Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə98/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   94   95   96   97   98   99   100   101   ...   112

209 
 
Emin  bəy  çətin  vəzifəsini  yerinə  yetirmiş  və  pak,  açıq  bir  alınla  istiqlal 
şəhidlərimizin hüzuruna çıxmaqdadır. Özünə haqdan rəhmətlər və sizlərə də səbir 
və mətanət diləyirəm». 
Sonra söz professor Əhməd Cəfəroğluya verildi: 
«Vücudunu bir gün göz yaşları içində Anadolunun əziz torpaqlarına əmanət 
etdiyimiz  böyük  ustad  Məmməd  Əmin  Rəsulzadə  milli  hürriyyət  və  istiqlal 
uğrunda  əlli  ildən  bəri  şanla  və  şərəflə  apardığı  çətin  mübarizə  yoluna  gənc 
yaşlarında  Bakıdan  başlayaraq  Tehranda  və  İstanbulda  eyni  sövq  və  həyəcanla 
davam  etmiş,  hadisələrin  seyrinə  təkrar  Azərbaycana  dönmüş,  orada  yandırdığı 
müqəddəs  qurtuluş  məşəlini  1917-ci  ildə  Moskvada  toplanan  türk  və  müsəlman 
nümayəndələrinin  tarixi  qurultayına  qədər  götürmüş,  orada  inamı  ilə  qəlbləri 
tutuşdurmuş,  dönüşündə  Azərbaycanın  rus  zülmündən  qurtuluşunda  və  istiqlalını 
elan  edişində  baş  rolu  oynamış,  bolşevik  istilasından  sonra  yenə  yurdunu  tərkə 
məcbur qalaraq Avropa məmləkətlərinə çıxmış... 
Nə şərəfli bir həyat! 
Cənabi  haqq  onu  rəhmətlərinə  qərq  etsin  və  bizlərə  də  ona  layiq  olmağa 
nəsib etsin!» 
Sonra  türküstanlılar  adından  Məmməd  Əmin  Rəsulzadənin  ən  yaxın  və 
köhnə dostlarından olan Tahir Çağatay danışmışdır: 
«Bu  gün  türkçülərimizdən,  qurtuluş  başçılarımızdan  Azərbaycan  istiqlal 
hərəkatının banisi və rəhbəri, böyük, ustad Rəsulzadə Emin bəy fani dünya və onun 
sakinləri  olan  biz  fanilərlə  vidalaşır.  Bu  vidalaşmada  biz  fanilər  ağlarkən 
Azərbaycan  istiqlalının  və  türk  qurtuluş  hərəkatlarının  əziz  şəhidləri  onu 
qarşılamaq  və  cənnəti  əlada  özünü  gözləyən  mümtaz  məqamına  mərasimlə 
götürməyə hazırlanırlar. 
Azəri  qardaş,  ağlayırsan,  qan  ağlayırsan,  haqlısan.  Çünki  qeyb  etdiyin 
qiymət  böyükdür.  Yalnız  burası  sənin  üçün  bir  təsəlli  qaynağı  olacaqdır  ki,  bu 
itkinin acısını, kədərini təkbaşına deyil, bütün türklüklə birlikdə daşıyacaqsan. Bu 
gün  bütün  inamlı  türklük  bir  bütün  olaraq  ağlamaqda  və  matəm  tutmaqdadır.  Bu 
gün qoca Türküstanın otuz milyonluq türk xalqı sənin yanında yer almış kimidir. 
Sənin  böyük  ruhun  qarşısında  əyilərək  bütün  qüvvət,  qüdrət  və 
səmimiyyətimizlə sənin göstərmiş olduğun yoldan ayrılmadan yüyürəcəyimizə söz 
veririk...» 
...Həmin  o  günü  Ankaranın  Əsri  məzarıstanlığında  hönkürtü  ilə  ağlayan 
yetmiş  üç  yaşlı  bir  qoca  da  vardı.  Bu  ağır  itki  ona  olduqca  pis  təsir  etmişdi.  Bu 
ölümdən  sonra  həmin  qoca  özünü  dünyada  tək-tənha  hiss  etdi.  O  adam  Məmməd 
Əmin  Rəsulzadənin  əmisi  oğlu  Məmməd  Əli  Rəsuloğlu  idi...  Vətənsiz  qalmış 
Məmməd  Əli  indi  də  əmisi  oğlunu  itirmişdi.  Elə  bu  ağrıdan  yanaraq  deyərdi: 
«Keşkə mən öleydim, Emin bəy yaşayaydı». 
...Axşamüstü  matəm  içində  yananlar  Azərbaycan  Kültur  Dərnəyinə 
toplaşdılar. Məmməd Əmin Rəsulzadənin xatirəsinə ilk matəm yığıncağı keçirildi. 


210 
 
Dərnəyin  idarə  heyətinin  sədri  Həmid  Ataman  Məmməd  Əmin  Rəsulzadənin 
apardığı  «Azərbaycan  davası»ndan  danışdıqdan  sonra  Süleyman  Təkinər,  Əhməd 
Cəfəroğlu, Əbdül Vahab Yürdsevər çıxış etdilər.... 
Ġstanbul  matəm  içindədir.  İstanbuldakı  Azərbaycan  külturunu  tanıtma 
dərnəyi  matəmə  bürünüb.  Matəm  yığıncağını  professor  Əhməd  Cəfəroğlu  açır. 
Sonra hüznlü çıxışlar başlayır. 
Mirzə Bala bəyin çıxışı: 
«Azərbaycan  milli  qurtuluş  hərəkatının  ideoloqu  və  lideri  Məmməd  Emin 
Rəsulzadə 1955-ci il 6 mart  gecəsi  Ankara universiteti xəstəxanasında həyata göz 
yumdu... 
...Milliyyətçi,  istiqlalçı,  demokrat  və  inqilabçı  Rəsulzadə  «İnsanlara 
hürriyyət, millətlərə istiqlal!» deyə dünyaya göz açdı və yenə «İnsanlara hürriyyət, 
millətlərə istiqlal» deyə həyata göz yumdu. 
O  prinsipə  sədaqətin,  məfkurəyə  bağlılığın  və  bu  yolda  fədakarlıq,  əzm  və 
səbatın da bir timsalı idi. Çünki o tam mənasilə fəzilət sahibi, kamil bir insan idi. 
Onun  bizə  yadigar  qoyduğu  böyük  milli  məfkurənin  gerçəkləşməsi  və 
Azərbaycanın  yenidən  istiqlala  qovuşması  uğrunda  müqəddəs  mübarizəyə  eyni 
əzm  və  səbat  ilə  davam edəcəyimiz  haqqındakı andımızı təkrarlayır,  əziz xatirəsi 
önündə hörmətlə baş əyirik». 
Süleyman Təkinərin ağrısı: 
«Vaxtsız  ölümüylə  hamımızı  dərin  bir  kədərə  bürümüş  olan  milli 
Azərbaycan  hərəkatının  şanlı  lideri  Məmməd  Əmin  Rəsulzadə  mərhum,  bəşər 
tarixinin nadir, müstəsna şəxsiyyətlərindən idi... 
Mərhum  Rəsulzadə  hər  şeydən  əvvəl  bir  Azərbaycan  istiqlalçısıdır,  lakin 
böyük tarixi həmlələr və hərəkatlarla dolu olan Azərbaycan istiqlal hərəkatının hər 
səhifəsi  onun  şərəfli  adıyla  sıx-sıxıya  bağlıdır  və  o  bu  hərəkatın  bir  nömrəli 
mübarizi idi. 
Mərhum Rəsulzadə böyük bir xalq xadimi idi, onun xalq xidmətində keçən 
mərhumiyyət  dolu  həyatının  gələcək  nəsillər  üçün  daima  ən  yaxşı  bir  örnək 
olacağına əsla şübhə edilməməlidir. 
...Bu yaşanmağa dəyər səhifələri canlandırmaq həqiqətən bir səadət olacaq 
və bu səadətə çox, həm də həddindən çox türk gəncləri can atacaqlar». 
Həmdullah Sübhi bəyin sözləri: 
«Xanımlar, əfəndilər! 
Ustadı uzun illərdən bəri tanıyıram. Onunla məmləkətin həm daxilində, həm 
də  xaricində  bərabər  çalışmışıq.  Eminlə  «türk  yurdu»nda,  «türk  ocağı»nda, 
Ankarada və Buxarestdə bir yerdə olmuşuq.... 
Çox  qiymətli  arkadaşımızı  itirdik.  Bədbəxt  türk  elləri  bizə  çox  qiymətli 
övladlar göndərdi: Qaspirallı İsmayıl, Əli bəy Hüseynzadə, Ağaoğlu Əhməd, Yusif 
Akçora,  Cəfər  Seyid  Əhməd,  sədri  Məqsudi  və  daha  bir  çoxları...  Emin  bəy 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə