Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


TSIQANOV Yevgeniy Terentyeviç



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

90 
 
 
TSIQANOV Yevgeniy Terentyeviç 
 
Bakıda  1921-ci  ildə  dünyaya  göz  açmış  Yevgeniy  Tsıqanov  14  yaşından 
başlayaraq  Bakıdakı  aviomodelçilər  klubuna  tez-tez  gedərdi  və  o,  1939-cu  ildə 
orduda xidmətə çağırıldıqda təyyarəçilik məktəbinə göndərilmişdi. 
Böyük  Vətən  müharibəsinin  əvvəlində  qırıcı  təyyarəçi  Y.  Tsıqanov 
Kronştad və Leninqrad göylərini müdafiə edirdi. 
Müharibə illərində Yevgeniy Tsıqanov 492 hərbi uçuş etmiş, bunlardan 65-
də  düşmənlə  üz-üzə  vuruşaraq,  düşmənin  14  təyyarəsini  şəxsən,  8  təyyarəsini  isə 
yoldaşları  ilə  birlikdə  məhv  etmişdir.    Y.Tsıqanovun  son  dəfə  səmaya  qaldırdığı 
eskadrilya düşmənin 13 təyyarəsini məhv etmişdi.  
Bakılı Yevgeniy Tsıqanova Sovet İttifaqı Qəhrəmanı fəxri adı 1944-cü ilin 
22 yanvarında verilmişdir. 
 
SADIXOV Yusif Mədət oğlu 
(1918-1971) 
 
Azərbaycanın  Tovuz  rayonunda  dünyaya  göz  açmış  və  1938-ci  ildə  hərbi 
xidmətə çağırılmışdır. 
Birinci  Belorusiya  cəbhəsində  döyüşən  qvardiya  tank  ordusunun  artilleriya 
divizionunda  top  komandiri  olan  starşina  Yusif  Sadıxov  1942-ci  ilin  fevralından 
cəbhələrdə fəal döyüşmüşdür.  
Starşina Sadıxovun komandir olduğu topçular dəstəsi 1945-ci ilin əvvəlində 
Almaniya  faşist  ordusuna  qarşı  başlanmış  son  döyüşlərdə  xüsusilə  fərqlənmişdir. 
Onlar  yanvarın  16-da  Pilitsa  çayını  (Polşa  ərazisindədir)  keçərək  düşmənin  atəş 
nöqtələrini  məhv  etdilər  və  hücum  əməliyyatının  qələbə  ilə  qurtarmasını  təmin 
etdilər.  Yanvarın  18-də  isə  Zqej  rayonunda  düşmənin  əks  hücumunu  dəf  edərkən 
Sadıxovun topçular dəstəsi öz sərrast atəşləri ilə düşmənin bir tankını, 2 BTR-ni və 
bir qrup əsgərini məhv etdilər.  
Sovet  İttifaqı  Qəhrəmanı  adı  ona  1945-ci  ilin  1  mayında  verilmişdir. 
Tovuzda qəhrəmanın adına bir küçə vardır.  
 
SÜLEYMANOV Ġdris Həsən oğlu 
(1915-1986) 
 
İndiki Goranboy rayonunun rayon mərkəzində dünyaya göz açmış və 1936-
1939-cu  illərdə  hərbi  xidmətdə  olmuşdur.  1941-ci  ilin  iyulunda  cəbhələrdə 
döyüşmüşdür. Kiçik leytenant İdris Süleymanovun komandir olduğu bölmə 1942-


91 
 
ci  ilin  noyabrında  Şimali  Qafqazda  döyüşən  43-cü  atıcı  briqadanın  tərkibində 
Mazdok ətrafındakı döyüşlərdə fərqlənmişdir. Müharibənin bizim üçün ağır olduğu 
bu  çağında  leytenant  İdris  Süleymanov  döyüşün  ağır  məqamlarında  öz 
döyüşçülərini “hücum” əməliyyatına qaldıraraq düşmənin müqavimətini qırmış və 
yaralanmasına  baxmayaraq,  qələbə  əldə  edilənə  qədər  döyüşdən  çıxmamışdır. 
Döyüşlərdə bir neçə dəfə yaralanmışdır. 
Sovet İttifaqı Qəhrəmanı adı ona 1942-ci ilin 13 dekabrında verilmişdir. 
1943-cü ildə hərbi xidmətdən tərxis edilmişdir. 
 
SƏFƏROV Fariz Məcid oğlu 
(1920-1964) 
 
Ağdaş  rayonunun  Ləki  qəsəbəsində  dünyaya  göz  açmış  və  1939-cu  ildə 
orduya xidmətə çağırılmışdır. 
Müharibə  başlandığı  vaxt  Fariz  Səfərov  ölkənin  qərb  sərhədlərində  idi  və 
kəşfiyyatçı dəstəsində ağır döyüşlərdə iştirak edirdi.  
1943-cü  ilin  sentyabrında  F.Səfərovun  xidmət  etdiyi  hissə  Zaporojye 
uğrunda döyüşlərdə iştirak edirdi. Cəsur kəşfiyyatçı olan baş serjant F.Səfərov öz 
dəstəsi ilə kiçik qayıqla Dnepr çayının o biri sahilinə keçərək mövqe tutmaq haqda 
əmr  almışdı.  Zirək  komandir  düşmənin  atəşi  altında  bu  ağır  desant  tapşırığını 
yerinə  yetirdi.  Döyüşün  son  mərhələsində  kəşfiyyat  dəstəsinin  pulemyotunun 
patron  daraxları  tükəndi.  Komandir  F.Səfərov  təpənin  arxasından  çıxaraq  alman 
pulemyotçusunu  məhv  edərək  onun  pulemyotu  ilə  faşistlərə  atəş  açdı  və 
əməliyyatın qələbə ilə qurtarmasını əmr etdi.  
Sovet İttifaqı Qəhrəmanı adı ona 1944-cü ilin 19 martında verilmişdir.  
Fariz  Səfərov  müharibə  qurtardıqdan  sonra  Sovet  Ordusunda  xidmət  etmiş 
və mayor rütbəsində dünyasını dəyişmişdir. 
 
FROLOV Mixayıl Fyodoroviç 
 
Şamaxı  rayonunun  Xilmilli  kəndində  1910-cu  ildə  dünyaya  göz  açmış 
Mixayıl Frolov traktor və kombayın sürməkdə mahir idi.  
Müharibə  başlandıqda  tankist  Mixayıl  da  Vətəni  müdafiəyə  yollandı  və 
düşmənlə ağır döyüşə 1943-cü ilin payızında Dneprin keçilməsi günlərində başladı.  
1943-cü ilin 22 sentyabrında başlanan hücum əməliyyatı üç gün davam etdi 
və Mixayıl Frolovun tankı panton körpüsü ilə Dneprin sağ sahilinə ilk çıxanlardan 
biri  oldu.  Dneprin  sağ  sahilində  hücumu  davam  etdirmə  əməliyyatlarının  birində 
tankist Mixayıl Frolov ağır yaralanaraq, hospitala müalicəyə göndərildi.  


92 
 
1944-cü ilin sonunda Mixayıl Frolov xəstəliyinə görə ordudan tərxis edildi 
və o, Şamaxıya qayıtdı.  
Mixayıl  Frolova  1960-cı  ildə  Bakıda  evquraşdırma  kombinatında  işlədiyi 
vaxt,  yəni  20  il  sonra,  Sovet  İttifaqı  Qəhrəmanı  adı  verildi.  Qəhrəman  tankistin 
komandiri  polkovnik  Storojenkonun  xeyirxahlığı  nəticəsində  ali  mükafat  öz 
sahibini 20 ildən sonra tapdı.  
 
FYODORENKO Stepan Alekseyeviç 
 
Ukraynada  (Kiyev  şəhərində)  dünyaya  göz  açmış  və  az  sonra  yetim  olmuş 
Stepan  Fyodorenko  1923-cü  ildə  (15  yaşında)  iş  dalınca  Azərbaycana  gələrək, 
Quba rayonunda nökərçiliyə başlamışdı.  
Orduda  xidmət  etdikdən  sonra  o,  yenə  də  Azərbaycana  qayıdaraq  Bakıda 
işləməkdə davam edirdi.  
Müharibə  başlandıqda  Vətəni  müdafiəyə  qalxan Stepan  Fyodorenko 1943-
cü  ilə  qədər  Bakıda  Zenit  artilleriya  hissəsində  xidmət  etmiş,  sonrakı  dövrdə  isə 
Donbasın  və  Ukraynanın,  digər  ərazilərin  düşmən  tapdağından  azad  edilməsində 
qəhrəmancasına döyüşmüşdür.  
Serjant  S.Fyodorenko  1944-cü  ilin  iyununda  Orş  və  Borisov  şəhərlərinin 
azad  edilməsi  əməliyyatlarında  düşmən  arxasına  göndərilmiş  atıcı  dəstəyə 
rəhbərlikdə  şəxsi  qəhrəmanlıq  və  hərbi  ustalıq  göstərdiyinə  görə  Sovet  İttifaqı 
Qəhrəmanı adına təqdim edilmişdi.  
Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı 1945-ci ilin 23 martında verilmişdir.  
 
XARLAMOV Georgi Nikolayeviç 
(1905-1945) 
 
Kubanda  dünyaya  göz  açmış  Georgi  Xarlamov  gənc  yaşlarında 
Azərbaycana gələrək, Qaradağ sement-qır zavodunda çilingər işləmişdir.  
Müharibənin  başlandığı  1941-ci  ilin  sentyabrında  o,  cəbhənin  döyüş 
zonasında vuruşurdu. 
Bölmə komandiri starşina Georgi Xarlamov və onun rabitəçiləri Ukraynanın 
Ocakov,  Xerson,  Odessa  şəhərlərinin  düşməndən  azad  edilməsində  fəal  iştirak 
etmişdir.  
1945-ci  ilin  martında  Georgi  Xarlamov  Almaniya  ərazisində  vuruşurdu. 
Onun düşmən ilə son döyüşü martın 26-da oldu. Ağır yaralanmasına baxmayaraq 
o, döyüşdən çıxmadı və düşmənin təkrar gülləsi ilə həyatla vidalaşdı.  
Georgi  Xarlamova  Sovet  İttifaqı  Qəhrəmanı  fəxri  adı  1945-ci  ilin  31 
mayında verilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə