Azerbaycanda tolerantliq enenesi indd


dür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurun-



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə41/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   33   34   35   36   37   38   39   40   41

150
dür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurun-
da) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən 
sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır”.
1
Göründüyü kimi, ilk iki ayədə “bərzəx” sözü şor və şirin su-
lu iki dənizi bir-birindən ayıran maneə mənasında işlədilmişdir. 
Üçüncü ayədə isə insanların ölümlərindən etibarən başlayıb 
yenidən dirilmələrinədək davam edəcək mərhələni ifadə edir. 
Kəlam elmində  bərzəx termini məhz bu mənada işlədilmiş 
və hər bir insanın mütləq surətdə bərzəx dövrünü yaşayacağı 
qəbul edilmişdir.
Təsəvvüf ədəbiyyatında da bərzəx termininə verilən məna-
ların mahiyyət etibarilə eyni olduğunu qeyd edə bilərik. Təsəvvü-
fi düşüncəyə əsasən, bərzəx maddi aləm ilə mənəvi aləm arasın-
da körpü vəzifəsini icra edən keçid mərhələ ki mi qəbul edilir. 
Maddi aləm ağıl və duyğu orqanları ilə idrak edilən, mənəvi 
aləm, yəni qeyb aləmi isə bunlarla idrak edilməyən aləmdir.
2
“Əl-Mənzilə beynəl-mənziləteyn”:  ərəb dilindən tərcü-
mə də “iki mövqe (məkan, dərəcə) arasındakı mövqe” mənasını 
verən bu ifadə Abbasilər dövrünün hakim məzhəblərindən ol-
muş mötəzilənin beş  əsasından biri hesab edilir. Bu anlayışa 
əsasən, böyük günahlardan hər hansı birini edən şəxs imandan 
çıxmış sayılır, ancaq iman əsaslarını inkar etmədiyinə görə ka-
firlik deyil, fasiqlik mərtəbəsində qərarlaşır. Ölənə qədər tövbə 
etmədiyi təqdirdə isə kafir kimi cəhənnəmə girəcəkdir.
3
Mötəzilə  əqaid alimlərinin bu yanaşması böyük günah 
edən şəxsi kafir elan edən xaricilik ilə mömin qəbul edən mürciə 
məzhəblərindən fərqli bir anlayışın məhsulu olaraq qarşımıza 
çıxır. Əslində bir çox alimlərin fikrincə, məzhəbin adı bilavasitə 
bu prinsipin mübahisəsi nəticəsində meydana gəlmişdir. Belə 
ki, bu fikri ilk dəfə ortaya atan Vasil ibn Əta, eyni zamanda 
1
 
Muminun 23/99-100.
2
 
 Cüneyt Gökçe, “Berzah”, DİA, İstanbul, 1989, c.1, s. 525.
3
 
 İlyas Çelebi, “Menzile beyne`l-menzileteyn”, DİA, İstanbul, 2004, c. 29, s. 161.


151
Azərbaycanda tolerantlıq ənənəsi
mötəzilə  məzhəbinin banisi hesab olunur. O, elmi diskusiya 
əsnasında böyük günah edəni münafiq adlandıran Həsən  əl-
Bəsriyə etiraz etmiş  və  nəticədə mötəzilə  məzhəbinin  əsasını 
qoymuşdur. Bütün dini düşüncəsini sözügedən müddəa ətra-
fın da  formalaşdıran Vasil ibn Əta öz fikirlərini siyasi müstəviyə 
də daşımışdır. O, Həzrət Əli və Müaviyə arasında baş vermiş 
müharibədə hansı  tərəfin günahkar olduğunun yalnız Allah 
tərəfindən bilinəcəyi fikrini müdafiə edərək bu məsələdə xari-
cilik, mürciə və şiəlik arasında orta mövqe tutmuşdur. Belə ki, 
xaricilər hər iki tərəfi kafir, mürciələr mömin, şiələr isə sadəcə 
Həzrət Əliyə qarşı çıxanları fasiq adlandırırdı. 
Mötəzilənin yaranmasında və sistematik məzhəb kimi for-
malaşmasında aparıcı məfhumlardan biri qəbul edilən “əl-mənzilə 
beynəl-mənziləteyn” termini paralel olaraq mömin və kafir 
məfhumlarının  əhatə dairələrinin yenidən müzakirə edilməsinə 
də səbəb olmuşdur. Bu barədəki elmi diskussiya la rın, müzakirə, 
mübahisə və münaqişələrin necə dərin müs tə  vidə cərəyan etdiyi-
ni və məsələnin o dövrdəki məntiqi tə fək kür  ilə idrak edilməsinin 
çətinliyini Qazi Əbdülcəbbarın bu yanaşmasından da başa 
düşmək mümkündür. Məzhəbin başlıca alimlərindən sayılan 
Qazi  Əbdülcəbbar “əl-mənzilə beynəl-mənziləteyn” prinsipinə 
dair məsələlərin ağıl, daha doğrusu dövrün məntiqi təfəkkürü ilə 
başa düşülməsinin qeyri-mümkünlüyünü bildirir. Bunu bəzi gü-
nahların və ya savabların əvəzində daha çox cəza və ya mükafat 
verilməsi reallığı ilə müqayisə edən alim öz fikrini dəstəkləmək 
üçün belə bir misal verir: “Bizə qalsaydı, hökm verərdik ki, yoxsu-
la bir dirhəm pul verilməsinin müqabilində kəliməyi-şəhadətdən 
daha çox savab, içki içilməsinin müqabilində  də ona icazə 
verilməsindən daha çox cəza tətbiq olunsun”.
1
Allahın zatı və ilahi sifətlər mövzusu: klassik əqaid elmində 
Allahın varlığından daha çox sifətləri (xüsusiyyətləri) ilə bağlı 
1
 
  Qazi  Əbdulcabbar,  Şərhul-usulil-xəmsə, Qahirə, Məktəbətu Vəhbə, 1988, s. 
137-140. 


152
məsələlər müzakirə edilmişdir. Bu təmayülü istər sünni, istərsə 
də şiə məzhəbindən olan əqaid alimlərinin əsərlərinə şamil etmək 
mümkündür. İslam əqaidinə dair müəyyən əsərlər qələmə alan 
müsəlman mütəfəkkirlər Allahın varlığını isbat etmək üçün bən-
zər dəlillər ortaya qoymuş və nəticə etibarilə eyni mövqedən çı-
xış etmişdir. Allahın varlığının dəlilləri mövzusunda müşahidə 
edilən bu həmfikirlik sifətlər (xüsusiyyətlər) mövzusunda real-
laşmamış  və  əqaid məktəbləri arasındakı  fərqli yanaşmalar for-
malaşmışdır. Belə ki, Quranın yaradılıb yaradılmaması, Allahın 
axirətdə görülməsi kimi bir çox əqaid problemləri məhz Allahın 
sifətləri mövzusundakı fikirayrılıqlarından qaynaqlanmaqdadır.
Sözügedən yanaşmalardan iki dəyərli məntiq sisteminə 
əsasən, izahı ən çox mübahisə doğuran, heç şübhəsiz ki, əşərilik 
məzhəbinin ortaya qoyduğu fikirdir. Qısa şəkildə ifadə etsək, 
Əbul-Həsən  əl-Əşəri və davamçılarının  fikrincə, ilahi sifətlər 
Allahın varlığı ilə nə eyni şey, nə də ondan başqa şeydir. Bura-
da qeyd etmək lazımdır ki, ilahi sifətlər haqqında bu yanaşma 
mötəzilə  tərəfindən ortaya atılan  fikrə alternativ olaraq for-
malaşdırılmışdır. Mötəzilə  məzhəbinin alimlərinə görə, ilahi 
sifətlər Allahın zatı ilə eyniyyət təşkil edir. Elm sifətini misal 
versək, mötəzilə alimlərinin qənaətini “Allah zatı ilə alimdir” 
şəklində xülasə edə bilərik. Bu fikrə qarşı müdafiə edilən ya-
naşma isə “Allah alimdir” şəklində ifadə olunmuşdur. 
Belə olduğu təqdirdə ortaya çıxan problem Allahın zatın-
dan ayrı olduğu düşünülən sifətlərin zat ilə münasibətinin 
qurulmasıdır.  İlahi sifətlərin Allahın zatı ilə eyni olmadığını 
müdafiə edən Əşəri Onun zatından tamamilə ayrı olmadığını 
da qeyd etmiş və bunu özünəməxsus şəkildə izah etməyə ça-
lışmışdır. Nəticədə, ilahi sifətlərin Allahın zatı ilə münasibəti 
mövzusunda iki dəyərli məntiq sistemi ilə izah edilməsi çətin 
olan paradoksal əşəri nəzəriyyə təşəkkül etmişdir.
1
 
1
 
  Bax:  Əbul-Həsən  əl-Əşəri, Məqalatül-islamiyyin və ixtilaful-musallin, thq: 
Muhamməd Mühyiddin Əbdülhəmid, Beyrut, 1990, c. 2, s. 225-226.


153
Azərbaycanda tolerantlıq ənənəsi
Nəticə
Lütfi Zadənin məntiq nəzəriyyəsini XXI əsr çərçivəsində 
dəyərləndirmək lazımdır. O, sadəcə kibernetika, riyaziyyat və 
məntiq mütəxəssisi deyil, yeni bir paradiqma inşa etmiş filosof 
olaraq qəbul edilməlidir. Bu nəzəriyyə XXI əsrdə sürətlə inki-
şaf edən sənaye, elm və texnologiya sahələrinə dərindən nüfuz 
etməklə yanaşı, həyatın bütün yönlərini əhatə edən sosial-dini 
məsələlərə dair yeni yanaşmaların formalaşmasında da böyük 
təsirə malikdir. Digər bir ifadə ilə Lütfi Zadənin qeyri-səlis 
məntiq nəzəriyyəsini humanitar elmlər, iqtisadiyyat, psixolo-
giya, politologiya, sosiologiya və ilahiyyat kimi bir çox sahələrə 
tətbiq etmək mümkündür.
1
Yuxarıda nümunə olaraq təyin etdiyimiz və İslam məz həb-
ləri arasında bəzən dərin  fikirayrılıqlarının doğmasına səbəb 
olmuş bu mövzuların Aristotelin iki dəyərli formal məntiqi ilə 
tam izahını vermək olduqca çətindir. Məsələ, sadəcə intellek-
tual mübahisələrdən ibarət olduğu müddət  ərzində  əslində 
o qədər də qorxulu deyil. Ancaq çox təəssüf ki, imanın artıb-
azalması, böyük günah edənin dindən çıxıb-çıxmaması, insa-
nın öz əməllərinə görə  məsuliyyət daşıyıb daşımaması kimi 
dini məsələlər sosial, siyasi və  hərbi münaqişələrə  gətirib çı-
xardır. Müxtəlif radikal qruplaşmalar tərəfindən  şişirdilərək 
siyasi məqsədlər üçün istifadə edilən bu problemlərin məntiqi 
izahı verilmədiyi təqdirdə geniş xalq kütləsinin, xüsusilə  də 
gənclərin din anlayışında dərin boşluqlar yaranacaq. 
Ancaq unudulmamalıdır ki, klassik məntiqin olduğu kimi, 
qeyri-səlis məntiqin də müəyyən əhatə dairəsi, hüdudları vardır. 
Onu klassik məntiqdən ayıran nüans bu hüdudların daha elastik 
olmasıdır. Məhz bu elastiklik sayəsində qeyri-səlis məntiq tətbiq 
edildiyi hər sahədə daha həssas nəticələr doğurur. Bu baxımdan 
sözügedən nəzəriyyəni mütləq həqiqət olaraq qəbul etmək və 
1
 
  Mehmet  Emin Arı, Stabilization of an Inverted Pendulum By Using A Fuzzy 
Controller, (Master thesis), Middle East Technical University, Ankara, 1995, s. 8.


154
dini-normativ hökmləri məhz bu prizmadan dəyərləndirmək 
müəyyən problemlərin yaranmasına gətirib çıxarda bilər. 
Qeyri-səlis məntiq nəzəriyyəsi elmi bir nəzəriyyədir və 
digər elmi nəzəriyyələr kimi daim yenilənməyə, nə qədər qəribə 
səslənirsə səslənsin, öz iddialarının doğruluğunu yoxlamağa, öz 
hüdudlarını aşmağa məhkumdur. Dini prizmadan baxıldıqda isə 
Allahın varlığı  və bu kimi digər məsələlər haqqında qeyri-səlis 
məntiqi yanaşma ilə hökm vermək mümkün görünməməkdədir. 
Eyni şəkildə qeyri-səlis məntiq nəzəriyyəsinin qeyd-şərtsiz 
yeganə doğru təfəkkür tərzi olaraq qəbul edilməsinin çoxlu 
dəyərlər sistemi əsasında dəyərsizlik düşüncəsinin yayılma-
sına da səbəb olması  təhlükəsi mövcuddur. Yəni doğru və 
yanlış arasında çoxlu sayda ara dəyərlərin olması faktının önə 
çəkilməsi müəyyən müddətdən sonra mütləq doğru və mütləq 
yanlış fikrinin ortadan qalxmasına gətirib çıxardacaqdır. 
Xüsusilə dini və  əxlaqi prinsiplər baxımından qeyri-səlis 
mən tiq  anlayışı  fərqli mədəniyyətlərdən və inanc/məzhəb sis-
tem lərindən olan insanların birgəyaşayının təmin edilməsi üçün 
problemlərin praktiki izahının verilməsində istifadə edilməlidir. 
Fərqliliklərin eyni səviyyədə dəyərə malik olduğunu sübut üçün 
müraciət edildiyi təqdirdə isə bu nəzəriyyə mövcud vəziyyəti daha 
da mürəkkəbləşdirməkdən başqa bir nəticə doğurmayacaqdır. Qı-
sacası, ilahi dinlər arasında yaxınlaşmanı təmin etmək və klassik 
dövrlərdə səsləndirilmiş radikal fikirlərin praktiki iza hını vermək 
üçün qeyri-səlis məntiqi yanaşmadan istifadə edə rək qloballaşma 
tələbləri ilə ayaqlaşan teist bir anlayış inşa etmək mümkündür. 
Ancaq bir müsəlmana yəhudi ilə, bir xristiana müsəlman ilə, bir 
yəhudiyə xristian ilə eyni dəyəri ifadə etdiyini qəbul etdirməyə 
çalışmaq ən yaxşı ehtimalda deist və ya aqnostik fikirlərin yayıl-
masına gətirib çıxaracaqdır. Eyni şəkildə qlobal əxlaqi prinsiplər 
yaratmaq üçün lokal əxlaqi normaların bərabərsəviyyəli bir dəyər 
ifadə etdiyini müdafiə etmək nəzəriyyədə vəhdətin yaranmasına 
xidmət etsə də, praktik hə yat da  dəyərlərindən məhrum kütlələrin 
yaranmasına səbəb olacaqdır. 


155
Azərbaycanda tolerantlıq ənənəsi
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.   Arı Mehmet Emin, Stabilization of an Inverted Pendulum 
By Using A Fuzzy Controller, (Master thesis), Middle East 
Technical University, Ankara, 1995.
2.   Çelebi İlyas, “Menzile beyne`l-menzileteyn”, DİA, İstanbul, 
2004, c. 29, s.161. 
3.   Emiroğlu  İbrahim Emiroğlu, Ana hatlarıyla klasik mantık, 
Bursa, 1999.
4.  Emiroğlu İbrahim, “Mantık”, DİA, c. 28, s. 20. 
5.  Emiroğlu İbrahim, Ana hatlarıyla klasik mantık, Bursa, 1999.
6.   Əbul-Həsən əl-Əşəri, Məqalatül-islamiyyin və ixtilaful-mu-
sallin, thq: Muhamməd Mühyiddin Əbdülhəmid, Beyrut, 
1990.
7.   Əliyev Elmin, “Azərbaycanda irfan mütəfəkkirləri”, Azər-
bay can  və Əhli-beyt irsi, Bakı, 2013.
8.  Gökçe Cüneyt, “Berzah”, DİA, İstanbul, 1989, c.1, s. 525. 
9.   Qazi Əbdulcabbar, Şərhul-usulil-xəmsə, Qahirə, Məktəbətu 
Vəhbə, 1988. 
10.    Səməd Möhbəddin, Dünya dahilərsiz yaşaya bilmir, Bakı, 
Azərbaycan Milli Ensiklopediyası, 2000.


156
MÜNDƏRİCAT
Ön söz   ............................................................................................ 3
Seyid ocaqlarının Azərbaycandakı tarixi .................................... 8
Qarabağ seyidləri ........................................................................... 9
Seyid Həmzə Nigarinin fəaliyyətləri .......................................... 9
Nigari məktəbi .............................................................................. 13
 Seyid Nigari məktəbinin ictimai həyatdakı 
təza hü rü:  Hacı Qaraman ocağı .................................................. 13
DİNİ DÖZÜMLÜLÜK, YOXSA FƏRQLİLİKLƏRİN 
VƏHDƏTİ: AZƏRBAYCANIN TOLERANTLIQ 
MODELİNİN ƏSAS GÖSTƏRİCİLƏRİ
Azərbaycanın tolerantlıq modelinin əhəmiyyəti .................... 30
 Beynəlxalq aləmdə Azərbaycanın tolerantlıq 
modeli  
.......................................................................................... 30
Dövlət-din münasibətlərinin tənzimlənməsi ........................... 32
Azərbaycanın dini tolerantlıq modelində 
İslam faktorunun rolu ................................................................. 35
Azərbaycanda İslamaqədərki dini müxtəliflik ........................ 42
İslamda birlikdə yaşama təcrübəsi ............................................ 43
 Tolerantlığın əsaslarından peyğəmbərlərə 
və müqəddəs kitablara inanc ..................................................... 44


157
Azərbaycanda tolerantlıq ənənəsi
 Əvəzolunmaz milli-mənəvi dəyər kimi qonaqpərvərlik ....... 46
Qəlblərə yol tapan milli dəyər kimi hədiyyələşmək ............... 47
Tolerantlıq tarixinin canlı şahidləri kimi xiyabanlar .............. 48
AZƏRBAYCANIN CƏNUBUNDA 
DİNİ TOLERANTLIQ VƏ YA 
BİRLİKDƏ YAŞAMA MƏDƏNİYYƏTİ
Giriş  
.......................................................................................... 52
  Azərbaycanda İslamın yayılması və 
digər dinlərə qarşı münasibət ................................................... 55
Azərbaycanın cənubunda dini tolerantlıq ................................ 58
Cənub bölgəsində fərqli dinlərə qarşı tolerantlıq ................... 59
 Cənub bölgəsində fərqli məzhəblərə qarşı 
tolerantlıq ...................................................................................... 60
 Cənub bölgəsində mövcud tolerantlığın əsas səbəbləri ......... 64
Bölgədəki tolerantlığı təhdid edən ünsürlər ............................ 70
AZƏRBAYCANDA 
BƏHAİLİYİN TARİXİ VƏ BU GÜNÜ
Giriş  
.......................................................................................... 76
Bəhailiyin doğuşu ........................................................................ 80
Bəhailiyin əsas prinsipləri ........................................................... 87
Bəhailiyin Azərbaycana gəlişi .................................................... 88


158
QAFQAZ ALBANİYASININ MİRASI: 
TATCA DANIŞAN DAĞ YƏHUDİLƏRİ
Giriş  
.........................................................................................100
Sinaqoqlar, dini rituallar və bayramlar. .................................. 108
Dağ yəhudiləri bu gün  ............................................................. 116
TARİX VƏ MÜASİRLİYİN QOVŞAĞINDA 
TOLERANTLIQ NÜMUNƏSİ OLARAQ  
AZƏRBAYCAN MOLOKANLARI
 
Giriş  
.........................................................................................122
Molokanların tarixi .................................................................... 123
Molokan etiqadının məzmun və mahiyyəti ........................... 126
Azərbaycan molokanları ........................................................... 130
LÜTFİ ZADƏ MƏNTİQİ 
AZƏRBAYCAN TOLERANTLIQ 
MODELİNİN FƏLSƏFİ ƏSASI KİMİ
Giriş  
........................................................................................ 144
 Lütfi Ələsgərzadə və qeyri-səlis məntiq nəzəriyyəsi ............ 145
 Formal  məntiq nəzəriyyəsinin 
İslam düşüncə tarixindəki yeri ................................................. 147
 Formal  məntiq ilə izahı mübahisə doğuran 
dini mövzulara nümunələr ....................................................... 149


Qeyd üçün


Kitab "Digitals Media" MMC-nin 
sifarişi ilə nəşr edilib.
Azərbaycanda 
tolerantlıq ənənəsi
Texniki redaktor: 
Bədii  redaktor: 
Səhifələyici:
Elnur ƏHMƏDOV 
Fəxri VƏLİYEV 
Sədaqət KƏRİMOVA
Yığılmağa verilmişdir:  30.11.2015. 
Çapa  imzalanmışdır:  16.12.2015. 
Nəşrin ölçüsü:  60x90  1/16. 
Fiziki çap vərəqi:  10.
Sifariş:  178/15 Sayı: 2000 ədəd.
NURLAR
----------   NƏŞRİYYAT-POLİQRAFİYA MƏRKƏZİ  -----------
Bakı, Az1122, Zərdabi  pr.  78  /  Tel: 4977021 
Faks: 4971295 / E-poçtu: office@nurprint.com

Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə