənd Tatarıstanda var idi. 
 
 
 
 
Bu  qısa  məlu matdan  aydın  olur  ki,  ―Şamaxı‖  toponiminin  və  şəhərin  ilk 
sakinlərinin İrandilli sayılması fikri yanlışdır.  
 
 
 
 
Albaniyanın  türkmənşəli  tayfalarından  biri  də  qarqarlar  id i.  Bu  barədə 
əvvəlki  əsərlərimizdə  ətraflı  yazd ığımıza  görə  (85),  təkrar  etmirik.  Rus 
tədqiqatçıları qarqarları Qafqa zdilli sayırlar (P.K.Uslar, E.İ.Krupnov, A.Q. Şan idze , 
N.Q.  Vo lkova və  b.). A zərbaycanda bu fikri İq rar Əliyev və Fə ridə Mə mmədova 
müdafiə  edirlər.  Bu,  tamamilə  səhv  fikird ir,  heç  olmasa  ona  görə  ki,  qarqarlar 
Cənubi  A zərbaycanda  və  Orta  Asiyada  da  yaşamışlar  (ba x:  85),  ora larda  is ə 
Qafqa zdilli əha li ola b ilmə zdi.  
 
 
 
 
 
 
Albaniyada  qarqarlar  üç  bölgədə  yaşayırdılar:1.Yu xarı  Qarabağda. 
―Qarqardağ‖ və ―Qarqarçay‖ toponimləri, Gədəbəy rayonunda Qarqar ad ının təhrif 
formaları  olan  Gərgər,  Herher,  Xarxar  kənd  adları  qarqarların  bu  hiss əsi  ilə 
əlaqədardır; 2.Albaniyanın şimal – şərq bölgəsində İbn Xordadbeh (IX əsr) Şabran 
və Dərbənd arasında  Karkar ad lı ş əhəri qeyd edir (I,  18);  3. Albaniyanın  şima l  – 
qərbində (―Alban tarixi‖ , I,  kitab,  27-c i  fəsil).  Qəbələ  rayonunun ərazisində keçən 
əsrdə ―Qarqar‖ etnonimini əks etdirən ―Xarxar-  xaraba‖ adlı kənd  xarabalığı qeyd 
olunmuşdur.  ―Qarqar‖  etnonimini  əks  etdirən  ço xlu  kənd  adları  Cənubi 
Azərbaycanda vardır (ba x: 200).    
 
 
 
 
 
Eranın ilk əsrlərində Albaniyada bir türk tayfası kəngərlər idi. Mənbələrdə 
bu  tayfanın  adı  V  əsrdən  çəkilir.  Onlar  həm  Naxçıvan  bölgəsində,  həm  də 
Albaniyanın  qərbində  və  Ermənistanda  məskun  idilər.  XIX  əsrdə  Azərbaycanda 
qazaxların b ir tayfası Kəngərli adlanırdı. Kəngərli toponimləri də bu tayfanın  adını 
əks etdirir (bax: 2; 3; 85).   
 
 
 
 
 
 
Albaniyanın VII-X əsrlərə aid  toponimləri əsasında biz erkən o rta əsrlərdə 
Qarabağda  peçenek  adlı  türk  tayfasının  yaşadığını  müəyyən  etmişik  (bax:  2;  85). 
Maraqlısı odur ki, peçeneklərin   Cənubi  Rus çöllərində (X əsrə aid   mənbədə qeyd 
olunmuş)  Qarabaq,  Qapan,  Göyərçi  və  Çur  tayfalarının  (26)  adların ı  əks  etdirən 
toponimlə r  erkən  orta  əsrlərdə  Albaniyada  və  Ermənistanda  vardı.  XIV  əsrdən 
mə lu m olan ― Qarabağ‖ toponimi  məh z peçeneklərin  Qarabağ tayfasının adın ı ə ks 
etdirir.  Bu  toponimi  başqa  cür  izah   edənlər  yanılırlar.  Albaniyada  VII  əsrdə 
―peçenek‖ etnonimini əks etdirən   mahal adları barədə biz ətraflı danış mışıq (bax: 
2;  85).  Peçeneklər  oğuz  mənşəli  etnos  idi  (70,  V,  91)  və  ona  görə  Alban  türk 
dilində oğuz dillə ri üçün səciyyəvi ünsürlər olmalı idi. 
 
 
 
Eranın ilk əsrlərində Albaniyanın  şimal şərqində, Dərbənddən cənubda bir 
şəhər  Çol,  Çul  adı  ilə  məlu mdur.  Bu  toponimi  Qafqazdilli  hesab  edirdilər.  Lakin 
biz  ço xdan  bu  adın  Albaniyada  yaşamış  türkmənşəli  Çu l  tayfasının  adını  əks 
etdirdiyin i  və  etnonimin   indiyədək  Çullu  kəndlə rin in  adla rında  sa xlandığ ını 
demışık (bax: 2; 3; 85).  Qədim  toponimlər  əsasında  Albaniyada  Aran  ad lı  türk 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə