Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə108/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   104   105   106   107   108   109   110   111   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
270
Molla Bay 
(Babay) oba
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Cek 
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyildir.
Molla Bürhanlı
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Cek 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Qımılqışlaq kənd inzibati-ərazi dairəsinə daxildir.
Molla Kamallı
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Boyat 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Təzəkənd  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Moskva
- şəhər, feodal-knyazlığın tarixi mərkəzi, sonradan vahid rus 
dövlətinin  paytaxtı.  Rusiya  İmperiyasının  iri  şəhəri,  1918-ci 
ildən RSFSR-in, daha sonra SSRİ-nin paytaxtı. Hazırda - Rusi-
ya Federasiyasının paytaxtı.   
Möhüc
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
eyniadlı  cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda 
Quba  rayonunun  Aşağı  Tüləkəran  kənd  inzibati-ərazi  dai-
rəsinə daxildir.
Mürsəli-Qışlaq
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin Aşağı Əlik 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.
Mürşid-Oba
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Xaçmaz 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Nərəcan kənd inzibati-ərazi dairəsinə daxildir.
Müzəffər-Oba
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Cek 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Müşkür kənd inzibati-ərazi dairəsinə daxildir.
Nabur (Naburlu)
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Xaçmaz 
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyildir.
Nardaran
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Siyəzən 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Siyəzən 
rayonunun Beşdam kənd inzibati-ərazi dairəsinə daxildir.
Nəcəfkənd
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  Həzrə 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun Gilah kənd inzibati-ərazi dairəsinə daxildir.
Nərəcan
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin eyniadlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun eyniadlı  kənd inzibati-ərazi dairəsinə daxildir.
Nudin (Nöydün)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Nöydün 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun Şuduq kənd inzibati-ərazi dairəsinə daxildir.


271
Nüğədi
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
eyniadlı cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda 
Quba  rayonunun  eyniadlı  (Birinci-Nügədi)  kənd  inzibati-
ərazi dairəsinə daxildir.
Okur (Ukur)
-  Quba  qəzasında  kənd,  Rustov  polis  nahiyəsinin  Ukur 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun Mucuq kənd inzibati-ərazi dairəsinə daxildir.
 Padar
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qaraqur-
dlu cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Rəhimli  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Palçıqlı-Oba 
(Palçıqoba)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qusarçay 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Çinartala  kənd inzibati-ərazi dairəsinə daxildir.
Petrovsk
-  şəhər,  Dağıstanın  paytaxtı  Mahaçqalanın  köhnə  adı. 
Məntəqə  kimi  əsası  1844-cü  ildə  qoyulmuşdur.  Dağlılar 
arasında  kumık  dilində  Ənci-Qala  (Torpaq  qala)  adı  ilə 
tanınan Pokrovsk rus hərbi istehkamı olmuşdu. 1722-ci ildə 
İran səfəri zamanı I Pyotrun ordusunun bu yerdə  düşərgə 
salması ilə bağlı olaraq, 1857-ci ildə istehkam şəhər statu-
sunu və liman şəhəri kimi Petrovsk adını almışdır. 1921-ci ildə 
şəhərin adı dəyişdirilərək Dağıstan inqilabçısı Mahaç Daxa-
dayevin  (1882-1918)  şərəfinə    Mahaçqala  adlandırılmışdır. 
Sonralar  Dağıstan  Muxtar  SSR-nın,  daha  sonra  Rusiya 
Federasiyası Dağıstan Res-publikasının paytaxtı olmuşdur.
Rəhimli
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Boyat 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  eyniadlı  kənd  inzibati-ərazi 
dairəsinə daxildir. 
Rustov
-  Quba  qəzasında  kənd,  Rustov  polis  nahiyəsinin    Rustov 
cəmiyyətinə  daxil  olub,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Sağolcan (Sağlıcan)
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Sədan 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Siyəzən 
rayonunun Sədan kənd inzibati-ərazi dairəsinə daxildir.
Sarvan
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Quşçu 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Çölquşçu  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Sayad
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Qalağan kənd inzibati-ərazi dairəsinə daxildir.
İnzibati-coğrafi adların göstəricisi


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə