AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 28 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
sahiblik, onun təyinatı üzrə istifadəsi, vəsiyyət edilməsi, qanunun
tələblərinə uyğun sərəncam vermək kimi hüquqları və ipoteka
predmetinin saxlanılması, salamatlığı, üçüncü şəxslərin qəsdlərindən,
tələblərindən qorunması, vergilərin, kommunal xərclərin ödənilməsi
kimi vəzifələri var. İpoteka saxlayanın isə ipoteka predmetinin
saxlanılmasına nəzarət etmək, nöqsanların aradan qaldırılmasını tələb
etmək, ipoteka qoyan tərəfindən xəbərdarlıqlara əməl edilmədikdə
ipoteka predmetinin sahibliyinin onun xeyrinə dəyişməsi iddiası ilə
məhkəməyə müraciət etmək kimi hüquqları var. Sonuncu halda
məhkəmə ipoteka saxlayanın xeyrinə qərar çıxararsa o zaman, sahiblik
hüququ tam şəkildə ona keçir.
İpoteka predmetinin sığorta etdirilməsi də qanunun vacib
tələblərindən biridir. Sığorta zamanı ipoteka predmetinin bazar qiyməti
əsas götürülür. Əgər ipoteka qoyan fiziki şəxsdirsə, o zaman onun
həyatı və əmək qabiliyyətinin itirilməsi riski mütləq sığorta edilməlidir.
Ümumiyyətlə isə ipoteka haqqında qanunun qəbul edilməsi ölkə
tarixində ilk dəfə ipoteka kreditləşməsinə start verilməsinə səbəb oldu.
İpoteka prosesinin tənzimlənməsi, maliyyə mənbələrinin vahid
qaynaqda birləşdirilməsi, bu sahədə dövlət siyasətinin həyata
keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında ipoteka kreditləri
sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti
AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 29 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
tərəfindən 16 sentyabr 2005-ci ildə fərman imzalanıb. Fərmanda
Azərbaycan Respublikasının Mərkəzi) Bankı nəzdində Azərbaycan
İpoteka Fondu yaradılması və bununla əlaqədar görülməli olan işlərin
siyahısı, o cümlədən, AİF haqqında əsasnamənin hazırlanması tələbləri
öz əksini tapıb. Ölkə prezidentinin 22 dekabr 2005-ci il fərmanı ilə isə
“Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan
İpoteka Fondu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının
Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti
hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları” təsdiq etdi.
Beləliklə, ölkədə ipoteka kreditlərinin verilməsi mexanizminin
formalaşdırılması istiqamətində ciddi addımlar atıldı.
AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 30 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
Azərbaycanda
İpoteka
kreditlərinin
verilməsi
prosedurası
İlk öncə qeyd etməliyik ki, ipoteka krediti almaq istəyən
vətəndaş kreditin hansı mənbələrdən alınacağını müəyyən etməlidir.
Belə ki, ipoteka kreditləri verilmə şərtləri və maliyyənin təmin edilməsi
mənbəyi baxımından üç əsas hissəyə ayrılır.
1. Güzəştli ipoteka. 2. Adi ipoteka. 3. Kommersiya ipotekası.
Bu ipoteka kreditlərinin hər biri ayrı-ayrı qaydalar və şərtlər
daxilində müştərilərə təqdim olunur. Həmçinin, adi və güzəştli ipoteka
kreditləri dövlət büdcəsi, AİF-in aktivlərinin idarə edilməsi və sair
rəsmi mənbələrdən formalaşdığı halda kommersiya ipotekası istənilən
bank və ya kredit təşkilatının öz vəsaiti hesabına formalaşır.
Kreditlərin verilməsi şərtləri
AİF-in vəsaitləri hesabına verilən adi və güzəştli ipoteka kreditləri
aşağıdakı tələblərə uyğun olmalıdır:
Kredit
Azərbaycan
manatı
ilə
ancaq
Azərbaycan
Respublikasının vətəndaşına verilməlidir;
İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola
bilər;
AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 31 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü
edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox
olmamalıdır;
İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın
(borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox
olmamalıdır;
Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və
fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə
üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş
yaşayış minimumundan az götürülə bilməz;
Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə
müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;
İpoteka ilə yüklü edilən daşınmaz əmlak AİF tərəfindən təsdiq
olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair
müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən
qiymətləndirilməlidir;
İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər
hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
Dostları ilə paylaş: |