Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə285/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   281   282   283   284   285   286   287   288   ...   299

400 

 

 



№ 62 

Altmış ikinci iclas 

4 avqust  1919-cu il. 

 

Rəis - doktor Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski. 

Rəis  -  İclas  saat  ona  təyin  edilmişdi.  İndi  isə  saat  12-yə  20  dəqiqə  qalmışdır.  Lakin,  yenə  də  məclisdə 

kvorum olmadığı üçün iclası qapamağa məcburam" - deyib iclası qapadı. 

 

Arxiv: f.895, siy.1, vər.77. 



401 

 

 



№ 63 

Altmış üçüncü iclas 

 

7 avqust  1919-cu il. 



 

Rəis - doktor Həsən bəy Ağayev. Katib - Əhməd Cövdət Pepinov. 

Müzakireyi-yomiyyə: 

1.Daxil olmuş kağızlar, o cümlədən: 

a/Rəisə  ikinci  müavin  intixabi  haqqında;  b/Daxiliyyə  nəzarəti  idarəsindəki,  məmuriyyətin  artırılması  üçün 

114.275  manatın  buraxılması  və  ştat  xaricində  olan  məmurlara  da  11452  manat  75  qəpik  faiz  üzərinə  maaş 

əlavəsinin  verilməsi  haqqında;  v/Azərbaycanla  Ermənistan  arasında  ticarət  müqavilənaməsi  haqqında; 

q/Azərbaycan  cümhuriyyəti  nəzarətlərinin  mali  smetaları  və  hökumət  büdcəsinin  tərtibi  ifası,  buraxılması  və 

təlifi  xüsusundaki  müvəqqəti  qərardad;  d/Dəmiryolu  mövqeyi  "Yalamada"  ikinci  dərəcəli  gömrükxana  təsisi 

haqqında; e/Xəmir 

[915 - 916]

 mayaları, papiros kağızları və gilizləri, həmçinin çaydan alınan aksiz vergisinin 

artırılması haqqında. 

2.Şəhər  bələdiyyə  idarələri  seçkiləri  haqqında  qanunun  üçüncü  qiraəti;  3-Azərbaycan  təbəəliyi  haqqında 

layiheyi-qanuniyyə;  4-Kulçi  vergisi  nizamnaməsinin  qəvaizinin  təbdili  və  kulçi  vergisinin  təmin  etmək  üçün 

rəhni  qəbulu  haqqında  layihə;  5-Sülh  məhkəmələrinin  cinayət  işlərində  dairəyi-nüfuzunun  tövsihi  və  sülh 

hakimləri hökmünün təqviyəsilə əmvali xassəyə qarşı icra edilən bəzi cinayətlərə biçiləcək qanunların təbdil və 

təğyiri haqqında layihə; 6-Spirt məhsulatından alınan aksiz vergisi miqdarlarının artırılması haqqında layihə; 7-

Azərbaycan  hökuməti  sərhəddində  mühafizə  polku  təsisi  haqqında  layihə;  8-Tövçü  vergisinin  artırılması  ilə 

bərabər  topraq  gəlir  və  məxaric  smetasının  və  torpaq  vergisi  miqdarının  təhdidi  haqqında;  9-Nəşri-elan 

haqqında;  10-Maliyyə  nəzarəti  şurası  haqqında;  11-Fabrika  inspeksiyasına  dair  qəvaidin  müvəqqətən  təğyiri 

haqqında;  12-İttihad  fraksiyasının  hökumətə  sualı;  13-Ümumi  tamaşaxana  və  əyləncəxana  yerlərindən  alınan 

müvəqqəti  verginin  hökümət  məbaliği-müstəhfizəsinə  idxalı  haqqında;  14-həmin  sənə  üçün  İrəvan  ümuri-

xeyriyyə  naziri  vəkilinin  maaşı  və  onun  idarəsi  məsarifatı  üçün  məzkur  nazirə  177.000  rüblə  kredit  açılması 

haqqında;  15-Tamğa  rüsumatı  qanunnaməsinin  bəzi  maddələrinin  təbdili  və  rüsum  miqdarlarının  təzyidi 

haqqında; 16-Şəhadətnaməsiz olan içki ticarətinə cərimələrin qüvvələnməyi haqqında; 17-Bakı xəzinə palatası 

müdiri müavinliyi vəzifəsinin ləğvi haqqında. 

1-Rəis  daxil  olmuş  yeni  layiheyi-qanuniyyələrdən  birincisi  maliyyə  və  büdcə  komisyonuna  və  üç  axırıncı 

layihəni də ləvayehi-qanuniyyə komisyonuna veriləcəyini bəyan etdi. 

Müzakireyi-yomiyyənin 17-ci maddəsini ki, layihənin beşinci maddəyə keçirilməsi verilməsinin təklif üzrə 

məlum edərək qəbul edildi. Bugünki iclasda Şamaxı qəzasından (intixab edilmiş məbus Şıxəlibəyov Asif bəyin 

iştirak  etdiyini  əlan  etdi.  Keçən  iclasda  siyahini  imza  edib,  məclisdə  isbati-vücud  etməyən  üzvlərdən  yalnız 

Bəhram bəy  Axundovun üzri-şəriyyəsi olduğundan (qardaşı oğlu qətl olmuş) cərimədən azad olmaqla bərabər 

başqalarının (Pepinov Əhməd bəy, Şıxzamanov Məmmədbağır, Qarayev Əliheydər, Cəmalbəyov Qasım bəydən 

[916 - 917] 

iki qat cərimə alınmasını təklif etdi. Bu babda Qasım bəy Caməlbəyov, Şıxzamanov Məmmədbağır, 

Əhməd  bəy  Pepinov  etirazən  bəyanat  verdilər  isə  də,  Rəis  qəbul  etməyərək  təklifi  iki  dəfə  səsə  qoyaraq 

əksəriyyəti-ara ilə qəbul edildi. 

Ağa  bəy  Səfərəliyev  bitərəflər  fraksiyasına  keçdiyini  məlum  etdi.  21  iyul  iclasından  etibarən  iclaslarda 

iştirak  etməyən  üzv  Məmmədbəyov  Qazi  Əhmədin  məzurati-məşruəsinə  binaən  gəlmədiyi  haqqında  fraksiya 

tərəfindən  məktubla  xəbər  verildiyi  və  xəstə  olduğunu  təyid  edici  Murud  iki  raportdan  dəxi  təhqiq  etdiyi 

bəyənilə tənəffüs əsnasında rəisə ikinci müavin olaraq namizəd göstərilməsini təklif etdi. 

2-Şəhər  bələdiyyə  idarəsi  seçkiləri  haqqındakı,  layihənin  üçüncü  qiraətinə  katib  başladı  oxumağa.  Birinci 

maddədən  otuz  yeddinci  maddəyə  qədər  biqeyd  (birinci,  üçüncü,  on  yeddinci  maddəyə  sosialistlər  tərəfindən 

verilən təshihlər qəbul edilməmək üzrə) ayrı-ayrı və bədə layihəni tamamən səsə qoyaraq əksəriyyət rəylə qəbul 

edildiyindən təshih komisyonuna verilməsini rəis bəyan etdi. 

3-Tövcü  vergisi  nizamnaməsi  qəvaidinin  təbdili  və  Kulçim  vergisini  təmin  üçün  rəhn  qəbulu  haqqındaki, 

layihəni  -katib  oxudu-1,2,3,4,5-ci  maddələri  əvvəli  ayrı-ayrı  və  bədə  ümumi  layihəyi  rəis  səsə  qoyaraq  qəbul 

edildi. 


Rəis - Rəisə isə ikinci müavin intixab edilib namizəd göstərilməsini təkliflə beş dəqiqəlik tənəffüs elan etdi. 

4-Tənəffüsdən sonra. Rəis divani-rəyasət naminə Bakı və Gəncə Rus rüəsayi ruhaniyyəsi tərəfindən murud 

bəyannaməni oxumaqla mandat komisyonuna veriləcəyini izhar etdi: 

Məzmunu: Qətnamə "Bakı və onun civailə Gəncə şəhəri prixodlarının zildə imzaları mövcud nümayəndələri 

bugün  böylə  qərar  etdik:  "Bugünə  qədər  bizim  mənafeimiziə  Azərbaycan  parlamanında  müdafiə  edən  sabiq 

nümayəndələr  -  Slavyan-rus  cəmiyyəti  əzası  hal-hazırda  geri  dəvət  olduqları  zaman  bizim  qərarımıza  itaət 

etmədilər.  Bizim  tərəfdən  onlara  verilən  etimadnamə  qüvvəsindən  sabit  olduqsa  da  tabehal  öz  mənsəblərində 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə