Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə282/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   278   279   280   281   282   283   284   285   ...   299

396 

 

Sədr - Söz Rəsulzadə Məmməd Əminindir. 



Məmməd  Əmin  Rəsulzadə  -  Burada  Mustafa  bəyin  bir  mülahizəsi  vardır.  Bu  mülahizəyə  əhəmiyyət 

verməmək  olmaz.  Demokratik  parlamanlarda  əsgəri  məsələ  müzakirə  edilərkən  məclislər  qapalı  olur.  Bunun 

mühüm bir mənası vardır. Fəqət təəssüf ki, bizdə bu kimi şeylərə riayət edilmir. Hər kəs kürsüdən keyfi istədiyi 

sözü deyir. O sözlərə də ətraflı cavab vermək olmur. Bununla bərabər əsgərlik bir ilmi olsun, beş ilmi olsun çox 

çətin bir məsələdir. Əsas etibarilə madam ki, mükəlləfiyyəti-əsgəriyyə qəbul edilmişdir. Təbiidir müddətin 2 il, 

5 il olması məsələsi fənni bir məsələdir. Bu xüsusda bizdən əvvəl əsgər saxlamaq haqda mədəni dövlətlər və 

əsgəri  mütəxəssislərin  rəyi  vardır.  Hərbiyə  nəzarətində  burada  söz  söyləyənlərdən  daha  ziyada  mütəxəssislər 

vardır.  Onların  rəylərinə  də 

[905  -  906]

  əhəmiyyət  verməliyik.  Son  əsgəri  mütəxəssislər  iki  sənə  üzərində 

durmuşlar. Və iki sənani kafi görmüşlərdir. Daha qüvvətli əsgəri təşkilata malik olan və bugün millət müsəlləh 

olaraq tanınmış olan Germaniyanın məşhur generallarından Fordurğuma yazmış olduğu əsgəri əsərində xidməti-

əsgəriyyənin iki sənə olmasını kafi görmüşdür. 

O halda biz öz hissiyyatımıza qapılıb da müddət haqqında sırf kəndi fikrimizi məyub görməyəlim. Məndə 

əsgərinin  və  mütəxəssisi-əskəriyyənin  fikrini  nəzərdə  tutmaq  və  münasib  görmək  lazımdır.  Bizə  təcrübələr 

göstərdi  ki,  başı  pozuq, təlim  və  tərbiyə  görməmiş  cəmaətə  iş  görə  bilmərik.  Hər  bir iman,  hər  bir etiqad bir 

səbəbə mərbut olmalıdır. 2 sənə müddəti-əskəriyyə fikri çox təcrübələr-dən sonra vücuda gəlmişdir. Hər bir şeyi 

mütəxəssislərin rəyi və sonra təcrübələrdən nəticə olaraq hasil olur. Lakin bunların heç biri olmazsa və nəzərə 

alınmazsa və bu kürsüdən çıxıb bir ildə kafidir deyilsə, o vaxt düşünəlim ki, bu bir havayı həvəs nəticəsi olur. 

Bu bir iman, bir inanmaq deyildir. Bir inad, xaricə qarşı icrayi-təsir üçün yapılan birhavayi həvəsin nəticəsidir. 

Bu qədəm də çox qorxulu və təhlükəli bir şeydir, çünki böylə nəzəriyyə heç vaxt mütəxəssis nöqteyi-nəzərindən 

almaq olmaz. Bunu saçı-saqqalı ağarmış bir şəxs bu kürsüdən söylərsə zənn edirəm məmləkət üçün eyi olmaz. 

Burada  İngilislərin  könüllü  sifətilə  bütün  dünyanı  almaqlarını  söylədilər.  İngilislərin  məcburi  xidməti-

əsgəriyyələri yoxdur. Əsgərləri tamam könüllü idi. Lakin bunu söylərkən ingilislərin tütmüş olduqları mövqeni-

coğrafiyanı  nəzərə  almırlar.  Onların  məmləkəti  bir  cəzirədədir.  Quruda  heç  bir  şeyləri  yoxdur.  Onun  üçün 

məcburi  əsgər  saxlamağada  ehtiyac  görünməmişdir.  Lakin  bunun  əvəzində  İngilislər  qüvvətli  bir  flota 

malikdirlər. Böylə millətin siyasətini bir tərəfli, bir zinət olaraq qəbul etmək mümkün deyildir. 

Məəmafih  bu  müharibədə  ingilislər  öz  cəzirələrindən  xaricə  çıxmaq  istədilər.  İngilis  xəlvəti  ki,  Almanlara 

qarşı çox eyi çıxmadı, o vaxt biz ingilisi qəbul etməmiş olduğu və ətəzat cərgəsinə girmiş olduğu mükəlləfiyyəti 

əsgəriyyə qəbul məcbur oldu. 

[906 - 907] 

Müddəti-əskəriyyədə  bizim  dediklərimizi  qəbul  etdilər.  Və  sonra  Napoleondan  və  onun  ordusundan  bəhs 

etdilər. Əcəba, onlar da altı aymı əsgərlik var idi? Güman edirəm ki, bunu düşünməmiş olsunlar. Bu, Qarayevin 

düşüncəsidir ki, Lənkəranda camaat arasında öylə qeyrətli polkovodstlər çıxır ki, yalnız Mehdi bəy deyil bəlkə 

Kərim Saniyevidə yan-yana qoysanız vurar. Lakin öylə güman edirəm ki, böylə qəhrəmanlar bu məmləkəti, ya 

bir milləti qışla həyatı görmədən müdafiəyə qadir olsunlar. 



Qarayev (yerindən) - Denikindən kim müdafiə etdi? 

Məmməd  Əmin  (davam  edir)  -  Biz  sizin  təcrübənizi  Şamxor  müharibəsində  gördük.  Rus  əsgərlərindən 

tüfəng  alandan  sonra  özünüz  də  qorxuda  qaldınız.  Nizami  əsgərlərə  qalib  gələnlər  tüfəng  paylarını  alandan 

sonra, zor ilə patronlarımızı da veriniz dedilər. Sizə böylə adamlar lazımdır ki, Mehdi bəy kimi adamları vura 

bilsin.  Fəqət  bizə  böylə  adamlar  lazım  deyildir.  Böylə  əsgərlər  ilə  də  denikinin  qarşısına  çıxmayacaqsınız. 

Bunun  hərbiyyə  nəzarətində  ki,  mütəxəssislər  böylə  təklif  edirlər.  Ona  görə  bu  layihəni  olduğu  kimi  qəbul 

etməyi təklif edərdik. Öylə əsgər düzəltmək lazımdır ki qışla görmüş, silah tutmuş, hüdud bəkləmiş əsgər olsun. 

Vətən və məmləkət müdafiəsi üçün hüdudlarda dura biləcək böylə əsgərlər lazımdır. Şamxor qəhrəmanları kimi 

yaramaz  və  bu  vəzifəyi  ifa  edə  bilməzlər.  O  vaxt  hökumət  də  hüdudda  gözəl  bir  ordu  görür.  Yoxsa  altı  ayda 

əsgər yaratmaq olmaz. Və Şamxor qəhrəmanları ilə də Denikin qarşısına çıxmaq mümkün deyildir. 

Vətən  müdafiəsi  üçün  həqiqi  əsgər  olmalıdır.  Əgər  həqiqi  əsgərə  və  möhkəm  bir  orduya  malik  olmaq 

istəyiriksə iki sənaye qəbul etməliyik. 

Sədr  - Sırada üç natiq vardır. Əliheydər Qarayev, Səmədağa Ağaməliyev və İbrahim Əbilov. Təklif var ki, 

müzakirə bitsin. Təklif xüsusunda kim danışmaq istərdi. Səmədağa Ağaməliyev. 



Səmədağa  -  Mən  deyirəm  ki,  iclası  qapamamalı,  çünki  qabaqkı,  natiq  tarixdən  bir  neçə  söz  dedi.  Mən 

istərdim ki, ona cavab verilsin. Bir də bir neçə böhtanlar deyildi ki, ona cavab vermək lazım gəlir. 



Sədr - Cənabi natiq, burada böhtan deyilmədi. 

Səmədağa - Xeyir, böhtan deyil... Faktlardan danışıldı... 

[907 - 908]

 

Sədr - Təklifin lehinə kim danışmaq istərdi? 

Aşurov (yerindən) - Heç kim. 

Sədr  -  Danışan  yoxsa,  təklifi  səsə  qoyuram.  Təklif  qəbul  olunur.  Axırıncı  söz  məruzəçi  Qara  bəy 

Qarabəyovundır. 



Qara  bəy  -  Bu  qanun  layihəsinin  belə  etiraza  məruz  qalacağına  ümidim  yox  idi.  Bu  etirazların  da  qanun 

layihəsinə  heç  dəxli  [yoxdur]  bu  qədər  zənn  edirəm  buna  cavab  verməyə  lüzum  da  görmürəm.  Deyirlər  ki, 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə