24
federasiyonu (mərkəzdən Alqış) qurmaqla bütün görmək istəriz. Bu ittihadın mədəniyyəti bəşəriyyə sərgisinə
qiymətdar bir hers (kultur) bəxş edəcəyinə əminiz. İştə məqsəd iqtisadımızın digər dərəcəsi fəqət bu
məqsədlərin fövqində ülvi bir məqsədimiz daha vardır ki, o da bütün cahan federasiyonu "Cəmiyyəti əqvam"dan
ibarətdir. (Alqış).
Bunun bir müqəddiməsi olmaq üzrə Rusiya inqilabı zamanında yazılan firqə proqramımız, Rusiyada milli və
məhəlli muxtariyyətlər əsası üzərinə qurumu, qoşma xalq cümhuriyyəti üzərində israr edir idi. Müsaid bir
zamanda, mətlub şərtlər altında, təkrar böylə bir ittifat əqd eyləmək bizcə yabançı bir fikir deyildir. Bilxassə ki,
proqramımız vəchilə muxtariyyətlərini tələb etdiyimiz Türküstan, Qırğızıstan, Başqırdıstan, Volqaboyu və Krım
türkləri ilə biz bu surətlə təkrar əlaqə və irtibat peyda edə biləriz. Müstəqil Azərbaycan digər müstəqil Rusiya
millətləri ilə azadanə bir surətdə bağlaşaraq qoşma bir hökumət vücuda gətirə bilər. Yalnız bu qədər varki bu
ittifaqı azərbaycanlılar deyil, Azərbaycan yapa bilər. Vəziyyəti
[51 - 52]
beynəlmilləliyyəmiz aydınlaşınca kəndi
həqqimizi kəndimizi təinə səlahiyyətdar olduğumuzu Rusiya ilə bərabər, bütün cahan mədəniyyəti qəbul
etməyincə toplanacaq sülh konfransında diləyimiz istiqlal təsdiq olmayınca — bir kəlmə — hürriyyətimiz
beynəlmiləl bir təminat almayınca, bittəb heç bir ilhaqdan, heç bir ilhaqdan, heç bir federasiyondan bəhs
olunmaz. (Alqış).
Azərbaycan məsələsi kim nə deyir isə desin, artıq beynəlmiləl bir məsələdir. Müstəqil Azərbaycanın xaricən
müdafiəsi, hüququn təsdiq edilməsi yenidən düzələcək hökumət məramnaməsinin baş sətrini təşkil etməlidir.
Məclisimiz açıldığı gündə söylənilmiş "BİR DƏFƏ YÜKSƏLƏN BAYRAQ ENDİRİLMƏZ!" sözü dildə deyil
işdə də görülməlidir. Bu xüsusda ciddi çalışmaq əzmində bulunan hökumət vəziyyətə hakim bulunan müttəfiq
hökumətlərin haqqımızda göstərdikləri dostanə təvəccöhdən son dərəcədə istifadə edə bilər. Amerika rəisi-
cümhuri (Vilson) əsasları: Azərbaycan kimi kiçik məmləkətlərin də böyük məmləkətlər kimi haqq və ixtiyara
malik olduqlarını elan eyləmişdir. Amerika rəisi-cümhurinin elan etdiyi millətlərin kəndi müqəddəratını həll
etmək ixtiyarına malik oldutları düsturunun hakim olacağını elan etmişlərdir. Buna əlavə olaraq paytaxtımızda
əmniyyət və asayişi təmin üçün müsafir olaraq gələn müttəfiq ordusu komandan general (Tomson) Qafqaziya
məsələlərinin sülh məclisində həll olacağını rəğmən bəyan etmişlərdir. Belə müsaidə gah bir əsəri-təvəccəhdən
istifadə etmək və hər bir vasilə ilə bütün cahan mədəniyyəti hüzuruna, bilxassə dövəli-müttəfiqə mühafilində
müstəhəqqi istiqlal olduğumuzu isbat eyləmək Azərbaycan hökumətinin "bismilə" siyasətini təşkil eləməlidir.
Bu məsələdə qəvi bir əzm və sarsılmaz bir səbatla hərəkət edəcək hökumət hər hanki firqəyə mənsub olursa
olsun, hər növ müavinət və mühafizəmizə əmin olsun. Müstəqil bir cüzvünü təşkil eylədiyimiz Qafqaziya öylə
siyasi bir vəziyyət qarşısındadır ki, buradakı cavan cümhuriyyətlər, Azərbaycanda daxil olduğu halda ancaq
ittifaq və yalnız dostluq rəftar edə bilər. Və belə rəftar edə biləcəkləri gündən etibarən xilas olurlar. Buna görə
də xarici siyasətimizin "əlhəmdulla"sını Qafqaziya ittifaqı təşkil etməlidir. Siyasətə və iqtisadiyyata
[52 - 53]
su
ilə havaya olduğu kimi möhtac bulunduğumuz bu ittifaq xatirinə aramızda bütün ixtilaflı məsələləri sülh,
müsalimət və qarşılıqlı güzəşt və ən sonu hökm vasitəsilə həll etmək tərəfdarıyıq. Hər halda həqiqi və həyatı
müttəfiqlərimizi fəda etməmək şərtilə bu kimi məsələləri qansız həll edən hökumət ən ziyadə himayə
edəcəyimiz hökumətdir. (Alqış). Bizimlə həmdərd olan Gürcüstan, Ermənistan dövlətləri ilə hüsnü-
münasibətlərimizin könül arzu eylədiyi dərəcədə səmimiyyətləşdirilməsi şərtilə arzu edəriz. (mərkəz və soldan
alqışlar.) Fəqət, bununla bərabər istərdik ki, Qafqaziya millətlərinin hürriyyət və istiqlalına gələcək zərbəyə hər
kəsdən ziyadə və həpimizdən əvvəl məruz qalacaq Şimali Qafqaziyalı qardaşlarımızın müqəddəratı hər zaman
nəzərimizdən uzaq qalmasın. Biləlim ki, orada "qəlyanaltı" edəcək "bolşevik" burada "nahar" edəcəkdir. Bunu
qətiyyən unutmamalı, ona görə də tədarük görməlidir. (Alqış).
Digər dövlətlər ilə dəxi münasibətə kirişmək bilxassə yeni vücuda gəlmiş dövlətlər nəzdində nümayəndələr
göndərib, onların nümayəndələrini nəzdimizə cəlb etmək xariciyyə nəzarətimizin ilk dərəcədə görüləcək
işlərindən olmalıdır. Xaricən sülh və müsalimətlə hərəkət edəcək hökumət, daxilən də hürriyyət, müsavat, ədalət
və əmniyyət təsisinə cəhd etməlidir. Haqqımızı isbat etmək, istihaqqımızı göstərmək nöqteyi-nəzərindən dəxi
daxili işlərimizi yoluna qoymaq, bütün idarələrimizi tənzim etmək məcburiyyətindəyiz.
Böyük Rusiya inqilabından qazanılan söz, yazı, vicdan, ictimai ittifaq kimi əhlivətən hürriyyətləri tamamilə
təhti-təinə alınmalı. Azərbaycan müsalihəkar, hürriyyətpərvər bir hökumət olmalıdır. Əgər bu günə qədər hərb
və inqilab əhvali fövqüladəsindən naşı bu kimi məqsədlər könül dilədiyi kimi hasil olmuşsa, bunun bir an əvvəl
qövldən felə gətirilməsinə çalışmalıdır. Eyni səbəbə bu vaxta qədər yalnız müsəlmanlardan təşkil edən heyəti-
vükəla dəxi üzərinə müstəqil müştərək bir hökumət şəklində olmalıdır. Millət məhkumluğu acısını dadmış olan
Azərbaycan türkü məhkum millət yaratmaz. (Şiddətli alqış).
Azərbaycan Cümhuriyyəti övladını ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemes, polyak və
sair azlv.tda qalan
[54 - 55]
millətlər Azərbaycan vətəndaşı olmaqla bərabərmilli-mədəni muxtariyyətə malik olub
kəndi ümuri-məzhəbiyyə, milliyə və mədəniyyələrini kəndiləri idarə etməlidirlər. (Mərkəz və soldan alqış).
Keçmişin məşum tərkəsi olan erməni-müsəlman hadisati-ələmiyyəsinə bir daha meydan verilməmək üçün
hökumət hər növ fədakarlığa təhəmmül etməli, burada dağıdıcı ədavətin izaləsinə səy etməlidir. Bu xüsusda qəti