31
musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir və hər çeşidli saxta
gözəllikləri və ideyasız dəbdəbələri amansızcasına rədd edir.
***
Yerli konservatoriyanın yetişdirməsi olan Bədəlbəyli gənc bəstəkarların elə bir
dəstəsinə daxildir ki, həmin dəstə nəinki musiqk yazısı texnikasına yiyələnməyə can
atır, həm də xalq yaradıcılığını dərindən öyrənir, xalqdan səmərəli surətdə öyrənir.
Bədəlbəyli öz baletində gözəl orkestrovka vermiş, bəstəkar fikrini sərbəst inkişaf
etdirmiş, habelə xalq melodiyalarının gözəllliyindən həvəs və diqqətlə istifadə
etmişdir.
***
Maqomayevin ilk iri musiqi əsəri ―Şah İsmayıl‖ operasıdır. Bəstəkar bu əsəri
1916-cı ildə yazmağa başlamışdır. Operanın gözəl musiqi materialı və süjetin
dramatik ifadəliliyi əsərin böyük şöhərət qazanmasına səbəb olmuşdur. ―Şah
İsmayıl‖ Azərbaycanın o dövrki musiqi həyatında improvizə olunmuş milli operan
Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək
sahəsində ilk təşəbbüsdür. Burada bəstəkarın operaya məxsus əsas ünsürləri –
ariyaları, duetləri, çoxsəsli xorları və s. tətbiq etmək arzusu bariz surətdə özünü
göstərir.
32
Ü.HACIBƏYLİ HAQQINDA ELM VƏ MƏDƏNİYYƏT XADİMLƏRİ
Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı
belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir.
Azərbaycanda peşəkar musiqinin əsasını böyük Ü.Hacıbəyov qoyubdur.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən
görkəmli şəxsiyyətlərdən biridir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki,
Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və
gülməyi öyrədir. Muğam dramaturgiyasının sirlərini açır. Aşıq sənətinin qüdrətini
dərk etməyə kömək edir.
Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun xoşməramlı səfiri
―Koroğlu‖ operası Azərbaycanın opera aləmində öz revolyusion coşğunluğu ilə
bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır.
Hüseyn Cavid,
yazıçı-dramaturq
Üzeyir sənətinin qüdrəti orasındadır ki, bəstəkarımız Azərbaycan xalq
musiqisinin, muğamlarımızın bütün incəliklərini bilir, onun məlahətini duyur, öyrənir
və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı.
Bülbül,
müğəni, SSRİ Xalq artisti
Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur Sovet bəstəkarı Üzeyir
Hacıbəylinin musiqisi xalqımızın ürəyində yaşayır, onun mənəvi həyatını
zinətləndirir.
Qara Qarayev,
bəstəkar, SSRİ Xalq artisti
33
Məşhur bir əfsanədə Anteyin qeyri-adi qüdrətini onun ayaqlarının torpağa
dayanmasında, torpaqla bağlılığında görürlər. Üzeyir Hacıbəyli özü də bu
müqayisəni sevirdi və bəstəkarın gücünü-qüvvətini onun xalq həyatına, xalq sənətinə
bağlılığında görürdü. Biz böyük Üzeyir yaradıcılığından bu Antey qüdrətinin sirlərini
hələ çox öyrənməliyik.
Fikrət Əmirov,
bəstəkar, SSRİ Xalq artisti
Üzeyir Hacıbəyli sənəti Azərbaycan dühasının dünya mədəniyyət xəzinəsinə
bəxş etdiyi ən nadir incilərdəndir
Zemfira Səfərova,
professor, AMEA-nın müxbir üzvü
Azərbaycan sovet musiqisinin təməlini qoyan Üzeyir Hacıbəyli böyük təbii
istedad sahibi kimi bir bəstəkar, görkəmli ictimai xadim idi. O, bütün həyatını
Azərbaycan Sovet musiqi mədəniyyətinin inkişafına həsr etdi.
Dmitri Şostakoviç,
bəstəkar, SSRİ Xalq artisti
Biz fəxrlə qeyd etməliyik ki, Üzeyir Hacıbəyovun ―Leyli və Məcnun‖undan
―Koroğlu‖suna kimi Azərbaycan operasının otuz ildə keçdiyi yüksək inkişaf yolunu
Qərbi Avropanın bəzi məmləkətlərində opera sənəti iki yüz ilə keçmişdir.
Niyazi,
bəstəkar, SSRİ Xalq artisti
Üzeyir yalnız Azərbaycan xalqının deyil, bütün Sovet xalqının fəxri və
şöhrətidir. Gürcü xalqı onun simasında öz etibarlı dostunu və qardaşını görür.
Akaki Xorava,
gürcü bəstəkarı
―Koroğlu‖ operasının məzmun və mündəricəsi Üzeyirin siyasi və ictimai
varlığının güzgüsüdür - demək olar.
Məmməd Səid Ordubadi,
yazıçı
...Üzeyir sənətinin dili bütün xalqlar üçün aydındır. Avropa musiqi
mədəniyyətindən, xüsusən nəcib və xeyirxah rus xalqının zəngin musiqi
mədəniyyətindən məharətlə istifadə edən bu sənətkar bütün Sovet xalqları üçün əziz
və doğmadır.