Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 38 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



İpoteka krediti əldə etmək üçün tələb edilən sənədlərin çoxluğu 

bir  çox  hallarda  vətəndaşlar  üçün  keçilməz  baryer  funksiyasını  yerinə 

yetirir ki, bu hal əhalinin aztəminatlı hissəsi üçün daha ciddi problemlər 

yaradır.  Belə  ki,  sənədlərin  çoxluğu  administrativ  əngəlləri  daha  da 

artırır və bəzi hallarda isə süni imtina variantı yaradır. Belə fikirləşirik 

ki,  bu  tip  neqativ  halların  qarşısını  almaq  məqsədi  ilə  tələb  edilən 

sənədlərin  sayını  azaltmaq  mümkündür.  Nəzərə  alsaq  ki,  hazırda 

elektron  hökumətin  yaradılması  istiqamətində  ciddi  işlər  görülüb  və 

vətəndaşlar  haqqında  məlumat  bazası  formalaşdırılıb,  bu  sənədlərin 

bəziləri  ipoteka  verən  qurumlar  tərəfindən  elektron  qaydada  müraciət 

etməklə qısa zaman kəsiyində əldə edilə bilər. 

 

İpoteka prosesi yuxarıda qeyd edilən sənədlərin də tələb olunma 



ardıcıllığından göründüyü kimi, mərhələli şəkildə həyata keçirilir. Belə 

ki,  kredit  almaq  haqqında  qərar  verən  hər  bir  şəxs  əvvəlcə  təsdiq 

edilmiş  şərtlər  daxilində  şəxsi  imkanlarını  qiymətləndirməlidir.  Çünki, 

tələb  olunan  şərtlərdən  hər  hansı  biri  olmadıqda  kreditin  alınması 

mümkün  deyil  və  bu  məqsədlə  müvafiq  qurumlara  müraciət  etmək 

səmərəsiz  vaxt  itkisinə  və  sonradan  ümidsizliyə  yol  aça  bilər.  Yeri 

gəlmişkən  qeyd  etmək  istəyirik  ki,  ipoteka  kreditini  ailə  üzvləri  və 

yaxın  qohumlarla  birgə  qaydada  da  əldə  edə  bilərlər.  Bu  zaman  onlar 

“birgə  borcalan”  adlandırılır.  Əgər  şəxsin  əmək  haqqı  kreditin  geri 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 39 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



qaytarılmasına  kifayət  etmirsə  bu  zaman  ailənin  digər  üzvü  və  ya 

üzvləri  kreditin  geri  qaytarılması  haqqında  bank  qarşısında  öhdəlik 

götürə bilər ki, bu da onların birgə problemi sayılan mənzil məsələsinin 

həllinə  kömək  edər.  Əgə  vətəndaşr  ipoteka    krediti  almaq  qərarı  qəbul 

edirsə ipoteka krediti vermə səlahiyyəti olan müvəkkil kredit təşkilatına 

(banka)  müraciət  edərək  ilkin  qiymətləndirmədən  keçməlidir.  Bundan 

sonrakı mərhələ həlledici məqam hesab edilir. Çünki, müraciət etdiyiniz 

kredit təşkilatı sizin təqdim etdiyiniz sənədlər əsasında kredit qaytarma 

imkanlarınızı, ipotek edilən əmlakın iqtisadi parametrlərini yəni, dəyəri 

və  vəziyyətinin  qiymətləndirilməsini  həyata  keçirir.  Kredit  təşkilatı 

məhz  bu  qiymətləndirmədən  sonra  sizə  kredit  verilib,  verilməməsi 

haqqında  qərar  qəbul  edir.  Əgər  sizə  kreditin  verilməsi  qərarı  qəbul 

edilirsə,  artıq  ipoteka  kreditinin  rəsmiləşdirilməsinə  başlanılır,  mərhələ 

üçün  zəruri  olan  sənədlər  toplanılır,  kredit,  ipoteka  və  sığorta 

müqavilələri  imzalanır  və  təsdiq  edilir.  Bu  zaman  yaranan  hüquqlar 

dövlət  qeydiyyatına  alınır.  Məhz  bundan  sonra  kreditin  verilməsi 

mümkündür.  Əlbəttə  ki,  müəyyən  edilmiş  ilkin  ödəniş  məbləği 

ödənməli,  ödəniş  mütləq  bank  yolu  ilə  həyata  keçirilməlidir.  İpotek 

edilən  əmlakın  dəyərinin  digər  qalığı  isə  ipoteka  krediti  məqsədi  ilə 

ayrılan vəsait hesabına əmlakın sahibinə ödənmiş olur. Beləliklə, əmlak 

ipotek  etdirənin  adına  sənədləşdirilmiş  olur  lakin,  kredit  təşkilatı 

qarşısında şəxsin götürmüş olduğu öhdəliyin icrası başa çatdıqdan sonra 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 40 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



əmlak  üzərində  tam  səlahiyyət  şəxsə  verilir.  Yəni,  öhdəlik  yerinə 

yetirilməyənə qədər əmlakın satılması, başqasının adına keçirilməsi  və 

s.  kimi  hüquqlar  yalnız  kredit  təşkilatının  razılığı  və  iştirakı  ilə 

mümkündür. 

İpoteka  kreditinin  əldə  edilməsi  üçün  həyata  keçirilən  sənədləşmə 

əməliyyatlarının 

müddəti 

Azərbaycan 

Respublikasının 

digər 


qanunvericilik  aktları  ilə  tənzimlənir  və  aşağıdakı  cədvəldə  müəyyən 

edilmiş minimum və maksimum müddəti göstərilmişdir. 



 

 


AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 41 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Cədvəl  2:  İpoteka  kreditinin  rəsmiləşdirilməsi  zamanı  ayrı-ayrı 

sənədlərin əldə edilməsi üçün tələb edilən sənədlər 

Hərəkətin adı 

Müddəti 

Qanunvericilik 

Daşınmaz  əmlak  üzərində  hüquqların 

məhdudlaşdırılmasına 

(yüklülüyünə) 

dair 

dövlət 

reyestrindən 

arayışın 

verilməsinə görə (Forma 1) 

5 iş günü   “Daşınmaz 

əmlakın 

dövlət 

reyestri  haqqında”  AR  Qanun, 

Maddə 5.3. 

Daşınmaz  əmlak  üzərində  mülkiyyət 

hüquqlarının 

dövlət 

qeydiyyatına 

alınması barədə çıxarışın verilməsi 

20 gün 

“Daşınmaz 

əmlakın 

dövlət 

reyestri  haqqında”  AR  Qanun, 

Maddə 9.2 

İpotekanın 

dövlət 

qeydiyyatına 

alınması 

5 gün 

“Daşınmaz 

əmlakın 

dövlət 

reyestri  haqqında”  AR  Qanun, 

Maddə 20.3 

İpoteka  kağızının  dövlət  qeydiyyatına 

alınması 

3 gün 

“İpoteka 

kağızının 

dövlət 

qeydiyyatı  Qaydaları”  nın  2.2-

ci bəndi 

İpoteka kağızının əlavə qeydiyyatı 

2 gün 

“İpoteka 

kağızının 

dövlət   qeydiyyatı  Qaydaları” 

nın 3.3-cü bəndi 

İpoteka 

predmetinin 

qiymətlən- 

dirilməsi 

1-3 gün 

 

 

Mənbə:Azərbaycan 

Respublikası 

Dövlət 

İpoteka 

Fondu 

http://www.amf.cbar.az/?/az/content/92/



 

İpoteka  kreditlərinin  alınması  zamanı  ödənilməli  olan  xərclərə  həyata 

keçirilən  hərəkətlər  üçün  dövlət  rüsumları,  sığorta  xərcləri  və  ipoteka 

predmetinin  qiymətləndirilməsi  aiddir.  Dövlət  rüsumları  dəyişməyən 

xərclərdir  və    “Dövlət  rüsumu  haqqında”  Azərbaycan  Respublikasının 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə