Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə15/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   11   12   13   14   15   16   17   18   ...   299

20 

 

Lakin  yenə  aramızda  elə  bir  ixtilaf  vaqe  olmamışdır.  Hal-hazırda  hər  nəzarətdən  ayrı-ayrı  bəhs  edə 



bilməyəcəyəm. Ancaq bunu deməliyəm ki, o vaxt nə məktəb var idi, nə ədliyyə idarələri var idi. Hökumət buna 

da diqqət etməli idi. Çünki, ədliyyə idarəsi olmayınca məmləkəti polis qüvvəsi 

[43 - 44]

 ilə idarə etmək olmaz. 

Bu iki birdir ki,  əvvəl başdan milliləşməli idi. Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər 

milliləşmişlər, bir çox yeni  məktəblər açılmışdır. Bundan  əlavə hökumət əldən gələn qədər çalışaraq yox olan 

ədliyyə idarələrini təcdid etdi. İndi allaha şükürlər hər yerdə olmaz isə də bir çox ədliyyə idarələrinə türk dili 

bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu 

cürətlə  deyə  bilərəm  ki,  hökumətin  nöqsanları  ilə  bərabər  yol  göstərən  işıqlı  ulduzu  bu  şüar  olmuşdur. 

MİLLƏTİN HÜQUQU, İSTİQLALI, HÜRRİYYƏTİ! 

Fəaliyyətimizdə  xətalar  işləmişiksə  də  həmişə  fikrimiz  bu  olmuşdur.  Hökumət  çalışmışdır  ki,  öz  nüfuzunu 

millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid 

xeyirli  şeydir.  Parlamentin  əsas  vəzifəsi  də  yol  göstərməkdir.  hər  nazir  o  nəzarətləri  barəsində  bəyanat 

verəcəklər. hökumətin ixtiyarı bu  günə qədər idi, şimdi siz yığıldınız. hökumət başında parlamentin etimadinə 

müzəhhər  və  parlamentə  istinad  edən  bir  kabinə  olmalıdır.  heç  bir  hökumət  parlament  açıldıqdan  sonra  iş 

başında qalamaz.  Ona  görə  mən  bütün  yoldaşlarım  tərəfindən xəbər  verirəm,  hökumət  hüzurunuzdə  istefasını 

verir. (Alqış). 

Sədr — Rəisi vükəlanın bəyannaməsini dinlədiniz. Bu xüsusda danışan varsa, söyləsin. 

Məmməd Əmin — Təklif edirəm ki, hökumət təşkilinə vəkil şimdiki hökumət iş başında qalsın. 

Sədr — Buna etiraz edən yoxdur? Deməli təklif qəbul olunur. 

Əfəndilər! Üç komisyon intixabini təklif edirəm. Etimadnamə komisyonu, tərtibat və ləvazimat komisyonu, 

nizamnamə komisyonu. hər komisyona neçə üzv intixab edilməsi barəsində rəyinizi deyiniz. 

Camalbəyov — hər firqədən bir nəfər. 

Səfikürdski — hər komisyon beş nəfərdən ibarət olmalıdır. 

Məmməd  Əmin  —  hər  firqədən  birər,  "Müsavat"  və  bitərəflərdən  isə  ikişər  nəfər  intixab  olmağını  təklif 

edirəm. Zatən "Müsavat" firqəsi ən böyük firqədir. 

[44 - 45] 

Miryəqub — hələlik şəkli-fraksiyon məlum olmadığından naşi hər firqədən bir nümayəndə, əyalət, şəhərlər 

nümayəndələrindən isə bir nəfər üzv təklif edirəm. 

(Sədr təklifləri ruscaya tərcümə edir). 

Məmməd Əmin — Mən təklifimdə israr etmirəm. 

Səfikürdski — Mən təklifimi geri götürürəm. 

Sədr  —  Demli  "İttihad"  firqəsinin  təklifi  qalır.  Rica  edirəm,  namizədlərinizi  göstəriniz.  İşbu  namizədlər 

təklif edilir: 

"Müsavat"  və  bitərəflərdən:  Şəfi  bəy  Rüstəmbəyov  mandat  komisyonuna,  Məmməd  Yusif  Cəfərov 

Nizamnamə  komisyonuna,  Kazımzadə  tərtibat  və  ləvazim  komisyonuna;  sosialistlər  ittifaqı  tərəfindən: 

Məhərrəmov  mandat,  Səfikürdski  Nizamnamə,  Hacınski  tərtibat  və  ləvazim  komisyonuna;  "Hümmət" 

firqəsindən: Qarayev etimadnamə, Camalbəyov tərtibat və ləvazim, Şeyxülislamov Nizamnamə  komisyonuna! 

"İttihad" firqəsindən Vəzirov Zeynal bəy — etibarnamə, Məhəmmədbəyov — tərtibat və ləvazim, Qarabəyov 

Nizamnamə komisyonuna; 

Sair əqəliyyət təşkil edən millətlərdən: Xahman (yəhudi) etibarnamə, Vanseviç (leh) Nizamnamə, Tsixokaya 

(gürcü) tərtibat və ləvazim; 

Slavyan-rus  cəmiyyətindən:  Mixaylov  —  etibarnamə,  Klinyevski  Nizamnamə,  keşiş  Kravçenko  —  tərtibat 

və  ləvazim  komisyonuna.  Daha  namizəd  göstərən  yoxdur  ki?  Bu  namizədləri  tək-tək  və  yaxud  birdənmi  səsə 

qoyalım? 

Səslər — Birdəndir. 

Sədr — Buna etiraz edən var isə əlini qaldırsın! Deməli, təklif qəbul olunur. "İttihad" firqəsi tərəfindən təklif 

vardır. 


Qarabəyli  — Məclisi-Məbusanına  güşadı  münasibətilə  "İttihad"  firqəsi  siyasi  məhbuslar  üçün  əfvi-ümumi 

elanını təklif edir. 



Şeyxülislamov — "Hümmət" firqəsi "İttihad"ın arzu etdiyi təklifi qəbul və təbrik edir. Bu məsələni fraksiya 

da qaldırmaq istəyirdi. Fəqət bugünkü iclasda müzakirə edilməyəcəyini nəzərə alaraq qaldırmadı. Bu məsələni 

firqələrin  deklarasiyasında  oxunmasına  təsir  etdik.  Hər  halda  əfvi-ümumi 

[45  -  46]

  əleyhinə  heç  kəs  etiraz 

etməz. Biz təbrik və "İttihad"a təşəkkür edirik. 



Məmməd Əmin — Təbiidir ki, Məclisi-Məbusan yığıldığı zaman əfvi-ümumidən sərfi-nəzər etməyəcəkdir. 

Şübhəsiz  ki,  Məclisi-Məbusan  əfvi-ümumi  məsələsinə  yanaşacaqdır.  Fəqət,  bunu  hər  fraksiya  öz 

deklarasiyasında  bildirəcəkdir.  Bununla  belə,  mən  "Müsavat"  və  bitərəflər  namindən  "İttihad"  firqəsinin  işbu 

təklifini  təbrik  edirəm.  Əfvi-ümumiyə  heç  kəs  etiraz  etməz.  Fəqət,  hələ  bu  xüsusda  qəti  bir  qərarnamə 

qəbulundan sərfi-nəzər ilə bəyannamələrin nəşrinə təkin bu məsələni təxir edəlim. 



21 

 

Səfikürdski  —  Gözəl  təklif  edildi.  Şükürlər  olsun  ki,  biz  burada  şimdi  yığılıb  danışa  biləriz.  O  qanlar  ki, 

tökülməyilə  bizi  bu  günə  çıxarmışdır  və  bayrağımızı  qaldırmışdır;  onları  unutmayalım.  Hürriyyət  və  inqilab 

şühədasının istirahət ruhları üçün təvəqqe edirəm ayağa durasınız. (hamı qalxır). Mən sosialistlər tərəfindən bu 

təklifi təbrik edirəm! Arkadaşımız Məmməd Əmin buyurduğu kimi bu məsələni hamımız istədik, fəqət, bizim 

firqəmiz  bunu  bir  brilyant  kimi  pambıq  arasında  saxlayıb,  təntənəli  bir  surətdə  araya  çıxaracaqdır.  Millət 

uğrunda, müqəddəs fikir yolunda çalışanlar müqəssir hesab edilməməlidirlər. Bu gün kiçik bir türk parlamenti 

açılıbdır.  Bizim  bu  parlamentimiz  gözlərdə  bir  ağ  kimidir.  Çox  imperialistlər  onu  görmək  belə  istəmirlər. 

Cümhuriyyətimizə Türk Cümhuriyyəti deyil, Azərbaycan Cümhuriyyəti dedik ki, hamı vətəndaşlara ümumi bir 

vətən  olsun.  (Alqış).  Azərbaycanda  hamı  hürr  yaşamalıdır.  Heç  kəsə  fərq  qoyulmamalıdır.  Bizim 

sosialistliyimizə şübhə edənlərə sübut olunsun ki, kim həqiqi sosialistdir. 

Sədr — (zəng çalır). Rica edirəm{ mətləbdən danışasınız. Siz "İttihad"ın təklifi haqqında danışmalısınız. 

Səfikürdski — Xülasə, fikrimiz budur ki, hürriyyət və inqilab yolunda toqif edilənlər azad edilsinlər. (Alqış, 

soldan). 



Sədr  —  Əsasən,  bu  təklifə  etiraz  yoxdur.  Bunun  süni  cəhəti  qalır.  Fəqət  icrasını  indiki  hökumətmi,  yoxsa 

gələcək hökumətə tapşıraq? 

[46 - 47]

 

Qarabəyli  —  "İttihad"  firqəsi  təklif  edir  ki,  bu  məsələni  qanuni  bir  surətə  salmaq  üçün  bir  parlament 

komisyonu intixab olunsun. 

Məmməd  Əmin  —  Müariz  yoxdur.  Fəqət,  bunu  təklif  edən  firqə  bu  məsələni  qanun  yapması  surətində 

sədarətə verməlidir ki, müzakirə edilsin. 



Sədr — Buna etiraz edən yoxdur ki? 

Qarabəyli  — Mən  təklif edirəm  ki,  bu  gün,  burada  bir  komisyon  seçilsin  ki,  bu  məsələni  qanun  surətində 

tərtib versin. 



Qənizadə  — Parlamentin vəzifəsi qanun qoymaqdır. İndidən bu işə başlasın, vaxta ki, bu gün bu məsələyə 

baxılmayacaq,  mən  təklif  edirəm  ki,  bütün  millətlər  nümayəndələrindən  mürəkkəb  bir  komisyon  seçilsin  ki, 

bunu bir qanun şəklinə salsın. 

Sədr — Layihə hazırlamaq üçün komisyon təşkili barəsində "İttihad"ın təklifinə etiraz yoxmudur? 

Məhərrəmov — Böylə işlər çox olacaqdır. Hər birisi üçün bir komisyon seçmək olmaz. Binaən-ileyh bütün 

böylə işlərə baxmaq üçün bir ədliyyə komissyonu seçilməlidir ki, daima surətdə işləsin. 



Sədr — Təklif edilir ki, ədliyyə komisyonu seçilsin. 

Miryəqubov — Təklif edirəm ki, bu məsələni Nizamnamə komisyonuna verək. 

Sədr — Bu məsələnin Nizamnamə komisyonuna dəxli yoxdur. 

Məmməd Əmin — Bu təklifi edən fraksiya bir qanun layihəsi surətində vermiş olsa idi, əlbəttə qəbul edər 

idik.  Fəqət,  şimdi  bunu  Nizamnamə  komisyonuna  vermək  olmaz.  Zira  Nizamnamə  komisyonu  öz  işinəmi 

baxsın və yaxud ədliyyə işlərinəmi baxsın? Məsələ əsas etibarilə qəbul olunur. Lakin digər firqələr miyanında 

həll edilməmişdir. Bu xüsusda bir layihə hazırlamaq lazımdır. Bunu bir komisyon yaxud bir fraksiya və yaxud 

bir  şəxs  də  edə  biləcəkdir.  Binaən-ileyh  və  ya  "İttihad"  firqəsi  özü  bir  layihə  hazırlasın  və  yaxud  fraksiyon 

intixabi üçün tənəffüs elan edilsin. Layihə bir günə yazılar. 



Sədr  —  Məlumat  almaq  üçün,  mən  burasını  sizə  ərz  etmək  istəyirəm  ki,  Azərbaycan  həbsxanalarındakı 

məhbusların hesabı on nəfərdən ziyadə deyil. Söz Şeyxülislamovundur. 

[47 - 48]

 

Şeyxülislamov. — Bu məsələ əsasən qəbul olunur. Bu qanun deyil bir manifestdir. Binaən-ileyh layihəsini 

hazırlamaq  üçün  üç  adamdan  ibarət  bir  komisyon  seçilsin  ki,  bir  də  parlamentə  müraciət  etmədən  ətrafına 

teleqram çəkərək məhbusları buraxdırsın. 



Sədr — Bu barədə daha danışan varmı? 

Səmədağa Ağamalov (yerindən) — Təklif edirəm ki, komisyon indi seçilsin. 

Qarabəy — Bir komisyon lazımdır ki, məhbusların dərəceyi-təqsirini təhqiq etsin, iki günə qədər parlamentə 

məlumat versin. Məhbusların azad edilməsi də bu komisyona həvalə edilsin. Bəzi məsələ var ki, təhqiqi ixtilafa 

bais olar. 

Sədr — Məsələ yalnız siyasi məhbuslara aiddir. Başqa təklif var isə söyləyiniz. 

Şəfibəy — "Müsavat" və bitərəflərcə komisyona etiraz yoxdur. 

Sədr — Komisyonun əzası barəsində iki təklif vardır. Beş və üç. 

Kim beş tərəfdarıdır? Əlini qaldırsın. (Əllər qalxır). Kim üç tərəfdarıdır? Əlini qaldırsın. (Əllər qaldırılır). 



Sədr — Əksəriyyətlə beş nəfər qəbul olunur. Rica edirəm, namizədlərini göstərəsiniz. 

Əhməd Cövdət — Sosialistlər ittifaqı tərəfindən Aslan bəy Səfəkürdski təklif olunur. 

Şəfi  bəy  —  "Müsavat"  və  bitərəflər  tərəfindən  Qardaşov  və  Abdulla  bəy  Əfəndiyevin  namizədliyi  təklif 

olunur. 


Heybətqulu — "İttihad" tərəfindən Zeynal Tağıyev. 

Şeyxülislamov — "Hümmət" tərəfindən Səmədağa Ağamalov. 

Məmməd Əmin — Təklif edirəm məclisi bitirmədən ikinci məclis vaxtı təyin edilsin. 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə