404
gün fraksiyamız tərəfindən ona teleqraf göndərilmişdir. Özü də bizə xəbər vermişdi ki, hər gah lazımsa vəsiqə
göndərim. Lakin sentyabrın əvvəlinə qədər 25 gün vaxt var idi. Onun naxoş olmağı təsdiq edilir. Ağdamda qala
bilmədiyindən təbdili-hava üçün həkimlər onu Qarabağa göndərmişlər.
Sədr-Təklifiniz nədir?
Qara bəy-Avqustun 15-nədək məzuniyyət verilsin. Lakin avqustun 15-i tez olduğundan o vaxta qədər xəbər
gedib çatmaz.
[921 - 922]
Ona görə ayın 20-nə qədər məzuniyyət verilməsini təklif ediriz.
Sədr-Bu təklifə etiraz yoxdur. Təklif budur ki, Əliverdilərə avqustun 20-nə qədər məzuniyyət
verilsin. Etiraz yoxdur. Etiraz yoxdursa qəbul edilir.
Mehdi bəy Hacinski tərəfindən böylə bir ərzi-hal varid olmuşdur. (Oxuyur).
Nakazın maddəsinin məzmunu böylədir. (Oxuyur). Buna görə layihənin əvvəlinci maddəsini əlavəsilə
bərabər və ondan başqa keçən səfər sosialistlər tərəfindən olunan əlavəni də bu gün dübarə səsə qoyacağam.
Keçirəm növbədəki məsələyə. Təbəəliyin qanunu xüsusunda. (Katibə) Mehdi bəy: Əvvəlinci maddəni
oxuyunuz.
Katib - Layihənin əvvəlinci maddəsini oxuyur.
Sədr-Əlavəsini də oxuyunuz.
Katib-Vanseviçin əlavəsini oxuyur.
Sədr-Bu əlavə keçən dəfə Vanseviç tərəfindən təklif olunub. Parlama tərəfindən qəbul edilmişdir. Bu birinci
əlavə. İkinci əlavəni də oxuyunuz.
Əhməd Cövdət - Sosialistlərin əlavəsini oxuyur. (Rusca).
Rəis-Bu əlavələr parlaman tərəfindən qəbul edilmədiyindən, bunları dübarə səsə qoyacağam.
Mehdi bəy Hacınski - Cənab Vanseviçin təklif və əlavəsinə komisyon üzvlərindən ikisi razı deyil, ikisi
razıdır, biri də bitərəfdir. Əgər bu qanunu qəbul edərsək, Avropa içində, Fransada, Türkiyədə və qeyri yerlərdə
olan təbəələrimiz bu qanunları bilməyəcəklər və təbəəlikdən çıxmış hesab olunacaqlar. Və yenə komisyonun
rəyi də ikisi qəbul olunsun deyir, ikisi olunmasın. Amma bunun zərəri vardır.
Rəis-Mən əlavələri bir-bir səsə qoyacağam. Əvvəla sosialistlərin təklifini səsə qoyacağam.
Çünki keçən səfər
komisyon tərəfindən qəbul edilmişdi. Ona görə də ayrıca səsə qoyuram. Məzmunu sizə məlumdur. Təklifi
oxuyur.
Rəis-Bən bunu səsə qoyacağam.
Səslər-Danışırlar.
Rəis-Eşitmirəm, nə buyurursunuz? Böylə təklif olunur ki, (oxuyur) Azərbaycan cümhuriyyəti elanı-istiqlal
etdiyi gündən
[922 - 923]
etibarən Azərbaycan daxilində yaşayan sabiq Rusiya təbəələri Azərbaycan vətəndaşı
hesab olunurlar.
Rəis - Səsə qoyuram. Kim qəbul edirsə əllərini qaldırsın. (Kyüsterə) Sayınız neçədir! Kim əleyhinədir. Rica
edirəm iştirak edəsiniz. Səs verməyirsiniz. Bir daha səsə qoyuram. Elan elədiyim əlavənin kim tərəfdarı isə rica
edirəm əllərini qaldırsın.
Rəis - Kim əleyhinədir? Kim səs verməyir? Lehinə 6, əleyhinə 23, səs verməyən 12. Əksəriyyət rəy ilə
sosialist fraksiyasının əlavəsi qəbul edilməyir. Və yenə parlaman üzvü Vanseviç cənabları tərəfindən edilən
təklifi səsə qoyuram.
Katib - Oxuyur.
Rəis -Təklifi səsə qoyuram. Bu əlavəni kim qəbul edirsə əllərini qaldırsın. Kim əleyhinədir? Kim səs
verməyib? Rica edirəm, artıq fikir verəsiniz. Mən hər məsələni iki-üç dəfə səsə qoymağa məcbur oluram. Ya
ayağa qaldıracağam, yaxud qapıdan buraxacağam. Vanseviçin təklifinə kim səs verirsə əlini qaldırsın. Kim
əleyhinədir? Kim səs verməyir? Lehinə 12, əleyhinə 19, səs verməyən 10, əksəriyyət rəylə Vanseviç tərəfindən
birinci maddəyə əlavə olaraq edilən təklif qəbul edilmir. Əvvəlinci maddəni səsə qoyuram. Mehdi bəy,
oxuyunuz birinci maddəni.
Katib - Oxuyur.
Rəis - Birinci maddəni komisyon tərəfindən qəbul edildiyi kibi səsə qoyuram. Kim qəbul edirsə, əllərini
qaldırsın. Kim əleyhinədir? Kim səs verməyir? Lehinə 26, əleyhinə 7, səs verməyən 2. Birinci maddə
əksəriyyətlə qəbul edilir.
Mehdi bəy Hacınski (2-ci maddəni oxuyur) - Bütün qismi oxuyum, ya maddələri?
Sədr-Bütün maddələri oxuyunuz.
Katib - Oxuyur. Burada komisyonun əlavələri var. (Oxuyur).
Sədr - Danışmaq istəyən yoxmu? Əhməd Cövdət.
Əhməd Cövdət - Bu qanun birinci dəfə baxılanda bizim bir neçə əlavələrimiz var idi. Onları yenə söyləməyi
lazım bilərəm. Əvvəla, budur ki, burada deyilir, o adamlar ki, Azərbaycan vətəndaşı olmaq istəyirlər, onlar bir
neçə şərti haiz olmalıdır. Əvvəla bir qulluqda olsunlar. Əxlaqca gözəl olmalı. Mən keçən dəfə söyləmişdim.
Yenə təkrar edirəm ki, böylə hüdud
[923 - 924]
qoymaq vətəndaşları iş tapmaqda çətinlik çəkən vətəndaşları
sıxmaq və onları hüquqdan məhrum etməkdir. Böylə şeylərə yol verməməli. Ona görə təklif edirik ki, bu maddə
405
buradan götürülsün. Sonra 2-ci budur ki, 10-cu maddə büsbütün götürülməlidir. Orada söylənilir ki, bir xarici
Azərbaycan vətəndaşı olursa onun arvadı da azərbaycanlı olur. Bu maddə ilə arvadların hüququ və ixtiyarı
nəzərə alınmayır. Guya onlar mal kimi cansız bir şeydirlər. Bu maddə tamamilə aradan götürülməlidir. Ola bilir
ki, bir xarici təbəəsi Azərbaycan vətəndaşı olur, arvadı olmaq istəməyir, istədiyi təbəəliyində qalır. Və yaxud
özü ayrıca ərizə verib vətəndaşlığı qəbul edir. Bu onun öz ixtiyarıdır. Bunu onun əlindən almaq olmaz.
Fraksiyalar bütün deklarasiyalarında arvadların hüququ etiraf olur. Bu maddə ilə arvadların hüquq müəyyən
edilir. Sonra burada 11-ci maddə də and məsələsidir ki, keçən dəfə and barəsində danışmışdım. Mustafa bəy
Vəkilov demişdi ki onların mövqeləri eylədir ki, gərək bunun bir əksinədə danışsınlar. Mən də deyirəm ki, sənin
mövqeyin elədir ki, gərək andı müdafiə edəsən. hər yerdə nravstvenni nöqteyi-nəzərdən gərək baxsın ki, and
içən, andı saxlayıb buna əməl edəcəkdir ya yox? Sən bir tərəfdən deyirsən ki, təbəəliyi qəbul edən şəxs gərək iki
sənə kəndi etibar və etimadını nəzərinə çəkərək, özlüyünü isbat etsin və bundan mayədə filan-filan maddələri
qəbul etsin. Mən deyirəm ki bu şərtləri qəbul edib əmələ gətirsə kifayətdir. Lakin sən deyirsən ki, gərək and da
içə. Ola bilir ki, sənin özün də and içib vaxtı ilə hökumət əleyhinə çıxsın. Min dəfə görmüşük ki, sudlarda
yalandan and içirlər, sonra da haman andın əleyhinə gediblər, bu səbəblə anda əməl olmadığından andın
əhəmiyyəti itir. Əgər siz and tərəfdarısınız andın qüdsiyyətini saxlamalısınız. Ona görə bir yerdəki sən onu
cürbəcür qanunlar ilə məhdud edirsən ona bir də and vermək bunu periodiçeski deyil praktiçeski gözləmək
lazımdır. Mən təklif edirəm, and məsələsini bütün-bütünə bu maddədən rədd edək.
Sədr-Söz Mustafa Vəkilovundur.
Mustafa Vəkilov (Müsavat) - And məsələsində Əhməd bəy deyirdilər ki, hər bir şeydən ötəri and salmaq
olmaz. Çünki and qüdsiyyəti itər, cəmaət arasında əhəmiyyətdən düşər. Çalışmalıdır ki, and dar məqamda
işlənsin. Dəxi hər şeydən ötəri aralığa atılmasın. Əlbəttə, əsas etibarilə anda camaat arasında əhəmiyyət verilir.
Ondan ötəri də məsələ buradadır ki, bunu hansı məqamda, hansı nöqtədə meydana çıxarmaq olar. Əhməd bəy
dedi ki, bir adam ki Azərbaycan təbəəliyini qəbul edir ona andın lüzumu var. Bu hər bir şey üçün deyilki, and
ortaya atılsın. Bunu hər bir şey üçün meydana çıxarmaq olmaz. Bir Azərbaycanlı üçün bundan müqəddəs,
bundan artıq, bundan əziz bir şey olmaz ki, öz vicdanı ilə and içəcək ki, mən vətənimi müqəddəs bilirəm. Ona
görə də iman gətirib and içirəm.
Sədr-Söz hökumət üzvlərindən Aslan bəy Səfikürdlünündür.
Aslan bəy Səfikürdlü (ədliyyə naziri) - Mən necə, ki keçən səfər ərz elədim ki, bu qanun çox zillətlə, çox
çətinliklə keçir. Başqa vaxtlarda da, mədəni hökumətlərdə qanun layihələrinə irad tutmaq olardı. Hər bir
qanunun vaxtı var. Hər vaxtın yaşayışına, adətinə görə qanun düzəlir. Və necə yaxşı qanun olsa 100 il-sonra
yaramayır. O, gərək dəyişilsin. Ələlxüsus bu, bizim qanunlar ki, parlamanda görür ki, nenormalnı vaxt yaşayır.
hamısına irad ola bilər. hər vaxt işlər öz yoluna düşəndə o vaxta görə qanun dəyişəcəkdir. Qonşu hökumətlər bu
yol ilə kedə bilər. O cümlədən 10-cu punkt ki, Əhməd deyir ki, bütün xarici təbəəsi, məsələn İran və başqa bir
dövlət təbəəsi ikən Azərbaycan təbəəsi olsa, arvadı da Azərbaycan təbəəsi olur. Necəki qonşular eyləyirlər.
Yoxsa biz təbəəmizi azaldarıq. Bir ər bir dövlət təbəəsi arvadı isə başqa dövlət təbəəsi ola bilməz, hər gah onlar
bir evdə yaşayır, bir-birinə ömür yoldaşdırlarsa, vətəndaş nöqteyi-nəzərincə də bir kişi evdə Azərbaycan təbəəsi
olsa, arvadı da olacaq. Gərək də olsun. Yoxsa kişi Azərbaycan təbəəsi, arvad ingilis təbəəsi, atası İran təbəəsi
böylə şey qeyri-mümkündür. Ələlxüsus indiki Denikinin üzərimizə gəldiyi bir vaxtda biz öz təbəələrimizin
qədərini azaltsaq nə qədər zərər görmüş olarıq. Buna parlaman fraksiyalarından bəzi tərəfdar ola bilərsə də...
Sədr-Natiq əfəndi, parlamanda öylə fraksiya yoxdur.
Aslan bəy (davamla) - Bu saat adam özünə də inanmayır. Hər bir şeydən şəklənirsən. Mümkündürmü ki, kişi
özü Azərbaycan
[925 - 926]
təbəəsi, arvadı isə rus təbəəsi olsun. Çünki bizim aramızda çoxu erməni, rus, yəhudi
qızları alırlar. Fəqət bunda da kişi başqa dövlət, arvad isə başqa bir dövlət təbəəsi ola bilməz. Əlbəttə bu
mümkün deyildir. Ondan sonra bu and məsələsi ixtilaflı bir məsələdir. Bu barədə Əhmədin sözü dürüstdür. Dedi
və sübut da göstərdi ki, andın heç bir əhəmiyyəti yoxdur. Tarix, inqilab da bunu göstərdi ki həqiqətən də andın
əhəmiyyəti olmadı, necə ki Nikolayın çörəyi ilə dolanan generallar and içmişdilər və soldatlar da hamısı and
içmişdilər döndülər cəmaət tərəfinə, generallar da çoxu soldatlar tərəfinə keçib, Nikolayı yıxdılar, öldürdülər.
Tarix özü göstərir ki, andın əhəmiyyəti yoxdur. Ancaq bir təfavüt var ki, and üçün ya söz verən adamın tənbehi
başqa olur, çox olur. And içənin qanun 3 ayacan getməsini izləyir. Yoxsa 2 ay and da içirsən, söz də verirsən
qol da çəkirsən, sonra da dönürsən. Demək hökuməti aldadırsan, ona görə də tənbeh almalısan, çünki bu gün
belə, sabah belə. Doğrudur vətəndaşlıq qanunu mejdunarodnı konqresdə müzakirə edilir, o vaxt, əlbəttə
Azərbaycan hökuməti öz məxsusi qanunun dəyişib ümumi beynəlmiləl qanuna tabe olar. Necə ki, keşiş əfəndi
dedi ki, baş-qa millətlərlə gərək əlaqəmiz olsun və bu qanun da əlaqədən asılıdır. Düzdür, fəqət o, gələcəkdə
olacaqdır. İndiki bu barədə ümumi bir qanun yoxdur. İndi bu qanunu qoyun gələcəkdə əlbəttə dəyişə bilir.
Sədr-Səz Əhməd Cövdət Pepinovundur.
Əhməd Cövdət-Yoldaşımız Aslan bəyin fikrində iştirak edə bilmərəm. Əvvəla arvad məsələsi. Deyirlər ki,
bir ailənin kişisi Azərbaycan təbəəsi olursa arvadı da onun dostu və yoldaşıdır gərək Azərbaycan təbəəsi olsun.
Görün, kişi Azərbaycan təbəəsi olmaqla arvadı da Azərbaycan təbəəsi olması məcburidir. Bir-birinə söz