53
yazırdılar. Lakin çar hakimiyyət orqanları işi həmişə cibidoluların xeyrinə həll
edirdi.
Ədalətsizlik gəlib o yerə çatmışdı ki, hətta bəzi yüksək rütbəli dövlət
məmurları da bunu etiraf etməyə məcbur olmuşdular.
Lənkəran qəzasının rəisi Bakı qubernatoruna raportunda yazırdı ki,
yüzbaşılar və hakimlər istisnasız olaraq rüşvət alırlar. Kənd məhkəmələrində işlər
haqlı olanın xeyrinə deyil, çox pul verənin xeyrinə həll edilir.
Qafqaz
canişini
Vorontsov-Daşkovun
özü etiraf etmişdir ki,
bürokratiyanın bütün qayğısı Qafqazda imtiyazlı təbəqələri müdafiə etməkdir. O
göstərirdi ki, kəndlilərin pay torpaqlarına mülkədarların bütün münasibətlərində
özbaşınalıq hökm sürür, yerli hakimiyyət orqanları mülkədarların təsiri altındadır.
Birinci dünya müharibəsi illərində kəndlilərin yaşayışı olduqca pisləşdi.
Ərzaq və sənaye malları qat-qat bahalaşdı, qıtlıq son dərəcə gücləndi.
1914-cü ilin dekabrında çarın verdiyi qanuna əsasən torpaq vergisinin
miqdarı 50 faiz artırıldı.
1915-ci ildə çar hökumətinin fərmanı ilə 25 yaşınadək gənclər cəbhəarxası
işlərə səfərbər edildi. Azərbaycanın əmək qabiliyyətli kənd əhalisinin 30 faizi
təsərrüfatdan ayrılıb arxa işlərə göndərildi.
Hərbi ehtiyaclar üçün on minlərlə at, qaramal müsadirə edildi.
1916-cı ildə qeyri-xristian əhalisinə əlavə olaraq xüsusi hərbi vergi
qoyuldu.
Bütün bunlar onsuz da ölgün vəziyyətə düşmüş kəndli təsərrüfatlarının
müflisləşməsinə səbəb oldu. İş heyvanı olmadığına görə yüzlərlə kəndli təsərrüfatı
becərilməmiş qaldı. Əhali aclıq çəkməyə başladı.
Çar müstəmləkə orqanlarının, rus məmurlarının və digər zalımların
özbaşınalığı, zorakılığı zəhmətkeş kütlələrin sinfi və milli-azadlıq mübarizəsinin
daha da güclənməsinə səbəb oldu.
* * *
1. 1915-ci ildə Bakı sənaye rayonu Azərbaycanın ümumi gəlirinin yarıya
qədərini, bütün sənaye məhsulunun isə 71 faizdən çoxunu verirdi. Buranın sənaye,
nəqliyyat, ticarət, rabitə və xidmət sahələrində 109 minə qədər fəhlə çalışırdı.
Onların 45 min nəfəri neft sənaye fəhlələrindən ibarət idi.
Fəhlələrin sırasında 29 millətin nümayəndəsi vardı. Onların 41 faizindən
çoxunu azərbaycanlılar, 27,5 faizini ruslar, 17,7 faizini ermənilər, 6 faizini
dağıstanlılar və digər millətlərin nümayəndələri təşkil edirdi.
Rusiya imperiyasında əhalinin hər 100 nəfərinə düşən fəhlənin sayına
görə Bakı quberniyası Moskva, Vladimir və Peterburq kimi iri mərkəzi-sənaye
quberniyalarından sonra dördüncü yeri tuturdu. Bakı quberniyasında hər yüz nəfərə
5,3 fəhlə düşürdü.
54
2. Neft sənayesində toplanan külli miqdarda kapitalın vasitəsilə
Azərbaycanda, Rusiyada, həmçinin xarici ölkələrdə bir sıra istehsal sahələri ələ
keçirilmiş və yeniləri yaradılmışdır. Erməni kapitalisti S. Q. Lianozov başqa bir
neft sənayeçisi ilə şərikli sement və digər tikinti materialları istehsal edən «Tauz»
şirkətini təsis etmişdi. O, Ənzəli - Tehran yolu avtomobil nəqliyyatı şirkətinin 25
faiz payını və Qafqazda dəmir filizi sənayesinə nəzarətin 30 faizini öz əlinə
keçirmişdi. Azərbaycan neftindən hədsiz dərəcədə varlanmış erməni milyonçuları
olan Qukasovlar ailəsi Rusiyada iri elektronika, akkumulyator və armatur-elektrik
sahələrini ələ keçirərək, əslində, bütün elektrotexnika sənayesinmi inhisarçısına
çevrilmişdi və s. b. k.
3. 1913-cü ildə, Bakı sənaye rayonunu çıxdıqdan sonra, qəzalarda ümumi
məhsulun 40 faizini onun sənaye sahələri verirdi. Bu, Azərbaycanın bütün sənaye
məhsulunun təqribən 29 faizini təşkil edirdi.
4. Bu dövrdə yüngül sənaye sahələrində 13600 nəfərdən çox, yeyinti
sənaye sahələrində isə 58 min nəfərdən çox, cəmi 71,7 min fəhlə işləyirdi. Digər
sənaye, nəqliyyat, rabitə və xidmət sahələrində çalışan fəhlələrlə birlikdə qəzalarda
(Bakısız) fəhlələrin ümumi sayı 90 min nəfərə çatırdı.
Qəzalarda sənaye fəhlələrinin 4/5 hissəsindən çoxunu azərbaycanlılar
təşkil edirdi.
5. 1913-cu ildə daimi kənd təsərrüfatı fəhlələri ilə birlikdə Azərbaycanda
fəhlələrin ümumi sayı 305 min nəfərə çatırdı.
Fəhlələr Azərbaycan əhalisinin 12,4 faizini təşkil edirdi. Həmin dövrdə
müvafiq Ümumrusiya səviyyəsi 12 faizə bərabər idi.
55
II FƏSĠL
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCANDA
ĠCTĠMAĠ-SĠYASĠ
VƏZĠYYƏT
§ 1. AZƏRBAYCAN XALQININ MĠLLĠ OYANIġI.
ZƏHMƏTKEġLƏRĠN KÜTLƏVĠ ĠNQĠLABĠ
MÜBARĠZƏSĠNĠN BAġLANMASI.
AZƏRBAYCANLILARIN RUS-YAPON MÜHARĠBƏSĠNDƏ
ĠġTĠRAKI
Milli burjuaziya: Xalqın oyanması və azadlıq mübarizəsinə qalxması
üçün iqtisadi cəhətdən güclü, siyasi cəhətdən yaxşı təşkil olunmuş milli
burjuaziyanın mövcudluğu mühüm şərtdir.
Azərbaycan milli burjuaziyasının müstəmləkə asılılığı şəraitində,
Ümumrusiya bazarının tələbləri əsasında formalaşması onun sosial-siyasi
mövqelərinə qüvvətli təsir etmişdir. Bu özünü, hər şeydən əvvəl, Azərbaycan
burjuaziyasının çoxmillətli tərkibində, iqtisadiyyatın aparıcı sahələrinin əsasən rus,
xarici və erməni kapitalistlərinin əlində cəmləşməsində, milli burjuaziyanın
hüquqsuzluğunda və zəifliyində göstərirdi.
Milli burjuaziya neft sənayeçilərini birləşdirən təşkilatların heç birinin
idarə heyətində təmsil edilmirdi.
Azərbaycanlı sahibkarlar Bakı neft sənayeçiləri qurultayı Şurası (BNSQŞ)
və müharibə dövründə təşkil edilmiş Bakı hərbi-sənaye komitəsi (BHSK) tərkibinə
daxil deyildilər. On illər boyu Şuraya və Komitəyə məşhur erməni kapitalistləri A.
O. və P. O. Qukasov qardaşları başçılıq etmişlər.
Bakı rayonunda Birja cəmiyyətinin daimi seçkili orqanı olan birja
komitəsində milli burjuaziyadan nümayəndə yox idi. Halbuki şəhərdə tacirlərin
yarıya qədərini azərbaycanlılar təşkil edirdi. Birja komitəsinin sədri daim erməni
neft sənayeçisi S. S. Taqianosov olmuşdur. Azərbaycanda fəaliyyət göstərən çoxlu
bank ruslara məxsus idi. (İlk milli bank yalnız 1914-cü ildə Bakıda H. Z. Tağıyev
və M. Nağıyev tərəfindən təsis edilmişdir).
Müstəmləkəçilər rus kapitalistlərinin mənafeyini güdərək, milli ucqarlarda
bəzi sənaye sahələrinin yaradılmasına və inkişafına ciddi müqavimət göstərirdilər.
Milli kapitalın ən görkəmli nümayəndəsi H. Z. Tağıyev ilk toxuculuq fabrikinin
hələ tikintisinə icazə almaqdan ötrü bir neçə il çalışmış, Peterburq və Moskvanın
yüksək rütbəli məmurlarına külli miqdarda «hədiyyələr» verməyə məcbur
olmuşdu. Çünki, yeni fabrikin açılması məşhur milyonçu Morozovun başçılıq
etdiyi rus toxuculuq sənayesinə zərər vura bilərdi. Yaxud, Azərbaycanın xam ipəyi
Dostları ilə paylaş: |