Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə36/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   33   34   35   36   37   38   39   40   41

131
Azərbaycanda tolerantlıq ənənəsi
lokanlar haqqında çar idarəsinə göndərilən hesabatda yazıl-
mışdı: “Sürgün olunmuş molokanlar yerli əhali ilə mehriban 
münasibətdədirlər. Onların arasında demək olar ki, əyyaşlıq 
halları qeydə alınmayıb. İşgüzar və zəhmətsevərdilər. Əsasən 
heyvandarlıq və əkinçiliklə məşğuldurlar”.
XIX  əsrin ortalarında Azərbaycanda 5282, 1870-ci ildə isə 
16008 molakan yaşamışdır. Bunlardan 10844-ü Bakıda, 5164-ü 
isə Yelizavetpol (Gəncə) quberniyasında yaşayırdı.
1
 
Molokanların “ümumi molokanlar” (obşie molokanı) ad-
landırılan qolu 1855-ci ildə Rusiyanın Saratov əyalətindən 
Lənkəranın Qızılağaç kəndinə sürgün edilmiş və onlar burada 
qardaşlıq birliyi (bratskiy soyuz) quraraq yaşamışlar.
2
Hazırda Azərbaycanda molokanların bir neçə dini icması 
fəaliyyət göstərir. Onlardan ən böyükləri Bakıda (150 nəfərə 
yaxın) və Sumqayıtda (100 nəfərə yaxın) yerləşir. Üzvlərinin 
sayı 10 nəfərdən çox olmayan qalan icmalar Şamaxı, Qaradağ, 
Xızı, İsmayıllı rayonlarında fəaliyyət göstərir. 
Bütün icmalarda əsasən yaşlı üzvlərin qeydiyyatı aparı-
lır. Gənclər və  uşaqlar adətən icmaya üzv olmurlar. İcmanın 
üzvləri yalnız rus millətinə mənsubdurlar. Onlar missionerliklə 
məşğul olmurlar, icmanın üzvlərinin sayı isə ildən-ilə azalır. İc-
mada qanunvericilik hallarının pozuntusu müşahidə edilmir.
Onların dini mərkəzləri yoxdur və  hər bir icma müstəqil 
şəkildə fəaliyyət göstərir. Bununla bərabər, Bakı icması ilə Stav-
ropol diyarının molokan icmaları arasında sıx əlaqələr vardır. 
Maliyyə  gəlirləri icma üzvlərinə maddi yardım göstərməyə, 
ibadət evlərinin saxlanılmasına sərf olunur.
Ümumiyyətlə, Azərbaycanda iyirmi iki molokan icması var-
dır. Bakıda bir, Şamaxıda yeddi, Cəlilabadda dörd, Gədəbəydə 
iki, Qubada iki, İsmayıllıda bir, Abşeronda bir, Qazaxda bir
Masallıda bir, Sumqayıtda bir və Lənkəranda bir icma olmaqla 
1
 
  Х.Й. Вердиева, Переселенческая политика Российской империи в север-
ном Азербайджане, Баку, 1999, s. 181; 178-179. 
2
 
 Н. Дингелшдедт, Закавказские сектанти, С-Петерсбург, 1885, s. 54. 


132
Azərbaycanın üç şəhər və səkkiz rayonunda məskunlaşmışlar. 
Tədqiqatçı Koritinə görə, 1987-ci ildə bu icmalarda 3665 mo-
lokan yaşayırdı. Onların çoxu mənşəcə rus və ukraynalı olub 
yalnız Bakı icması üzvlərindən biri azərbaycanlıdır.
1
Molokanizmin bir qolu olan priqunlar icra etdikləri ayinlə-
rindəki hoppanma (prıqat) ilə fərqlənirlər. Priqunlar molokan-
lar kimi ayini icra etdikdən sonra Müqəddəs Ruhun hər hansı 
bir icma üzvündə təcəlli etdiyini düşünərək hoppanmaqla rəqs 
edirlər. Ayin axşam saat 5 də başlayıb, 10 da qurtarır. Priqun-
ların “Obryad” (ayin) adlı qədim slavyanca yazılmış kitabları 
var. Bu kitab dualardan ibarətdir.
2
1961-ci ildə Azərbaycandakı priqun icmasında olan təd-
qi qatçılar P.A.Qladkov və G.Y.Korıtin Gədəbəy rayonunun 
Novo saratovka  kəndindəki priqunların ayinlərində iştirak et-
miş lər. Onların yazdıqlarına görə, ayin zamanı priqunlar saf 
tutaraq alınlarını yerə qoyaraq dua edirlər. Burada hər kəs yal-
nız özü üçün dua edir.
3
Ümumi molokanlar (molokane obşiye) adlandırılan sekta 
Lənkəranda fəaliyyət göstərir və liderləri Mixail Popovu mə sih 
olaraq görürlər.
4
Qeyd edək ki, hazırda Gədəbəy rayonunda 350-dək mo-
lokan yaşayır. Onlar rayonun Novo-Saratovka, Slavyanka və 
İvanovka kəndlərində məskunlaşıblar. 
Azərbaycanda bir neçə məşhur molokan kəndi vardır. Bun-
lardan biri də Kalinovka kəndidir. Kalinovka Azərbaycanda ən 
qədim molokan kəndlərindəndir. Kənd Bolşevik inqilabçı Kali-
nin şərəfinə belə adlandırılır. 1828-ci ildə İranla Rusiya arasında 
bağlanmış “Türkmənçay” müqaviləsindən sonra Zaqafqaziyada 
rus əsgərləri məskunlaşdı. Həmin ərazi Xəzər dənizi sahilində
1
 
 Г.Й. Коритин, Что такаое секти, Баку,1987. 1987, s. 59-60. 
2
 
 Н. Дингелшдедт, Закавказские сектанти, s. 6-15. 
3
    
П.А.Гладков и Г.Й. Коритин, Христианские секти в Азербайджане, Баку, 
1961, s. 38-41. 
4
 
 Н. Дингелшдедт, Закавказские сектанти, s. 46. 


133
Azərbaycanda tolerantlıq ənənəsi
poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-
cü ildə köçüb gəlmiş otuz molokan burada məskunlaşır. 1837-
ci ildə çarın fərmanı ilə Azərbaycandakı rus kəndlərinin salın-
ması prosesi başlayır. 1838-ci ildə Mixail Akinfeyeviç Popovun 
tərəfdarları  Lənkəran qəzasının Qızılağac kəndi yaxınlığında 
poçt yolu ətrafında yerləşirlər. Yaşayış  ərazisi hərtərəfli ya-
rarlı bir məkan idi. 1840-cı ildə Popovun həmfikirlərinin yeni 
dəstəsi Rusiyadan sürgün edilir və otuz iki molokan bu ərazidə 
yerləşdirilir. Yeni salınmış  ərazi Mixail Popovun şərəfinə Mi-
xaylovka adlandırılır. Sonralar bu ad Nikolayevka ilə  əvəz 
edilir. Molokanlar bu adla barışaraq onu qəbul edirlər. Sür-
gün edilən molokanlar əsasən Rusiyanın mərkəzindən, Volqa 
boyundan gətirilmişlərdir. Onların hamısına Popov rəhbərlik 
edirdi. Molokanlar  əsasən heyvandarlıq və  əkinçiliklə  məşğul 
olurdular. Sonrakı illər buraya yeni-yeni dəstələr, Popovun 
tərəfdarları axıb gəlirlər. Molokan icmasına qocalar və ya se-
çilmiş şəxslər başçılıq edir. Sovet hakimiyyətinin qələbəsindən 
sonra bu kəndin adı dəyişdirilərək Kalinovka adlandırıldı. 
Tarixi mənbələr qeyd edir ki, Masallı rayonunda ilk təhsil 
ocağı (məktəb) 1861- ci ildə Kalinovkada açılmışdır. Təməli 
hələ 19-cu əsrin birinci yarısında qoyulmuş məktəb indi də ra-
yonun təhsil sahəsində qabaqcıl yerlərdən birini tutur.
Digər bir məşhur molokan kəndi İvanovkadır. İsmayıllı ra-
yonunun məşhur İvanovka kəndində vaxtilə Rusiyadan bu di-
yara köçüb gəlmiş molokan nəslinin davamçıları yaşayırlar. 
İvanovkada təxminən 3000 əhali yaşayır. 10 fevral 1828-
ci ildə imzalanan “Türkmənçay” müqaviləsindən sonra mo-
lokanlar və duxoborlar başda olmaqla bir çox rus kəndlisi 
Azərbaycan torpaqlarında yerləşdirildi. Daha sonra Rusiyanın 
Tambov, Voronej, Rostov və Stavropol şəhərlərindən sürgün 
edilən molokanların yerləşməsi ilə 1834-cü ildə İvanovka kəndi 
salınmışdır. Kənddə hazırda 2500-ə yaxın xristian molokan, 
500-ə yaxın isə müsəlman yaşayır. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə