18
(Azərbaycanın müxtəlif nöqtələrindən və müxtəlif müəssisələrdən alınmış teleqramları oxuyur).
Sədr — Ruzinameyi-müzakiratda olan məsələlərə keçəlim. Söz Vükəla rəisinindir.
(Fətəli Xan Xoyski mərkəz və sağların gurultulu alqışları arasında kürsüyü-xitabata çıxır).
Fətəli Xan — Möhtərəm Azərbaycan parlamenti əzası! Bu günkü gün Azərbaycan üçün boyük, əziz
mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə
aldınız. Hökumət vəkalətilə özümüzü də sizinlə bərabər təbrik edirəm. (Alqışlar). Hökumətin borcudur
hüzurunuzda olsun, əski fəaliyyəti və hanki övza altında işlədiyini sizə ərz etsin. Mən bu gün hər nəzarət
haqqında sizə məlumat verə bilərəm. Ancaq mən bu gün hökumətin tarixini və nə kimi övza altında təşkil
etdiyini ərz edəcəyəm. Azərbaycan hökuməti o vaxt təşkil etdi ki, Gürcüstan Zaqafqaziyadan ayrılıb elani-
istiqlal etmiş idi. O bir məqam idi ki, Türkiyə ilə Hənuz hərb halında idik. Sülh əhdnamələri hənuz
bağlanmamışdır. Batumda sülh müzakirəsi gedirdi. O vaxt Qafqaziya cəbhəsinin təsviyyəsi və Türkiyə ilə
mübahisəli məsələlərin həlli lazım idi. Xarici işlərimiz belə, daxili işlərimiz məlumdur. Bir vaxt idi ki, bir
kənddən o biri kəndə getmək qorxulu idi, gecə yatanda sabaha çıxmaq ümidi yox
[38 - 39]
idi. Heç kəsin irz və
namusu əmniyyətdə deyil idi. Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər
gəldi, dəmir yolları təmamilə yatmışdı. Poçta, teleqraf yox idi, Bir kağız yollamaq mümkün deyil idi. O vaxt idi
ki, maliyyatdan hökumət əlində heç bir şey yox idi. Hökumətə lazım olan idarələrin hamısı başdan-başa
dağılmış idi, xidmətçilər qaçmışdılar. İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-on adam yığıb
hökumət bir qanun düzəltmiş idi . Güclü olanlar özünü ağa hesab edirlərdi. Daxili işlər böylə ikən Azərbaycan
istiqlalı elan edilmiş isə də, heç bir hökumət tərəfindən təsdiq edilməmişdi. O zaman bütün Azərbaycan
tərəfindən seçilmiş milli komitə (soldan: doğru deyil!) bu hökuməti təyin edib idarə işlərini ona tapşırdı. Məni
rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdnaməsi tezlik ilə bağlandı. Bununla bərabər hökumət qanun və
qayda barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə
məcbur idik, lakin bunu da edə bilməz idik. Ona binaən bir qüvvəyə lüzum görürdük, sülh müzakirəsi vaxtı
türklərdən bir qədər əsgər almaq iltizam edildi. Sülhnamədə bir fəsl var ki, Azərbaycan hər vaxt lazım görsə
müdafiə hüququ üçün Türkiyə bir qədər əsgər versin. hökumət bu carəyə təvəssül etdi. Ozünüz bilirsiniz
Türkiyə öz borcunu yerinə yetirdi. Qonşumuzun köməkliyi ilə mümkün olmayan bir çox şeylər çətinlik ilə
yavaş-yavaş əldə edilirdi. Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz
idi. Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə ondan gemək istədik. Bu altı ay müddətindəki hökumət
idarə eyləmişdir. Siz görürsünüz ki, çox şeylər tazə təşkil olubdur. Daxildə hərcimərcdən başqa heç bir şey yox
idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi allaha şükür olsun ki,
Azərbaycanın hər yerlərində lazımi qədər olmasa da xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu
xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt
etmişdir? Tarixi, sabiqəsi, əsgəri və xəzinəsi olan hökumətmi? Yaxud iki gündə təşkil olunmuş pulsuz və
əsgərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız gorərsiniz ki, nə qədər
[39 - 40]
zəhmət lazım idi. Dəmir
yolları işləmirdi, dağılmışdı, vaqon, filan yox idi. Məmləkətin dolanacağı buna bağlı idi. Ona binaən hökumət
buna vaxt verdi. Doğrudur, indi mümkün və lazım olan bir çox şey yoxdur. Lakin nə qədər olsa, allaha şükür
yaz, qış dəmir yolları düzəlib idarə olunur. Teleqraf yox idi, bir kağız göndərmək mümkün deyil idi. İndi
qüvvəmiz çatan qədər işləyib tamamilə olmasa da çox yerdə poçta, teleqraf açılmışdır. İstənilən yerlərə
teleqram, məktub göndərmək olar. Vacib məsələlərdən birisi də maliyyat məsələsi idi ki, onsuz işləmək
mümkün deyil idi. Hökumət bir zamanda təşkil olundu ki, Batum nümayəndələrinə pul göndərmək lazım olduğu
halda, on min manat toplayıb Tiflisdən borc axtarılırdı. Bu xüsusda hökumət mümkün qədər çalışmışdı.
hökumət üçün para buraxmağa da bir yer yox idi, o zaman heç paytaxtımız da əlimizdə deyil idi, ona görə pul
kəsilməz idi. Biz məcbur olduq başqaları ilə şərik olaq. Gürcüstan və Ermənistan ilə şərik olaraq Zaqafqaziya
(bon)ları buraxdı. Bədə Bakı alındıqdan sonra Bakı bonu buraxıldı. Eyni zamanda hökumət başqa yerlərə adam
göndərib ki, Azərbaycanın öz pulu kəsilsin. Bu saat işləməyir. İnşallah ən yaxın zamanda o da olacaqdır.
Möhtərəm məbuslar! Əlbəttə ki, bu işlər az idi. Və öhdəmizə düşən vəzifənin bir zərrəsidir. Yalnı böyük
zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Bayrağında hürriyyət və əxvət yazmış olan firqələr Bakını
əlimizdən almış idi, bizim paytaxtımız buraxılmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman
milləti qətli-am edilmiş idilər. Baş bilənlər Dağıstan, İran və Turana dağılmışlar idi. Şəhərdə bir kişi yox idi ki,
bunları bir yerə toplasın, bir iş görsün, bəylə olan surətdə bu məsələdən başqasına artıq əhəmiyyət vermək
olurmu idi? Türkiyəyə müraciətimizin əsil səbəbi də paytaxtımızı əlimizə qaytarması idi. Bu barədə çox
əziyyətlər çəkildi, imdi şükür olsun allaha məqsədə çatdıq, Bakı əlimizə keçdi. Burası hazırən xırda bir şey
görülür. Amma o zəlalət yada gətirilsə, nə qədər zəhmət çəkdiyimiz anlaşılar. Bəlkə vəzifəmizi lazımınca ifa
etmədik, bəlkə boynumuzda böyük günahlar var. Amma o zəhmətimiz nəzərə alınsa təqsirimiz bir az
yüngülləşər.
[40 - 41]
Doğrudur, möhtərəm əzalar! Şəhər alınarkən nalayiq hərəkətlər olmuşdur. Hökumət bunu gizləmir. Layiq də
bilmir ki, gizlətsin. Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəfa olmuşdur. Lakin mümkün idimi, hökumət bunun
qarşısını saxlasın. Zənnimcə insaf ilə baxılsa, Azərbaycan deyil, heç bir hökumət bunun qabağını almağı