Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə107/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   104   105   106   107   108   109   110   111   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
268
Qaraqurdlu
- Quba qəzasında kənd,  Müşkür polis nahiyəsinin eyniadlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Qaraçı kənd inzibati-ərazi dairəsinə daxildir.
Qasım qışlaq
-  Quba  qəzasında  kənd,  5-ci  Fəthibəy  polis  nahiyəsinin 
eyniadlı cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda 
Quba rayonunun Zərqava kənd inzibati-ərazi dairəsinə da-
xildir.
Qərə (Qərəh) 
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Əlixanlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən 
rayonunun Məşrif kənd inzibati-ərazi dairəsinə daxildir. 
Qiblə-Qrız (Qrız) 
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Quba 
rayonunun Əlik kənd inzibati-ərazi dairəsinə daxildir. 
Qımıl-Qışlaq
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin Üçqün 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Qıraqlı
-  Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonu Çinartala kənd inzibati-vahidinə daxildir. 
Qızıl Burun
-  Vladikavkaz  dəmir  yolunda  stansiya  və  Quba  qəzasında 
eyniadlı kənd, Dəvəçi polis nahiyəsinə  daxil idi, talana məruz 
qalıb. Sonralar Siyəzən şəhərinə birləşib. 
Qobu-qıraqı
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.  
Quba  
-  şəhər,  XV  əsrdə  yaradılmış,  1735-1810-cu  illərdə  Quba 
xanlığının  paytaxtı  olmuşdur.  1813-cü  ildə  Türkmənçay 
müqaviləsinə  əsasən  Rusiyanın  tərkibinə  keçmiş  Quba 
xanlığının,  Quba  əyalətinin,  sonradan  isə  eyni  adlı  qəza-
nın  inzibati  mərkəzi  olmuşdur.  1846-cı  ildən  qəza  şəhəri 
olmuşdur.  1918-ci  ilin  aprel-may  aylarında  talana  məruz 
qalmışdır. 1930-cu ildə Azərbaycan SSR-nin eyni adlı rayo-
nunun  inzibati  mərkəzi  olmuşdur.  Hazırda  Azərbaycan 
Respublikasının eyniadlı rayonunun inzibati mərkəzidir.
 Quba qəzası
- keçmiş Quba xanlığının ərazilərində yaranmış, 1806-cı ildə 
Rusiyaya tabe edilmiş və Quba əyalətinə çevrilmiş inzibati-
ərazi vahid. 1840-cı ildə yeni yaradılmış Quba qəzası Dərbənd 
quberniyasının, 1860-cı ildə isə Bakı quberniyasının tərkibinə 
daxil  edilmişdir.  1929-cu  ildə  Sovet  hakimiyyəti  tərəfindən 
ləğv edilən Quba qəzası eyniadlı dairəyə çevrilmiş, 1930-cu 
ildə isə 4 rayona bölünmüşdür: Quba - mərkəzi Quba şəhəri, 
Qusar - rayon mərkəzi Hil (1934-cü ildən Qusar), Dəvəçi - 
rayon mərkəzi Dəvəçi, Xaçmaz - rayon mərkəzi Xaçmaz.


269
Qudurmes
- Vladikavkaz dəmir yolunda stansiya və stansiyanın yanın-
da  eyniadlı  kənd.  Hazırda  –  Rusiya  Federasiyası  Çeçen 
Respublikasında şəhər. 
Qusar (Qusarçı) 
- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Həsən-Qala 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Sonralar  Qusar 
şəhəri ilə birləşib. 
Qusar
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  1934-cü  ildən 
1930-cu  ildə  yaradılmış  Qusar  rayonunun  rayon  mərkəzi, 
1938-ci ildə şəhər statusu almışdır. Hazırda Qusar şəhəri - 
Azərbaycan  Respublikasının  eyniadlı  rayonunun  inzibati 
mərkəzidir.
Quyu Bulaq
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Əlixanlı 
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd  
mövcud deyildir.
Laman
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qaraqurt 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Qaraçi kənd inzibati-ərazi dairəsinə daxildir.
Ləcət
-  Quba  qəzasında  kənd,  Qusar  polis  nahiyəsinin  Həzrə 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Qusar 
rayonunun Həzrə kənd inzibati-ərazi dairəsinə daxildir.
Ləcət-Oba 
(Ləcət) 
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  eyniadlı 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Mahmud-Qışlaq
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Aşağı 
Əlik cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba 
rayonunun Zərqava kənd inzibati-ərazi dairəsinə daxildir.
Maşi-Oba
-  Quba  qəzasında  kənd,  Müşkür  polis  nahiyəsinin  Cek 
cəmiyyətinə  daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz 
rayonunun Qımılqışlaqlı kənd inzibati-ərazi dairəsinə daxil-
dir.
Mehrəli-Qışlaq
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik 
cəmiyyətinə  daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Xaçmaz 
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.
Meytaplı
-  Quba  qəzasında  kənd,  Dəvəçi  polis  nahiyəsinin  Boyat 
cəmiyyətinə    daxil  idi,  talana  məruz  qalıb.  Hazırda  Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun  Rəhimli  kənd  inzibati-ərazi 
dairəsinə daxildir.
Mirzə Məmməd-kənd - Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin Zizik 
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba rayo-
nunun Vladimirovka kənd inzibati-ərazi dairəsinə daxildir.
İnzibati-coğrafi adların göstəricisi


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə