Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

87 
 
POPOV Nikolay Fyodoroviç 
(1905-1945) 
 
Samarada  dünyaya  göz  açmış  Nikolay  Popov  1925-ci  ildə  Bakıya  gələrək, 
neft mədənlərinin birində işə başlamışdı. Böyük Vətən müharibəsi başlandıqdan az 
sonra  cəbhəyə  gedərək  340-cı  atıcı  alayın  tərkibində  Şimali  Qafqaz,  Donbas, 
Ukrayna, Belorusiya, Polşa ərazilərində döyüşmüş və Visla çayı sahilinə çatmışdır. 
Kiçik  leytenant  Nikolay  Popovun  düşmənlə  son  döyüşü  müharibənin 
sonuncu  ilində  Visla  sahilində  oldu.  Burada  keçirilmiş  ağır  döyüşlərin  birində  o, 
qəhrəman kimi döyüşdü və həlak oldu. Az sonra ona Sovet İttifaqı Qəhrəmanı fəxri 
adı  verildi  və  bu  haqda  xəbər  Bakıda  yaşayan  həyat  yoldaşı  O.N.Popovaya 
çatdırıldı. 
 
PĠRĠYEV Əlif Turxan oğlu 
(1922-1986) 
 
İndiki Neftçala rayonunun Qoltuq kəndində dünyaya göz açmış və 1941-ci 
ilin  oktyabrında  hərbi  xidmətə  çağırılmışdır.  Dördüncü  Ukrayna  cəbhəsində 
vuruşan  32-ci  qvardiyaçı  atıcı  diviziyasının  80-ci  alayında  bölmə  komandiri  olan 
serjant  Əlif  Piriyev  Kursk  döyüşlərində  və  1944-cü  ilin  mayında  Sapun-Qaranın 
(Sevastopol şəhəri ətrafında) azad edilməsində şəxsi qəhrəmanlıq göstərmişdir. 
Qvardiya  baş  serjant  Ə.Piriyevin  bölməsi  1944-cü  ilin  8  mayında  Sapun-
Qarada düşmənin betonla möhkəmləndirilmiş 3 atəş nöqtəsini məhv edərək ümumi 
hücuma  şərait  yaratdı  və  mayın  9-da  Sapun-Qaranın  düşməndən  azad  edilməsi 
əməliyyatında yaralansa da, döyüşdən çıxmamışdı.  
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1945-ci ilin 24 martında verilmişdir. 
Kiçik  leytenant  Ə.Piriyev  1953-cü  ildə  orduda  xidmətdən  tərxis  edilərək 
Bakıda işləmişdir. 
 
RƏFĠYEV Nəcəfqulu Rəcəbalı oğlu 
(1912-1970) 
 
Ordubad  şəhərində  dünyaya  göz  açmış  və  1935-ci  ildə  hərbi  xidmətə 
çağırılmışdır.  Böyük  Vətən  müharibəsi  başlandığı  dövrdə  kiçik  leytenant 
Nəcəfqulu  Rəfiyev  I  Belorus  cəbhəsində  əməliyyatlar  aparan  3-cü  tank  alayında 
bölmə komandiri vəzifəsində döyüşürdü.  
1944-cü  ilin  26  iyununda  bölmənin  tankları  Ptiç  çayını  (Bobruyskdən 
cənubda) keçərək, geriyə çəkilən düşmənin yolunu kəsmiş və Mogilyov vilayətinin 
Qorets rayonunun düşməndən azad edilməsində fədakarlıq göstərmişdir.  


88 
 
Sovet  İttifaqı  Qəhrəmanı  fəxri  adı  ona  1944-cü  ilin  26  sentyabrında 
verilmişdir.  Mayor  N.Rəfiyev  1956-cı  ildə  hərbi  xidmətdən  tərxis  edilmiş  və 
Bakıda işləmişdir.  
Ordubadda bir küçəyə onun adı verilmişdir. 
 
RĠXARD Zorge 
(1895-1944) 
 
Bakıda  Sabunçu  qəsəbəsində  neftçi  texnik  Adolf  Zorgenin  ailəsində 
doğulmuş  Rixard Zorge  (Almaniya  vətəndaşı  Albert  Zorgenin  nəvəsi)  üç  yaşında 
olduqda  valideynləri  ilə  Almaniyaya  qayıtmış  və  orada  orta  və  ali  təhsilini 
bitirmişdir.  
Rixardın babası Albert və dayısı Fridrix Zorge kommunizm hərəkatında fəal 
iştirak  etmişdilər  və  görünür  Rixardın  da  bu  hərəkata  meylinə  bunun  təsiri 
olmuşdur. 
1924-cü  ildə  Sovetlər  İttifaqına  qayıdan  Rixard  Zorge,  1929-cu  ildə  Sovet 
kəşfiyyat  xidmətinin  işinə  cəlb  edilmiş,  30-cu  illərdə  Almaniya  və  Yaponiyada 
işləyərkən bu iki ölkənin Sovetlər ölkəsinə qarşı hərbi əməliyyatlara hazırlaşmaları 
və  hətta  bu  hücumların  konkret  vaxtları  haqqında  məlumatları  Sovet  rəhbərliyinə 
gizli yollarla çatdırmışdır. 
Almaniya faşist ordusu ilə Moskva altında keçirilən gərgin döyüşlər zamanı 
Rixard  Zorge  Yaponiyadan  xəbər  vermişdi  ki,  Yaponiya  (Almaniyanın  müttəfiqi) 
Sovetlər  İttifaqına  qarşı  müharibəyə  başlamayacaqdır.  Buna  əsasən  Sovet 
rəhbərliyi  Uzaq  Şərqdə  yerləşdirdiyi  ordunun  bir  hissəsini  Moskvanı  müdafiəyə 
cəlb etmişdi. 
1941-ci  ilin  oktyabrında  Rixard  Zorge  Yaponiya  polisi  tərəfindən  həbs 
edilmiş və 1943-cü ilin sentyabrında onun haqqında ölüm hökmü verilmişdir. 
R.Zorge 1944-cü ilin 7 noyabrında Yaponiyada edam edilmişdir. Ona Sovet 
İttifaqı  Qəhrəmanı  adı  20  il  sonra,  1964-cü  ilin  5  noyabrında  verilmişdir.  Bakıda 
xatirə ansamblı yaradılmış, qəhrəmanlığı haqqında bədii film çəkilmişdir. 
 
SAFONOV Ġlya Moiseyeviç 
 
Krasnodar vilayətində 1913-cü ildə dünyaya göz açmış İlya Safonov 1928-
ci ildə Azərbaycana gəlmiş və Xaçmazda, sonra isə Bakıda işləmişdir. 
Müharibə  başlandıqda  cəbhəyə  yollanmış  və  döyüşlərlə  1944-cü  ilin 
əvvəlində Dnepr sahillərinə çatmışdır.  


89 
 
Minomyotçular rotası komandiri zabit İlya Safonovun dəstəsi 1944-cü ilin 7 
fevralında Dnepri ilk keçənlərdən oldu və bu böyük əməliyyatın uğurla keçməsində 
mühüm rol oynadı. 
Sonrakı  döyüşlər  Xerson  şəhərinin  Tiraspolun  (Moldaviya)  azad  edilməsi 
günlərində oldu.  
Bu  son  döyüşdə  İ.Safonov  ağır  yaralandısa  da,  döyüşdən  çıxmadı  və 
əməliyyat uğurla başa çatdı.  
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1944-cü ilin 31 iyulunda verilmişdir. 
Müharibə  qurtardıqdan  sonra  İlya  Safonov  Bakıya  qayıtmış  və  Bakı 
aeroportunda dispetçer işləmişdir. 
STATSYUK Nikolay Arsenyeviç 
 
Xmelnitski  vilayətində  1917-ci  ildə  dünyaya  göz  açmış  Nikolay  Statsyuk 
1936-cı ildə Bakıya gəlmiş və neft mədənində traktorçu işləmişdir.  
Müharibə başlandığı günlərdə Nikolay Statsyuk SSRİ-nin qərbində orduda 
xidmət  edirdi.  Tank  hissəsinə  xidmət  edən  Nikolay  ağır  döyüşlərdə  geriyə 
çəkilməyin acı həqiqətlərinin şahidi olmuşdur.  
Sovet  ordusu  ilə  faşist  ordusu  arasında  1943-cü  ildə  baş  vermiş  ağır  tarixi 
Kursk döyüşündə N.Statsyuk da iştirak etmiş və qəhrəmancasına vuruşmuşdur.  
Faşist  ordusunun  məğlub  olaraq  geriyə  çəkilməsi  dövründə  tank  bölməsi 
komandiri  N.Statsyuk  Visla  və  Oder  çaylarını  dəstənin  başında  hərəkət  edən  öz 
tankında keçərək qəhrəmancasına vuruşmuşdur. Son döyüşlərin birində o, öz tankı 
ilə düşmənin 8 tankını sıradan çıxardı. Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1945-
ci ilin 24 martında verilmişdir. 
Müharibə qurtardıqdan sonra N.Statsyuk Bakıya qayıtmış və neft mədənləri 
idarəsində rəis müavini vəzifəsində işləmişdir. 
 
SUXOV Nikolay Dmitryeviç 
 
Bakıda  1914-cü  ildə  dünyaya  göz  açmış  Nikolay  Suxov  gənc  yaşlarından 
Bakının aeroklubunda təyyarəçilik üzrə məşqlərdə iştirak etmişdir.  
Orduda  xidmətə  çağırılarkən  təyyarəçilik  məktəbinə  göndərilmiş  və 
müharibə  başlandığı  dövrdə  kiçik  leytenant  N.Suxov  təyyarəçilər  dəstəsinin 
komandiri idi.  
Onun  döyüş  yolu  Qomel,  Xarkov,  Oryol,  Stalinqrad  istiqamətlərində,  əks 
hücumlar dövrü isə Bobruysk, Polşa istiqamətində olmuşdur. 
Qvardiya  kapitan  N.Suxov  müharibə  illərində  350-dən  çox  hərbi  uçuş 
yerinə  yetirərək,  düşmən  üzərinə  bomba  zərbələri  endirmişdir.  Ona  Sovet  İttifaqı 
Qəhrəmanı fəxri adı 1944-cü ilin 1 iyulunda verilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə